Millət vəkili Q.Paşayevanın İstanbulun mərkəzi bölgələrindən olan Üsküdarda böyük şairimiz Əhməd Cavadın adının əbədilləşdirilməsi ilə bağlı təklifini bələdiyyə başçısı müsbət dəyərləndirib və yaxın zamanlarda reallaşacaq deyib

Millət vəkili Q.Paşayevanın İstanbulun mərkəzi bölgələrindən olan Üsküdarda böyük şairimiz Əhməd Cavadın adının əbədilləşdirilməsi ilə bağlı təklifini bələdiyyə başçısı müsbət dəyərləndirib və yaxın zamanlarda reallaşacaq deyib

Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Türk Qafqaz İslam Ordusunun Azərbaycana yardıma gəlməsinin 100-cü ildönümü ilə bağlı konfransda iştirak etmək üçün İstanbulda səfərdə olan millət vəkili Qənirə Paşayeva İstanbul Üsküdar bələdiyyə başqanı Hilmi Türkmen ilə görüşüb. Millət vəkili Q.Paşayeva Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı fikir mübadiləsi aparıb və yaxın zamanlarda İstanbulda Azərbaycanla bağlı küçə, abidələrin daha da artacağına, Azərbaycanla bərabər Türkiyə üçün də böyük xidmətlər göstərmiş böyük ziyalıların xatirəsinə abidə və lövhələrin qoyulacağına inandığını deyib və Üsküdar bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Azərbaycanın böyük şairi, “Çırpınırdı Qara dəniz baxıb Türkün bayrağına” şeirinin müəllifi və Azərbaycanın Milli Marşının söz yazarı, Türkiyə üçün də böyük fədakarlıq, xidmətlər  göstərmiş Əhməd Cavadın adının əbədiləşdirilməsi təklifi ilə çıxış edən millət vəkili onun irsinin gənc nəsillərə daha yaxından tanıdılması məqsədilə İstanbulda Əhməd Cavadın adına Mərkəzin açılmasını təklif edib. İstanbul Üsküdar bələdiyyə başqanı Hilmi Türkmen  millət vəkilinin təklifini dəstəklədiyini deyib  və yaxın zamanlarda Üsküdarın önəmli mərkəzlərindən və ya qurumlarından birinə  Əhməd Cavadın adının veriləcəyini deyib.  1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönəmindən, daşnak erməni dəstələrinin Azərbaycanda törətdiyi qırğınlardan, Qafqaz İslam Ordusunun xalqımızı bu çətin vəziyyətində dəstəyə gəlməsindən, Azərbaycana qardaş köməyinə gələn Qafqaz İslam Ordusunun böyük fədakarlığından, onların arasında İstanbuldan da olan dədələrimizdən  danışan millət vəkili Q.Paşayeva onların adları qeyd edilən xatirə lövhələrinin Qarabağ parkında və Şəhidlər Abidəsində qoyulmasının gənc nəsillərimizə onların daha geniş tanıdılmasının vacibliyindən danışıb. Üsküdar bələdiyyə başçısı Hilmi Türkmen Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq, Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət etdiyini deyib. Millət vəkili Q.Paşayeva bu yaxınlarda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Türkiyədə STAR neft emalı zavodunun açılışından danışaraq Azərbaycanın xaricdə ən böyük sərmayəsini məhz qardaş Türkiyəyə qoyulmasının iki qardaş ölkə arasında qardaşlığın əsl örnəyidir deyib. STAR meqalayihənin açılışında Azərbaycan və Türkiyə prezidentlərinin çıxışlarına xüsusi toxunan millət vəkili bunun dosta da, düşmənə də mesaj olduğunu dedi.  Azərbaycanı çox sevdiyini deyən Üsküdar bələdiyyə başçısı Hilmi Türkmen ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub.    Üsküdar bələdiyyə başçısı Hilmi Türkmenə  Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar hədiyyə edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini  deyən Üsküdar bələdiyyə başçısı Hilmi Türkmen dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib.Millət vəkili Q.Paşayeva bir sıra təşkilat rəhbərləri, gənclər, qadın təşkilatları rəhbərləri və gənc fəallar ilə görüşüb, Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Onlara Azərbaycanla bağlı geniş məlumat verən millət vəkili onları ölkəmizə dəvət edib.

Advertisements

Millət vəkili Q.Paşayeva 9-cu Beynəlxalq Buhara Medya Ödül mərasimində “Türk Dünyası Mədəniyyətinə Xidmət Ödülü”nə layiq görülüb

Millət vəkili Q.Paşayeva 9-cu Beynəlxalq Buhara Medya Ödül mərasimində “Türk Dünyası Mədəniyyətinə Xidmət Ödülü”nə layiq görülüb

Millət vəkili Q.Paşayeva 9-cu Türkiyənin paytaxtı Ankarada keçirilən Beynəlxalq Buhara Medya Ödül mərasimində  Türk dünyasının birliyi istiqamətində fəaliyyətinə görə “Türk Dünyası Mədəniyyətinə Xidmət Ödülü”nə layiq görülüb. Mükafatı millət vəkili Q.Paşayevaya Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu təqdim edib və millət vəkili Q.Paşayevanın Azərbaycan-Türkiyə münasibətləri, Türk Dünyası istiqamətində fəaliyyətini xüsusi qiymətləndirərək onu təbrik edib, uğurlar diləyib. Siyasət, iş dünyası, QHT və KİV sahəsində tanınmış şəxslərin, tanınmış sənət adamlarının, onlarla tanınmış insanların iştirak etdiyi mərasimdə  ödül alarkən millət vəkili Q.Paşayeva mükafata görə təşəkkürünü bildirib və “bu ödülü Vətənimiz üçün canını fəda edən qəhrəman şəhidlərimiz və özünün Türk dünyası sevdası, duyğu, düşüncə və əməlləri ilə Türk gəncliyinə böyük örnək olan, yol göstərən Türk dünyasının aydınlarını rəhmət və sayğı ilə anaraq, onların ruhları qarşısında baş əyərək alıram” deyib. Millət vəkili müsəlman şərqində ilk cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümündə, Azərbaycan Parlamentinin 100-cü ildönümü və nəinki şərq, hətta bir çox qərb ölkələrində qadınların seçib-seçilmək hüququna malik olmadığı bir vaxtda Azərbaycan Xalq Cümhuriyyətində  qadınlara seçib-seçilmək hüququnun verilməsinin 100-cü ildönümündə bu mükafatı bir qadın millət vəkili olaraq almaqdan qürur duyduğunu deyib.   Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl Türkiyədə “STAR” neft emalı zavodunun açılışında söylədiyi “Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür” düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayeva  birlik gücünü artırmaq üçün “Azərbaycan və Türkiyənin ziyalıları, bir millətin övladları daha çox çalışmalıyıq” deyib. Bu mükafatı bir etimad və məsuliyyət olaraq dəyərləndirdiyini deyən millət vəkili buna layiq olmaq üçün bundan sonra da var-gücü ilə çalışacağını bildirib. İşğalçı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından danışaraq “Qarabağ məsələsi bütün türk dünyasının ortaq məsələsidir” deyən millət vəkili Q.Paşayeva “İnşallah gələn tədbirləri işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Xankəndidə, Şuşada, Laçında və digər o gözəl torpaqlarda keçirək”, deyib. “Türkiyə sizin qədər bizim vətənimiz, Azərbaycan da bizim qədər sizin Vətəninizdir” deyən millət vəkili ödül mərasimində iştirak edən siyasət, iş dünyası, QHT və KİV sahəsində tanınmış şəxslərə, tanınmış sənət adamlarına müraciət edərək onları Azərbaycana dəvət edib, birliyimizin güclənməsi istiqamətində daha fəal olmağa çağırıb.

Millət vəkili Q.Paşayeva qardaş Türkiyənin İstanbul şəhərində UKİD tərəfindən, Üsküdar bələdiyyəsinin və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Türk Qafqaz İslam Ordusunun Azərbaycana yardıma gəlməsinin 100-cü ildönümü ilə bağlı konfransda geniş məruzə ilə çıxış edib

Millət vəkili Q.Paşayeva qardaş Türkiyənin İstanbul şəhərində UKİD tərəfindən, Üsküdar bələdiyyəsinin və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Türk Qafqaz İslam Ordusunun Azərbaycana yardıma gəlməsinin 100-cü ildönümü ilə bağlı konfransda geniş məruzə ilə çıxış edib

Millət vəkili Qənirə Paşayeva Türkiyənin İstanbul şəhərində UKİD tərəfindən, Üsküdar bələdiyyəsinin və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Türk Qafqaz İslam Ordusunun Azərbaycana yardıma gəlməsinin 100-cü ildönümü ilə bağlı konfransda geniş məruzə ilə çıxış edib. Konfransda Üsküdar bələdiyyə başqanı, Üsküdar kaymakamı, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, Üsküdar bölgəsinin ziyalıları, KİV və QHT rəhbərləri, gənclər, yüzlərlə üsküdarlı iştirak edib. Konfransda çıxış edən Üsküdar bələdiyyə başqanın müAvani, Üsküdar kaymakamı, UKİD başqanı çıxış edərək Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq, “hər zaman qardaş Azərbaycanın yanındayıq və yanında olacağıq, Azərbaycanın sevinci sevincimiz kədəri kədərimizdir” deyib və bu mövzuyla bağlı fikirlərini bölüşüblər.  Konfransda çıxış edən millət vəkili Q.Paşayeva müsəlman şərqində qurulan ilk cümhuriyyət olan və bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti barədə geniş məlumat verib və AXC-ni quran dədələrimizin, şəhidlərimizin, Ənvər Paşa, Nuru Paşa başda olmaqla Türk Qafqaz İslam Ordusunun bütün qəhrəmanlarının qarşısında baş əyərək, onları hər zaman sevgi, qayğı və rəhmətlə andığımızı və anacağımızı dedi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönəmindən,erməni-bolşevik dəstələrinin Azərbaycanda törətdiyi qırğınlardan, Qafqaz İslam Ordusunun xalqımızı bu çətin vəziyyətdən xilas etməsindən, Azərbaycana qardaş köməyinə gələn Qafqaz İslam Ordusunun böyük fədakarlığından, onların arasında İstanbuldan da olan dədələrimizdən danışan millət vəkili Q.Paşayeva onlar Türk dünyasının bugünki və gələcək nəsilləri üçün ən gözəl örnəklərdəndirlər deyib. Eyni zamanda 1915-ci ildə Çanaqqala döyüşündə iştirak edən Azərbaycan Türkləri. Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür” düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayeva çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 sentyabrda Bakıdan birlikdə verdikləri məsajlara da xüsusi toxunub və “dosta da, düşmənə də çox önəmli məsajlar” oldu deyib. Millət vəkili 15 sentyabrda Bakının işğaldan azad edilməsinin 100-cü ildönümü ilə bağlı Bakıda möhtəşəm bir paradın keçirildiyini və həmin paradda qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət başçımız İlham Əliyev ilə birgə iştirak etməsinin Azərbaycan və Türkiyə qardaşlığının sarsılmaz olduğunun bariz nümunəsi olduğunu deyib. Millət vəkili Q.Paşayeva bu yaxınlarda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Türkiyədə STAR neft emalı zavodunun açılışından da danışaraq Azərbaycanın xaricdə ən böyük sərmayəsini məhz qardaş Türkiyəyə qoyulmasının iki qardaş ölkə arasında qardaşlığın əsl örnəyidir deyib. STAR meqalayihənin açılışında Azərbaycan və Türkiyə prezidentlərinin çıxışlarına xüsusi toxunan millət vəkili bunun dosta da, düşmənə də mesaj olduğunu dedi. Q.Paşayeva “dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq” deyib.Millət vəkili çıxışında Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə də çağırıb və “bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq” deyib:” Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq”. Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva “güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik” deyib. Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından da danışaraq millət vəkili bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib: “Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşamızda, Xocalımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”. Konfransın sonunda Üsküdar bələdiyyə başqanı, Üsküdar kaymakamı və UKİD rəhbəri millət vəkili Q.Paşayevaya plaket təqdim ediblər. Millət vəkili Q.Paşayeva eyni zamanda gənclərin də mövzu ilə bağlı suallarını cavablandırıb. Millət vəkili həmçinin KİV-ə geniş müsahibə verib, sualları cavablandırıb. Millət vəkili Q.Paşayeva Üsküdar bələdiyyə başqanı, Üsküdar kaymakamı, UKİD başqanı və üzvləri və QHT rəhbərləri və ziyalılar da görüşüb və geniş fikir mübadiləsi olub.

Millət vəkili Q.Paşayeva MM-in komitələrinin 2019-cu il dövlət büdcəsi layihəsi ilə bağlı müzakirələrində vacib təkliflərlə çıxış edib

Millət vəkili Q.Paşayeva MM-in komitələrinin 2019-cu il dövlət büdcəsi layihəsi ilə bağlı müzakirələrində vacib təkliflərlə çıxış edib.

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin əmək və sosial siyasət, elm və təhsil, səhiyyə, ailə, qadın və uşaq məsələləri və mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında 2019-cu il dövlət büdcəsi haqqında layihəni dəstəklədiyini bildirib və bu büdcə layihəsinin ölkəmizin inkişafına və insanlarımızın həyat şəraitinin yaxşılaşmasına öz müsbət töhfələrini verəcəyinə inandığını deyib. Millət vəkili Q.Paşayeva Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin cənab Prezident İ.Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti M.Əliyevanın dəstəyilə həyata keçirməyə başladığı bir sıra layihələr, proqramlar və islahatların, fəalyyətə başlayacaq “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” – DOST xidmətinin yaradılmasının özəlliklə əhalinin aztəminatlı təbəqəsinin, əlillərin, işsizlərin həyatında daha da müsbət dəyişiklərə təkan olacağına deyib: “Təbii ki biz bu istiqamətdə görülən bütün işləri dəstəkləyirik və insanlarımızın, bizə müraciət edən seçicilərin bu istiqamətdə qaldırdığı bəzi məsələlərin də büdcə layihəsində nəzərə alınmasını hökumətdən, müvafiq qurumlardan xahiş edirik.” Millət vəkili Q.Paşayeva 1-ci qrup əlillərin üzləşdiyi problemlər, çətinliklər barədə danışaraq hökuməti  1-ci qrup əlillərə verilən müavinətlərin və təqaüdün artırılmasına çağırıb: “Məlum olduğu kimi, 1-ci qrup uşaqlıqdan əlillərə, eləcə də 1-ci qrup əmək stajı olmayan ümumi səbəbdən əlillərə verilən müavinətin məbləği aşağıdır və əlillərin aldığı vəsait onların ehtiyaclarını qarşılaya bilmir. Ona görə də yaxşı olardı ki, 1-ci qrup əlillərə verilən müavinət və təqaüd birlikdə qaldırılsın.  1-ci qrup əlillər ağır xəstəliklərdən əziyyət çəkən insanlardır, iş imkanları yoxdur.  Bütün bunları nəzərə alaraq 1-ci qrup əlillərə verilən müavinətlərin artırılmasına ciddi ehtiyac var. 1-ci qrup əlillərin vəziyyəti doğurdan da çətindir və hökumətdən xahiş edirik ki, onların müavinətlərinin artırılması məsələsinə baxsınlar və həllinə kömək etsinlər”. Millət vəkili Q.Paşayeva fiziki imkanları məhdud on cəkkiz yaşına çatmayan əlil uşaqların aldığı müavinətin də aşağı olması barədə danışıb və  onun qaldırılmasının vacibliyini vurğulayıb. “Bu uşaqların ehtiyaclarını, sağlamlığı, təhsili, təlimi və s. istiqamətlərı də nəzərə alsaq ailələrin üzərinə düşən çətinlikləri görə bilərik. Onların gündəlik ehtiyacları ilə yanaşı, dərmanlarının alınması, müalicəsi və s. kimi ehtiyacları böyükdür və aldıqları müavinət onları qarşılamaq üçün çox azdır. Ailələrin bu məsələ ilə üzləşdiyi çətinlikləri nəzərə alaraq bu müavinətlərin artırılmasına böyük ehtiyac var. ” Q. Paşayeva fiziki imkanları məhdud şəxslərin, əlillərin təhsil sahəsində üzləşdiyi bəzi problemləri səsləndirərək müəyyən təkliflərlə çıxış edib və müvafiq qurumları bu məsələlərə daha çox diqqət ayırmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva   əlillərin ödənişli ali təhsildən azad edilməsi, onların təhsil haqqının dövlət vəsaiti hesabına ödənilməsi təklifi ilə çıxış edib: “Bu adamların sayı azdır. Onlar ali məktəblərə ödənişli əsaslarla daxil olarkən yaxşı olar ki, onların təhsil haqqını dövlət ödəsin. Çünki onların çoxu  üçün çox çətindir bu vəsaiti ödəmək. Ona görə də universitetlərdə onların təhsil haqlarından azad edilməsi məsələsinə baxılması çox vacibdir. Bu, sağlamlıq imkanları məhdud insanlarımızın təhsilə stimullaşdırılması istiqamətində çox gözəl bir addım olardı.” Millət vəkili Q.Paşayeva eyni zamanda son zamanlar Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin məşğulluq proqramı çərçivəsində gördüyü müsbət dəyişiklikləri dəstəklədiyini bildirib və “inanırıq ki, məşğulluq proqramının həyata keçirlməsi zamanı şəhid ailələrinə, Qarabağ əlillərinə və qazilərinə, ön cəbhədə xidmət edənlərə öncüllüyün verilməsi daima diqqətdə olacaq çünki bu çox önəmli bir məsələdiir”, deyib. Millət vəkili Q.Paşayeva insanlarımızın, seçicilərin təhsil sahəsində qaldırdığı bir sıra məsələlərə də toxunub. “Təhsil kreditləri məsələsinin bütün ali təhsil müəssisələrini əhatə edəcək şəkildə geniş formada öz həllini tapmasına böyük ehtiyac var, maddi imkanlar üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə bir çıxılmaz vəziyyətlə üzləşən gənclərin sayı artır”, deyən millət vəkili bildirib ki, çoxlu sayda ali təhsil alan gənclər millət vəkillərinə müraciət edərək ödəniş haqlarını ödəməkdə çətinlik çəkdiklərini və ali təhsili yarımçıq qoymaq məcburiyyətində qaldıqlarını deyirlər. Millət vəkili Q.Paşayeva deyib ki, özəlliklə bu problem kənd rayonlarında çox ciddidir,ona gförə də təhsil kreditləri məsələsi bütün ali məktəbləri əhatə edəcək şəkildə ciddi genişlənməlidir. Millət vəkili Q.Paşayeva bildirib ki, bu gün gənclərin və gənc ailələrin ən böyük problemlərindən biri mənzil problemidir və ipoteka kreditləri,o cümlədən cənab Prezidentin sosial evlərlə bağlı imzaladığı sənədlər və tapşırıqlar çox önəmli bir məsələdir və inanırıq ki, bu istiqamətdə işlər müvafiq qurumlar tərəfindən sürətlə aparılacaq, çünki buna böyük ehtiyac var: “Mən ipotekadan yararlana bilməyən müəllimlər barədə danışmaq istəyirəm. Gələcəyimiz olan gənc nəsilləri yetişdirən müəllimlərin mənzil problemlərini həll edə bilmək üçün güzəştli ipotekadan və sosial evlər layihəsindən istifadə edə bilməsi çox vacib məsələdir. Amma bu gün orta məktəb müəllimləri ipotekadan yararlanaraq öz mənzil problemlərini həll edə bilmirlər. Özəlliklə orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əmək haqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması əsas gətirilir və onların əksəriyyəti bu sistemdən yararlana bilmirlər. Ona görə də orta məktəb müəllimlərinin sosial ipotekadan lazımi səviyyədə öz mənzil probleminin həlli istiqamətində yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var və hökumətimizi gələn ilin büdcəsində bu məsələni həll etməyə çağırırıq. Müəllimlərin də ipotekadan güzəştli yararlanan kateqoriyaya daxil edilməsi və sosial evlər layihəsindən yararlana bilməsi çox vacibdir. Mən xahiş edirəm ki, bu məsələyə yaxın günlərdə baxılsın və orta məktəb müəllimləri də güzəştli kateqoriyaya daxil edilsin və sosial layihələrdən yararlana bilsin. Gələcəyimiz olan gəncləri müəllimlər yetişdirir və ona görə də hökimətimizdən qısa zamanda bu məsələyə baxmasını və müsbət həll olunmasını xahiş edir və buna çağırırıq”. Millət vəkili Q.Paşayeva Tovuzda bir sıra kənd məktəblərinin ağır vəziyyətdə olduğunu diqqətə çatdırıb və həmin məktəblərin əsaslı təmiri və ya yenisinin tikilməsinə dəstək göstərilməsini xahiş edib. Millət vəkili Qənirə Paşayeva “2019-cu il büdcəsində icbari tibbi sığortanın tətbiqinə ayrılan vəsaitin artırılmasından məmnuniyyət duyuruq, çünki bütün ölkə ərazisində tezliklə tibbi sığortanın tətbiqinin həyata keçirilməyə başlanması ən vacib məsələlərdən biridir” deyib. Millət vəkili Qənirə Paşayeva anadangəlmə eşitmə qüsurlu uşaqların koxlyar implant əməliyyatının dövlət tərəfindən pulsuz həyata keçirilməsi təklifi ilə çıxış edib: “Hər il ölkəmizdə dünyaya gələn uşaqlar arasında onlarla eşitmə qabiliyyəti qüsurlu balalarımız var və biz bu cür ailələrə dəstək göstərməklə hər il onlarla gəncimizin həyatını və gələcəyini xilas etmiş olarıq” deyib. Millət vəkili Q.Paşayeva autizmli xəstələrin problemlərini də qaldırıb və bu sahədə həmin uşaqlara, auilələrə dəstək göstərilməsi üçün proqramlara və büdcədən vəsait ayrılmasına ehtiyac olduğunu deyib. Millət vəkili Q.Paşayeva MM-in Səhiyyə komitəsinin sədri Ə.Əmiraslanovun onkoloji xəstələrlə bağlı səsləndirdiyi fikirlərini dəstəklədiyini bildirirək, onkoloji xəstələrin sayının getdikcə artdığını və getdikcə gəncləşdiyini deyib və bu xəstəlikdən əziyyət çəkən insanlarımızın müalicəsinə dəstək üçün  şiş əleyhinə dərman vasitələrinin alınmasına büdcədən ayrılan vəsatin artırılmasının vacibliyini vurğulayıb. Tariximizi və mədəniyyətimizi qorumaq, ona sahib çıxmaq və gənc nəsillərimizə çatdırmaq vacibdir deyən millət vəkili Q.Paşayeva Tovuz rayonunda tarixi-mədəni abidələrin bərpası və təmiri işlərinə böyük ehtiyac olmasını xüsusi vurğulayaraq bu istiqamətdə işlərin qısa zamanda  görülməsini aidiyyəti qurumlardan xahiş edib.

Millət vəkili Q.Paşayeva Kırıkkale vilayətində Türk Ocakları,QHT və KİV rəhbərləri ilə görüşdə onları Qarabağ həqiqətlərinin təbliğində fəal olmağa çağırıb

Millət vəkili Q.Paşayeva Kırıkkale vilayətində Türk Ocakları,QHT və KİV rəhbərləri ilə görüşdə onları Qarabağ həqiqətlərinin təbliğində fəal olmağa çağırıb

Millət vəkili Q.Paşayeva Kırıkkale vilayətində dövlət təşkilatı, KİV və QHT rəhbərləri, müəllimlər evində, fəal gənclər və qadınlarla görüşdə Azərbaycandan danışıb və onları Qarabağ həqiqətlərinin Türk dünyasında və dünyada daha geniş yayılmasında fəal olmağa çağırıb.“Azərbaycan – Türkiyə əlaqələri və Qarabağ problemi ” adlı konfransda iştirak etmək üçün Türkiyənin Kırıkkale vilayətində səfərdə olan millət vəkili Qənirə Paşayeva Kırıkkale Emniyyet müdiri Mahmut Çorumlu, Kırıkkale Türk Ocakları, Qəzetəçilər Cəmiyyəti, bu bölgənin tanınmış təşkilat, QHT və KİV rəhbərləri ilə görüşüb, görüşlər zamaıl Azərbaycan-Türkiyə qardaşlığı, əlaqələri, əməkdaşlığı, Qarabağ həqiqətləri, Xocalı soyqırımı mövzuları ətrafında, həmçinin bölgələrimiz arasında əməkdaşlığın daha da artırılması ilə bağlı geniş fikir mübadiləsi olub. Millət vəkili Azərbaycan ilə Türkiyənin QHT, gənclər və qadın təşkilatları, KİV-ləri arasında əlaqələrin getdikcə daha da genişlənməsinin məmnuniyyətverici olduğunu və bu məsələlərin vacibliyini qeyd edib. Görüşlər zamanı Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı, Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, Xocalı soyqırımı, tarixi abidələrin erməni vandalizminə məruz qalması da barədə geniş söhbət açan Qənirə Paşayeva ölkələrimizin QHT, fəal gənclər, qadın təşkilatları arasında əməkdaşlığın artmasının vacibliyi ilə də bağlı geniş fikirlərini də bildirib və bu istiqamətdə fikir mübadiləsi aparılıb. Millət vəkili eyni zamanda Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin daha geniş yayılmasında qardaş ölkə QHT-lərindən və KİV-dən Azərbaycan xalqının daha böyük fəallıq gözləndiyini də xüsusi vurğulayıb və öz fəaliyyətlərində, mətbu orqanlarında Azərbaycana daha geniş yer ayırmağa çağırıb. Millət vəkili Q. Paşayeva Kırıkkale Türk Ocakları başqanı və üzvlərini,KİV və QHT rəhbərlərini, fəal gənclər və qadınlar təşkilatlarını Azərbaycana dəvət edib. Onlar Azərbaycana məmuniyyətlə səfər etmək istədiklərini deyiblər. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Kırıkkale emniyyet müdiri, Türk Ocaqları rəhbəri və üzvlərinə,Qazeteçiler Cemiyyəti rəhbəri və üzvlərinə, QHT, gənclər və qadın təşkilatları rəhbərlərinə və üzvlərinə Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar hədiyyə edib. Görüşlərdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri A. Bağırova da iştirak edib.

Millət vəkili Q.Paşayevanın Kırıkkaledə  Qarabağ parkı və Azərbaycan Şəhidləri abidəsinın açılması təklifini bələdiyyə başqanı dəstəkləyib və yaxın zamanlarda həyata keçəcək deyib

Millət vəkili Q.Paşayevanın Kırıkkaledə  Qarabağ parkı və Azərbaycan Şəhidləri abidəsinın açılması təklifini bələdiyyə başqanı dəstəkləyib və yaxın zamanlarda həyata keçəcək deyib

“Azərbaycan – Türkiyə əlaqələri və Qarabağ problemi ” adlı konfransda iştirak etmək üçün Türkiyənin Kırıkkale  vilayətində səfərdə olan millət vəkili Qənirə Paşayeva Kırıkkale bələdiyyə başqanı Mehmet Saygılı və Kırıkkale valisi M. İlker Haktankaçmaz ilə görüşüb. Millət vəkili Q.Paşayeva Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb  və Kırıkkalenin mərkəzi parklarından birinə  Qarabağ adının verilməsi və Şəhidlər abidəsinin açılması təklifini irəli sürüb və Kırıkkale  bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönəmindən, daşnak erməni dəstələrinin Azərbaycanda törətdiyi qırğınlardan, Qafqaz İslam Ordusunun xalqımızı bu çətin vəziyyətində dəstəyə gəlməsindən, Azərbaycana qardaş köməyinə gələn Qafqaz İslam Ordusunun böyük fədakarlığından, onların arasında Kırıkkaledən də olan dədələrimizdən  danışan millət vəkili Q.Paşayeva onların adları qeyd edilən xatirə lövhələrinin Qarabağ parkında və Şəhidlər Abidəsində qoyulmasının gənc nəsillərimizə onların daha geniş tanıdılmasının vacibliyindən danışıb. Görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Kırıkkalenin də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib. Kırıkkale bələdiyyə başçısı Mehmet Saygılı Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq, Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət etdiyini deyib. Kırıkkale bələdiyyə başçısı Mehmet Saygılı həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını,  hər zaman qardaş Azərbaycanın yanında olduqlarını qeyd etdi. Millət vəkili Qənirə Paşayevanın Kırıkkaledə Qarabağ parkı və Şəhidlər abidəsi ilə bağlı təklifini müsbət qiymətləndirdiyini bildirən Kırıkkale bələdiyyə başçısı bu təklifə baxılacağını deyib və yaxın zamanlarda Kırıkkaleda Qarabağ parkının və Şəhidlər abidəsinin açılacağını və həmin açılış mərasimlərində millət vəkili Q.Paşayevanı görməyə çox şad olarıq dedi.

Millət vəkili Q.Paşayeva bu yaxınlarda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Türkiyədə STAR neft emalı zavodunun açılışından danışaraq Azərbaycanın xaricdə ən böyük sərmayəsini məhz qardaş Türkiyəyə qoyulmasının iki qardaş ölkə arasında qardaşlığın əsl örnəyidir deyib. STAR meqalayihənin açılışında Azərbaycan və Türkiyə prezidentlərinin çıxışlarına xüsusi toxunan millət vəkili bunun dosta da, düşmənə də mesaj olduğunu dedi.  Azərbaycanı çox sevdiyini deyən Kırıkkale bələdiyyə başqanı Mehmet Saygılı ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub.    Kırıkkale  bələdiyyə başçısına  Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar hədiyyə edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini  deyən Kırıkkale bələdiyyə başqanı Mehmet Saygılı dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib.

Millət vəkili Q.Paşayeva eyni zamanda Kırıkkale valisi M. İlker Haktankaçmaz ilə də  görüşüb.  İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Kırıkale arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib.  Kırıkkale valisi M. İlker Haktankaçmaz ilə görüşdə millət vəkili Q.Paşayeva Azərbaycanı, Qarabağ problemi, Xocalı soyqırımı həqiqətlərini, Azərbaycan-Türkiyə birliyinin güclənməsinin önəmi barədə gənclərə yönəlik konfransların və tədbirlərin artmasının vacibliyini vurğulayıb və bu istiqamətdə təkliflərlə çıxış edib. Millət vəkili Q.Paşayevanın fikirlərini dəstəkləyən vali bu məsələyə Kırıkkaledə bundan sonra xüsusi diqqət göstəriləcəyini deyib.  Kırıkkale valisi M. İlker Haktankaçmaz Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. Kırıkkale valisinə Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Kırıkkale valisi M. İlker Haktankaçmaz  Azərbaycana mütləq səfər edəcəyini bildirib. Görüşlərdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri A. Bağırova da iştirak edib.

 

Millət vəkili Q.Paşayeva Kırıkkaledə “Azərbaycan – Türkiyə əlaqələri və Qarabağ problem”  ilə bağlı konfrans verib

Millət vəkili Q.Paşayeva Kırıkkaledə “Azərbaycan – Türkiyə əlaqələri və Qarabağ problem”  ilə bağlı konfrans verib.

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Kırıkkale vilayətində “Azərbaycan – Türkiyə əlaqələri və Qarabağ problemi ” adlı konfrans verib. Konfransda Kırıkkale bələdiyyə başqanı, valisi, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri A. Bağırova, Türk Ocakları başkanı, Kirikkale Qazeteçiler Cemiyyeti başkanı,Kırıkkale bölgəsinin ziyalıları, KİV və QHT rəhbərləri, gənclər, yüzlərlə Kırıkkalelı iştirak edib. Konfransda çıxış edən Kırıkkale valisi Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq, “hər zaman qardaş Azərbaycanın yanındayıq və yanında olacağıq, Azərbaycanın sevinci sevincimiz kədəri kədərimizdir” deyib və Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət etdiklərini vurğulayıb. Konfransda çıxış edən millət vəkili Q.Paşayeva müsəlman şərqində qurulan ilk cümhuriyyət olan və bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti barədə geniş məlumat verib və AXC-ni quran dədələrimizin, şəhidlərimizin, Ənvər Paşa, Nuru Paşa başda olmaqla Türk Qafqaz İslam Ordusunun bütün qəhrəmanlarının qarşısında baş əyərək, onları hər zaman sevgi, qayğı və rəhmətlə andığımızı və anacağımızı dedi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönəmindən,erməni-bolşevik dəstələrinin Azərbaycanda törətdiyi qırğınlardan, Qafqaz İslam Ordusunun xalqımızı bu çətin vəziyyətdən xilas etməsindən, Azərbaycana qardaş köməyinə gələn Qafqaz İslam Ordusunun böyük fədakarlığından, onların arasında Kırıkkaledan da olan dədələrimizdən danışan millət vəkili Q.Paşayeva onlar Türk dünyasının bugünki və gələcək nəsilləri üçün ən gözəl örnəklərdəndirlər deyib. Eyni zamanda 1915-ci ildə Çanaqqala döyüşündə iştirak edən Azərbaycan Türkləri. Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür” düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayeva çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 sentyabrda Bakıdan birlikdə verdikləri məsajlara da xüsusi toxunub və “dosta da, düşmənə də çox önəmli məsajlar” oldu deyib. Millət vəkili 15 sentyabrda Bakının işğaldan azad edilməsinin 100-cü ildönümü ilə bağlı Bakıda möhtəşəm bir paradın keçirildiyini və həmin paradda qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət başçımız İlham Əliyev ilə birgə iştirak etməsinin Azərbaycan və Türkiyə qardaşlığının sarsılmaz olduğunun bariz nümunəsi olduğunu deyib. Millət vəkili Q.Paşayeva bu yaxınlarda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Türkiyədə STAR neft emalı zavodunun açılışından danışaraq Azərbaycanın xaricdə ən böyük sərmayəsini məhz qardaş Türkiyəyə qoyulmasının iki qardaş ölkə arasında qardaşlığın əsl örnəyidir deyib. STAR meqalayihənin açılışında Azərbaycan və Türkiyə prezidentlərinin çıxışlarına xüsusi toxunan millət vəkili bunun dosta da, düşmənə də mesaj olduğunu dedi. Q.Paşayeva “dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq” deyib.Millət vəkili çıxışında Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə də çağırıb və “bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq” deyib:” Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq”. Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva “güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik” deyib. Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından da danışaraq millət vəkili bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib: “Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşamızda, Xocalımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”. Konfransın sonunda Kırıkkale rəsmləri, Qazeteçiler Cemiyyeti başkanı, Türk Ocakları başkanı  və müxtəlif təşkilatların rəhbərləri millət vəkili Q.Paşayevaya belə bir konfrans üçün təşəkkürünü bildirib, onu yenidən Kırıkkaledə konfrans vermək üçün dəvət ediblər və Azərbaycan-Türkiyə əlaqələri, Türk Dünyası ilə bağlı gördüyü işləri yüksək qiymətləndirdiklərini deyərək ona plaket təqdim ediblər. Millət vəkili Q.Paşayevaya və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri A. Bağırovaya Kırıkkalela bağlı xatirə hədiyyələri də təqdim edilib. Millət vəkili Q.Paşayeva tədbir çərçivəsində gənclərin suallarını da cavablandırıb, KİV-lərə geniş müsahibə verib.

Millət vəkili Q.Paşayevanın Tokat vilayətində Qarabağ parkı və Azərbaycan Şəhidləri abidəsinın açılması təklifini bələdiyyə başqanı dəstəkləyib və yaxın zamanlarda həyata keçəcək deyib

Millət vəkili Q.Paşayevanın Tokat vilayətində Qarabağ parkı və Azərbaycan Şəhidləri abidəsinın açılması təklifini bələdiyyə başqanı dəstəkləyib və yaxın zamanlarda həyata keçəcək deyib

Azərbaycan – Türkiyə əlaqələri ilə bağlı “Bir Millət, iki Dövlət” adlı    konfransda və Tokat 2-ci Kitab Fuarında iştirak etmək üçün Türkiyənin Tokat vilayətində səfərdə olan millət vəkili Qənirə Paşayeva Tokat bələdiyyə başqanı Av. Eyüp Eroğlu ilə görüşüb. Tokat bələdiyyə başqanı Av. Eyüp Eroğluna bu il keçirdikləri Kitab Fuarında əsas mövzunun Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr etmələri üçün təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva bu, əsl qardaşlıq addımıdır deyib.  Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə təbrik edən və Azərbaycanı çox sevdiyini deyən Tokat bələdiyyə başçısı Av. Eyüp Eroğlu qardaş Azərbaycan üçün əlamətdar olan bir günü Türkiyədə də qeyd etməyimiz borcumuzdur deyib. Millət vəkili Q.Paşayeva Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb  və Tokatın mərkəzi parklarından birinə  Qarabağ adının verilməsi və Şəhidlər abidəsinin açılması təklifini irəli sürüb və Tokat  bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönəmindən, daşnak erməni dəstələrinin Azərbaycanda törətdiyi qırğınlardan, Qafqaz İslam Ordusunun xalqımızı bu çətin vəziyyətində dəstəyə gəlməsindən, Azərbaycana qardaş köməyinə gələn Qafqaz İslam Ordusunun böyük fədakarlığından, onların arasında Tokatdan da olan dədələrimizdən  danışan millət vəkili Q.Paşayeva onların adları qeyd edilən xatirə lövhələrinin Qarabağ parkında və Şəhidlər Abidəsində qoyulmasının gənc nəsillərimizə onların daha geniş tanıdılmasının vacibliyindən danışıb. Görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Tokatın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib. Tokat bələdiyyə başçısı Av. Eyüp Eroğlu Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq, Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət etdiyini deyib. Tokat bələdiyyə başçısı Av. Eyüp Eroğlu həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını,  hər zaman qardaş Azərbaycanın yanında olduqlarını qeyd etdi. Millət vəkili Qənirə Paşayevanın Tokatda Qarabağ parkı və Şəhidlər abidəsi ilə bağlı təklifini müsbət qiymətləndirdiyini bildirən Tokat bələdiyyə başçısı bu təklifə baxılacağını deyib və yaxın zamanlarda Tokatda Qarabağ parkının və Şəhidlər abidəsinin açılacağını və həmin açılış mərasimlərində millət vəkili Q.Paşayevanı görməyə çox şad olarıq dedi.

Millət vəkili Q.Paşayeva bu yaxınlarda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Türkiyədə STAR neft emalı zavodunun açılışından danışaraq Azərbaycanın xaricdə ən böyük sərmayəsini məhz qardaş Türkiyəyə qoyulmasının iki qardaş ölkə arasında qardaşlığın əsl örnəyidir deyib. STAR meqalayihənin açılışında Azərbaycan və Türkiyə prezidentlərinin çıxışlarına xüsusi toxunan millət vəkili bunun dosta da, düşmənə də mesaj olduğunu dedi.  Azərbaycanı çox sevdiyini deyən Tokat bələdiyyə başqanı Av. Eyüp Eroğlu ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub.    Tokat  bələdiyyə başçısına  Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar hədiyyə edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini  deyən Tokat bələdiyyə başqanı Av. Eyüp Eroğlu dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib.

Millət vəkili Q.Paşayeva 15 yaşlı istedadlı gənc yazar Gülnaz Nazğızadənin kitabının təqdimatında istedadlı qızlara daha çox dəstək olmalıyıq deyib

Millət vəkili Q.Paşayeva 15 yaşlı istedadlı gənc yazar Gülnaz Nazğızadənin kitabının təqdimatında istedadlı qızlara daha çox dəstək olmalıyıq deyib.   

 Sumqayıt Poeziya Evinin təşkilatçılığı, Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə məktəbli yazar Gülnaz Nağızadənin yeni nəşr olunmuş “Femidanın gözləri” povestinin təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı gənc yazarı iştirakçılara təqdim edib və ona yaradıcılıq uğurları arzulayıb. Sonra filoloq Aygün Yaşar təqdimatı keçirilən kitab barədə məruzə edib, kitabın redaktoru, professor Vaqif  Yusifli gənc yazarın kitabının bədii məziyyətlərindən danışıb.Gənc istedada yüksək dəyər verib tədbirə qatılan millət vəkili Qənirə Paşayeva Gülnaz Nağızadəni təbrik edərək onun gələcəkdə daha böyük uğurlara imza atacağına inamını ifadə edib.  Millət vəkili Q.Paşayeva istedadlı gənc yazar G.Nağızadə ilə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin Masallıda kitab günü ilə bağlı təşkil etdiyi tədbirdə tanış olduğunu bildirdi və kəndlərlə, rayonlarda uşaqlar, gənclər arasında kitab oxumağa, müaliəyə meylliyinin artırılması məqsədilə keçirilən tədbirlərin Gülnaz kimi istedadlı gənclərin aşkar edilməsində əhəmiyyətini vurğuladı. Bu cür istedadlı gənclərin məktəblilər, gənclər arasında tanıdılmasının vacibliyini qeyd edən millət vəkili Gülnaz kimi gənclərdə bədii yaradıcılıqla məşğul olmağa daha böyük həvəs oyadacağına inandığını deyib. Hesab edirəm ki, Gülnaz kimi istedadlı qızlarımıza vaxtında ilk olaraq ailədən başlayaraq daha çox mənəvi dəstək olmalıyıq deyən millər vəkili Q.Paşayeva Gülnazın ailəsinə qızlarına hər zaman dəstək olmalarından dolayı təşəkkürünü bildirib və “siz bir çox ailələr üçün yaxşı örnəklərdən birisiniz” deyib. Millət vəkili Q.Paşayeva Gülnaza yaradıcılığında dəstək olan hər kəsə təşəkkür edib və “hər zaman yanındayıq, inanıram ki, bir neçə il sonra sənin əsərlərinin səsi xarici ölkələrdən gələcək və sənə bunu arzulayıram”, – deyib. Çıxışın sonunda millət vəkili Q.Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova müəllifə xatirə hədiyyələri təqdim ediblər. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova gənc qızlarımıza daha çox dəstək göstərməliyik deyərək çıxışının sonunda rəhbərlik etdiyi təşkilatın Gülnazın 3-cü kitabının nəşrinə dəstək olacağını bildirib və bu addım tədbir iştirakçıları tərəfindən məmnunluqla qarşılanıb.  Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul işçisi Fərman Kazımov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Eldar Hüseynov, Sumqayıt şəhər Təhsil Şöbəsi Metodkabinetinin direktoru Gülbahar Haqverdiyeva, Gülnazın təhsil aldığı 12 saylı orta məktəbin direktoru Reyhan Baxşiyeva, müəllimələri Sevda Nəsirova, İradə Quliyeva, “Yeni yol” qəzetinin redaktor müavini, Gülnazın ilk kitabı – “Xoşbəxtlik qapını döyür” povestinin redaktoru Rəsul Rzayev, şairlər Zirəddin Qafarlı və Givi Paçxataşvili, cərrah Qeyrət Xəlilov, Respublikanın əməkdar müəllimi, şairə Ofelya Babayeva, məktəbli yazarın sinif yoldaşları çıxış edərək Gülnaz Nağızadəni təbrik ediblər. Daha sonra söz müəllifə verilib. O da öz növbəsində kitabının işıq üzü görməsində əməyi olan hər kəsə minnətdarlığını ifadə edərək ailədən və dövlətdən aldığı dəstəyin qarşılığında ona olan etimadı doğruldacağını qeyd edib.Təqdimatın sonunda gənc yazarın valideynləri çıxış edərək qızlarının istedadına dəyər verib tədbirə gələn və kitabların nəşrində rolu olan hər kəsə təşəkkürünü bildirib.Xatırladaq ki, kitabda qarşılaşdığı haqsızlıqlarla mübarizə aparmaq üçün hüquqşünas olmaq istəyən bir albinos qızın tale yolu qələmə alınıb. Müəllif Sumqayıt şəhərində yerləşən Nəsirəddin Tusi adına 12 saylı orta məktəbin 10-cu sinif şagirdidir.

Tokat 2-ci Kitab Fuarında millət vəkili Qənirə Paşayevanın kitablarının təqdimatı və imzalanması mərasimi oldu

Tokat 2-ci Kitab Fuarında millət vəkili Qənirə Paşayevanın kitablarının təqdimatı və imzalanması mərasimi oldu

Türkiyənin Tokat vilayətində 2-ci Kitab Fuarı çərçivəsində millət vəkili Qənirə Paşayevanın kitablarının təqdimatı və imzalanması mərasimi keçirilib. İmza mərasimində çoxlu sayda ziyalılar, gənclər iştirak ediblər. Millət vəkili Q.Paşayeva Tokat bələdiyyə başqanı Av. Eyüp Eroğluna bu il keçirdikləri Kitab Fuarında əsas mövzunun Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr etmələri üçün təşəkkürünü bildirib və bunun böyük önəmi barədə fikirlərini bölüşüb. Türk millətinin gənc nəsilləri üçün kitabın önəmindən də danışan millət vəkili Q.Paşayeva çoxlu sayda gənclərin imza mərasiminə qatılmasından çox məmnun olduğunu deyib. Millət vəkili Q. Paşayeva kitablar barədə məlumat verərək gənclərə kitablarına böyük maraq göstərdikləri üçün təşəkkür edib. Dağıq Qarabağ, Axıska, Krım, Kərkük, Türkməndağından danışan, Türk dünyasının probemləri və çıxış yolları barədə də danışan millət vəkili Q. Paşayeva gəncləri ortaq tariximizi yaxşı oxumağa, öyrənməyə çağırıb. O bildirib ki, dünyanın harasında doğulub harasında yaşamasından asılı olmayaraq hər bir Türk insanı ortaq tarixmizi yaxşı bilməlidir və bütün məsələlərdə bir-birimizə daha çox dəstək verməliyik. Bu kitabların gənclərimiz arasında Türk dünyasını daha yaxşı tanımağa da öz töhfəsini verə biləcəyini deyən millət vəkili Q.Paşayeva “Allahdan ən böyük arzum bir gün sizin kimi dəyərli insanlarla birlikdə belə tədbirləri Dağlıq Qarabağda, Şuşada, bütün o gözəl torpaqlarımızda da bərabər keçirməkdir”,- deyərək kitablarını oxucular üçün imzalayıb, gənclərin müəllifi olduğu kitablarla bağlı suallarını da cavablandırıb. “Müəllifi olduğum kitablara, özəlliklə Azərbaycana olan böyük diqqət bizi çox duyğulandırdı”, – deyən millət vəkili Q.Paşayeva  gəncləri maraqlandıran suaları da cavablandıırıb və bələdiyyə  başqanı, Tokat vilayətinin rəsmiləri, aydınları ilə birlikdə Kitab Fuarını da gəzib və yazarlarla, sakinlərlə geniş söhbət edib və Azərbaycanla bağlı onları maraqlandıran sualları və fikirləri də cavablandırıb.  Bir çox yazarlar millət vəkili Q.Paşayevaya kitablarını hədiyyə edərək qardaş Azərbaycana gəlməyi və görməyi çox istəyirik deyiblər və Q.Paşayeva onları ölkəmizə dəvət edib və yaradıcılıqlarında Azərbaycana da yer ayıracaqlarına ümidvar olduğunu deyib. Millət vəkili Q.Paşayeva eyni zamanda Tokatda Kitab evində gənclərlə görüşüb, onlara Azərbaycandan danışıb və suallarını geniş cavablandırıb. Görüşlərdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova da iştirak edib.