Millət vəkili Q.Paşayeva Düzcə valisi, QHT və KİV-lərlə görüşdə Qarabağdan danışıb və çağırış edib 

Millət vəkili Q.Paşayeva Düzcə valisi, QHT və KİV-lərlə görüşdə Qarabağdan danışıb və çağırış edib 

Qardaş Türkiyədə səfərdə olan millət vəkili Q.Paşayeva  Düzce  valisi Zülkif Dağlı , tanınmış QHT və KİV rəhbərləri ilə,  gənclər və qadın təşkilatları görüşüb və televiziyalara geniş müsahibələr verib, mətbuat nümayəndələrinə Azərbaycanla  bağlı geniş müsahibələr verib və sualları cavablandırıb. Düzce valisi Zülkif Dağlı ilə görüşdə millət vəkili Q.Paşayeva Azərbaycanı, Qarabağ problemi, Xocalı soyqırımı həqiqətlərini, Azərbaycan-Türkiyə birliyinin güclənməsinin önəmi barədə gənclərə yönəlik konfransların və tədbirlərin artmasının vacibliyini vurğulayıb və bu istiqamətdə təkliflərlə çıxış edib. Millət vəkili Q.Paşayevanın fikirlərini dəstəkləyən vali bu məsələyə Düzcedə bundan sonra xüsusi diqqət göstəriləcəyini deyib. Millət vəkili Q.Paşayeva vali ilə görüşə Düzce Universtetində təhsil alan azərbaycanlı tələbələrn təmsilçilərini də aparıb onlaarı vali ilə tanış edib və buradakı tələbələrimiz sizə əmanətdir deyərək onların ortaya çıxan məsələlərinin həllində valinin hər zaman dəstək olacağına ümidvar olduğunu deyib. Q.Paşayeva validən həmçinin azərbaaycanlı gənclərin Azərbaycanla, Qarabağ həqiqətləri və Xocalı soyqırımı ilə bağlı Düzcədə keçirmək istdikləri tədbirlərə dəstək olmasını da xahiş edib və bununönəmindən danışıb. Vali Zülkif Dağlı bütün məsələlərdə tələbələrə dəstək olmağa çalışacağını bildirib və onlar bizə əmanət deyib.  Q.Paşayeva Düzcenin tanınmış QHT və KİV rəhbərləri ilə görüş zamanı Azərbaycan ilə Türkiyənin QHT, KİV, gənclər və qadın təşkilatları arasında əlaqələrin getdikcə daha da genişlənməsinin məmnuniyyətverici olduğunu və bu məsələlərin vacibliyini qeyd edib. Görüşlər və müsahiblər zamanı Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı, Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, Xocalı soyqırımı, tarixi abidələrin erməni vandalizminə məruz qalması da barədə geniş söhbət açan Qənirə Paşayeva ölkələrimizin QHT, KİV, fəal gənclər, qadın təşkilatları arasında əməkdaşlığın artmasının vacibliyi ilə də bağlı geniş fikirlərini də bildirib və bu istiqamətdə fikir mübadiləsi aparılıb. Millət vəkili eyni zamanda Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin daha geniş yayılmasında qardaş ölkə QHT və KİV-lərindən Azərbaycan xalqının daha böyük fəallıq gözlədiyini də xüsusi vurğulayıb. Millət vəkili Q. Paşayeva Düzcenin  QHT, KİV, fəal gənclər və  qadınlar təşkilatlarını Azərbaycana dəvət edib. Onlar Azərbaycana məmuniyyətlə səfər etmək istədiklərini deyiblər. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva QHT, KİV, gənclər və qadın təşkilatları rəhbərlərinə və üzvlərinə  Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar, özünün  yeni çapdan çıxmış “Turan yolçusu” və “Aşk yolçusu” kitablarını hədiyyə edib.

 

 

 

Advertisements

Millət vəkili Q. Paşayevanın Düzcə vilayətində Azərbaycan küçəsi və Qarabağ parkı təklifi dəstəkləndi

Millət vəkili Q. Paşayevanın Düzcə vilayətində Azərbaycan küçəsi və Qarabağ parkı təklifi dəstəkləndi.

Düzcə vilayətində konfrans vermək üçün bu bölgəyə səfər edən millət vəkili Q.Paşayeva Düzcə bələdiyyə başqanı Dursun Ay ilə görüşüb. Görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Düzcənin də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyən Qənirə Paşayeva bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Düzce vilayətinin mərkəzi küçələrindən birinə Azərbaycan, mərkəzi parklardan birinə isə Qarabağ adının veriləcəyinə inandığını deyib və bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Düzcədə Azərbaycan küçəsi və Qarabağ parkının dosta da, düşmənə də önəmli bir mesaj olacağını deyən millət vəkili Q.Paşayeva gənc nəsillərimiz üçün də bu addımın vacibliyini xüsusi vurğulayıb. Azərbaycanı çox sevdiyini deyən Düzc bələdiyyə başqanı Dursun Ay Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını, hər zaman qardaş Azərbaycanın yanında olduğunu və millət vəkili Qənirə Paşayevanın qədim Düzcedə Azərbaycan küçəsi və Qarabağ parkı abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiklərini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib. Düzcə bələdiyyə başqanı Dursun Aya Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar hədiyyə edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən bələdiyyə başqanı dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib. O, millət vəkili Q.Paşayevanın  Düzcede konfrans verməsinin gənclər üçün çox önəmli olduğunu xüsusi vurğulayaraq millət vəkilini yaxın zamanlarda təkrar Düzceye dəvət edib.Millət vəkili Q.Paşayeva bələdiyyə başqanı ilə görüşə Düzce Universtetində təhsil alan azərbaycanlı tələbələrn təmsilçilərini də aparıb onlaarı bələdiyyə başqanı ilə tanış edib və buradakı tələbələrimiz sizə əmanətdir deyərək onların ortaya çıxan məsələlərinin həllində bələdiyyə başqanının hər zaman dəstək olacağına ümidvar olduğunu deyib. Q.Paşayeva bələdiyyə başqanından həmçinin azərbaaycanlı gənclərin Azərbaycanla, Qarabağ həqiqətləri və Xocalı soyqırımı ilə bağlı Düzcədə keçirmək istdikləri tədbirlərə dəstək olmasını da xahiş edib və bununönəmindən danışıb. Bələdiyyə başqanı Dursun Ay bütün məsələlərdə tələbələrə dəstək olmağa çalışacağını bildirib və onlar bizə əmanət deyib. 

Millət vəkili Q.Paşayevanın  Düzce Universitetində Qarabağ həqiqətləri ilə bağlı tədbirlərin artması təklifini rektor dəstəkləyib

Millət vəkili Q.Paşayevanın  Düzce Universitetində Qarabağ həqiqətləri ilə bağlı tədbirlərin artması təklifini rektor dəstəkləyib

Millət vəkili, Dr. Qənirə Paşayeva Düzce Universitetinin rektoru    Prof. Dr. Nigar Demircan Çakar və  universitetdə təhsil alan gənclərlə görüşündə Qarabağ həqiqətlərinin daha geniş yayılmasında, qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizəmiz daha da güclənməlidir deyib.  Düzce Universitetinin rektoru    Prof. Dr. Nigar Demircan Çakar qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib. Rektor rəhbərlik etdiyi universitetin də Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu bildirib və universitetdə təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artması üçün çalışdıqlarını, tələbələrin burada təhsil almaları üçün şəraitin yaradıldığını qeyd edib. Millət vəkili, Dr. Qənirə Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığının getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və DüzceUniversiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu bildirib.  Düzce Universitetində təhsil alan azərbaycanlı tələbələrin sayının getdikcə artmasının sevindirici hal olduğunu qeyd edən millət vəkili, Dr. Qənirə Paşayeva onların burada özlərini öz vətənlərindəki kimi hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitə görə təşəkkürünü bildirib və azərbaycanlı tələbələrin də öz növbəsində  Düzce Universitetində Azərbaycanı layiqincə təmsil etdiklərinə inandığını bildirib. Millət vəkili, Dr. Qənirə Paşayeva Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı Universitet gəncləri ilə geniş müzakirələrə, tələbələrlə bu mövzular ətrafında daha çox görüşlərin, konfransların daha da artmasına ehtiyac olduğunu deyib. Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, bölgədə getdikcə daha da gərginləşən vəziyyət, Türk dünyasının bir sıra qanayan yaraları ətrafında söhbətlə yanaşı gənclərin təhsilə,oxumağa,öyrənməyə daha çox meyilləndirilməsinin önəmi barədədə geniş fikir mübadiləsi aparılıb. Düzce Universitetinin rektoru  rəhbərlik etdiyi universitet ilə Azərbaycanın ali təhsil məktəbləri arasında əlaqələrin daha da inkişaf edəcəyini deyib və millət vəkilinə dəvətlərini qəbul edib universitetdə  konfrans verdiyi üçün təşəkkürünü bildirib və bu cür konfransların önəminə toxunaraq onu təkrar konfranslar verməyə dəvət edib. Dəvət üçün təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva burada təhsil alan azərbaycanlı tələbələrlə bağlı bir sıra fikir və təkliflərlə çıxış edib və geniş fikir mübadiləsi aparılıb.  Q.Paşayev həmçinin DicleUniversitetinin müəllimləri,  burada təhsil alan bəzi azərbaycanlı tələbələrlə və digər türk torlumlarından olan tələbələrlə də görüşüb. Azərbaycanlı tələbələrlə geniş görüş keçirən millət vəkili Q.Paşayeva Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında xaricdə təhsil alan tələbələrimizin də üzərinə böyük vəzifələr düşdüyünü bildirib və onlarla bu istiqamətdə geniş müzakirələr olub və millət vəkili onları maraqlandıran sualları da maraqlandırıb.

Millət vəkili Q. Paşayeva Düzce vilayətində “Qarabağ və Türk -İslam dünyasında ağır sorunların həll olunmasında birliyin gücü: Azərbaycan – Türkiyə birliyi örnəyi” adlı konfrans verib

Millət vəkili Q. Paşayeva Düzce vilayətində “Qarabağ və Türk -İslam dünyasında ağır sorunların həll olunmasında birliyin gücü: Azərbaycan – Türkiyə birliyi örnəyi” adlı konfrans verib.

Millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva  Düzce Universitetində “Qarabağ və Türk -İslam dünyasında ağır sorunların həll olunmasında birliyin gücü: Azərbaycan – Türkiyə birliyi örnəyi” ilə bağlı verdiyi konfransda Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasəti, qərbin ikili standartları və birliyin önəmi mövzusunda ətraflı çıxış edib. Düzce Universitetinin təşkil etdiyi  və Düzce Üniversitetinin rektoru Prof. Dr. Nigar Demircan Çakar, Düzce bələdiyyə sədrinin müavini Elif Sezer Cebar, rektor müavini Prof. Dr. İlhan Genç, müəllimlər, tələbələr və media mənsublarının iştirak etdiyi konfransda millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva çıxışına “Azərbaycanda və Türkiyədə şəhid olan insanlarımızın ruhu qarşısında baş əyirəm” deyə başlayıb və Qarabağ və Türk dünyası həqiqətlərinin dünyaya daha geniş yayılmasında birliyimizi daha da gücləndirməliyik deyib. Qərbin Azərbaycana, Türkiyəyə, Türk-Müsəlman dünyasına yanaşmasındakı ikili standartlardan danışan millət vəkili Q.Paşayeva bu vəziyyətin getdikcə daha da pisləşdiyini xüsusi vurğulayıb. Dağlıq Qarabağ münaqişəsindən danışan millət vəkili Q.Paşayeva bu məsələdə Qərbin ikili standarlarını geniş şəkildə izah edib və beynəlxalq təşkilatların da ikili standartlaradan yanaşmalarını xüsusi vurğulayaraq kəskin qınayıb:  “Bu gün beynəlxalq təşkilatlar  BMT  başda olmaqla bir neçə böyük dövlətin maraqlarının müdafiəsindən başqa heç bir işlə məşğul olmur.  Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qətnamələr var amma onların həyata keçirilməsi üçün Ermənistana heç bir təzyiq göstərmir.  İnsan haqlarından danışan beynəlxalq təşkilatlar Ermənistanın işğalçılığı üzündən öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün haqlarının müdafiəsi istiqamətində heç bir addım atmır”. Q.Paşayeva bildirib ki, biz Qərbin ikili standartlarını Xocalı Soyqırmına yanşmada da gördük: “100 il əvvəl tarixdə olmayan soyqırım barədə qərar qəbul edənlərin əksəriyyəti modern dünyanın gözləri qarşısında Ermənistanın Xocalıda törətdiyi dəhşətli soyqırımı görmək istəmir. Eyni vəziyyət  Türkiyəyə, Türk dünyasına qarşı yanaşmada da özünü göstəririr”. O, Qərb Türkiyəyə terrorla mübarizədə bu gün də dəstək vermədiyini və bunun özü ən böyük ikili standartdır deyib.  Avropada İslamafobiyanın artmasının doğurduğu ciddi narahatçılıqdan da danışıan millət vəkili Q.Paşayeva bildirib ki beynəlxalq hüququn tamamilə zəiflədiyi, beynəlxalq təşkilatların bir neçə böyük ölkənin maraqlarını müdafiə edən təşkilatlara çevrildiyi bir dünyada haqlarını qoruya bilmənin tək yolu gücdür. Bu güc isə birlikdən keçir. Ona görə də Azərbaycan-Türkiyə olaraq birliyimizi daha da gücləndirməliyik, gənc nəsillərimizi bir-birimizə daha çox sahib ola bilmə ruhunda yetiştirməliyk və birlikdə haqsızlıqlara qarşı mübarizəmizi gücləndirməliyik deyib. Millət vəkili Q.Paşayeva bildirib ki,  bəzi güclər bizi arxadan vura bilmək üçün öz içərimizdə də xainlər yetişdirirlər və bu məsələyə ciddi diqqət yetirilməlidir. Azərbaycanla Türkiyə arasında əlaqələrin getdikcə daha da inkişaf etdiyini deyən millət vəkili Q.Paşayeva bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edib, qardaşlıq yaxşı gündə də çətin gündə də birlikdə olmaqdır deyib və bütün türk dünyasını, harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanını da buna çağırıb. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə gənclərimizin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. Türk gəncliyinin üzərinə bu məsələdə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib. Gəncləri sosial mediyada daha da aktiv olmağa dünyanın müxtəlif ölkələrində yaşayan dostlarına tarixi gerçəkləri çatdrmaqda fəallığını artırmağa, sosial medianın verdiyi imkanlardan yüksək səviyyədə yararlanmağı məsləhət görən millət vəkili Qənirə Paşayeva çıxışını “inşallah gələn görüşümüzü birlikdə işğaldan azad edəcəyimiz Qarabağda və digər o gözəl bölgələrimizdə keçirək. İnanırıq ki, o gün uzaqda deyil”- deyərək bitirib. Tədbirdə Düzce Universitetnin rektoru ve rəsmiləri  çıxış edərək millət vəkili Q.Paşayevaya konfrans üçün təşəkkürlərini bildirib və bu cür konfransların gənclər üçün böyük önəmini xüsusi vurğulayıblar və ona təşəkkür plaketi və xatirə hədiyyəsi təqdim ediblər.

Millət vəkili Q.Paşayeva Azərbaycanda səfərdə olan Türk dünyası gənc şair, yazar, aydınları ilə görüşdə onlara Qarabağ çağırışı edib

Millət vəkili Q.Paşayeva Azərbaycanda səfərdə olan Türk dünyası gənc şair, yazar, aydınları ilə görüşdə onlara Qarabağ çağırışı edib.

 Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun dəstəyi ilə başladığı ” Bakıdan Türk dünyasına” adlı layihə çərçivəsində Azərbaycanda səfərdə olan Türk dünyası gənc şair, yazar və aydınları millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva ilə görüşüb və geniş fikir mübadiləsi olub. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu  İB-nin sədri Q.Paşayeva onların hər biri ilə söhbət edərək görüşün sonunda onlara Azərbaycan mədəniyyətinə dair hədiyyələr təqdim edib və ölkələrinə döndükdən sonra Azərbaycanın təbliğatı və əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində daha fəal çalışacaqlarına inandığını deyib. Bu cür layihələrin önəminə toxunan millət vəkili Q.Paşayeva təşkilatçılara təşəkkürünü bildirib və bu kimi layihələrin davamlı olmasının vacibliyni xüsusi vurğulayıb. Millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun dəstəyi ilə başladığı “Bakıdan Türk dünyasına” adlı layihə çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetdə keçirilən tədbirdə də iştirak edib və  Türk dünyasına çağırış edərək, “bir-birimizi daha çox dəstəkləməliyik”-, deyib.  Q. Paşayeva Türk kökənli bütün insanlarımızı Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağıraraq, bunun vacibliyindən geniş danışıb. Türkiyənin bir sıra rəsmi şəxsləri, ziyalıları, KİV nümayəndələri, Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş tanınmış şair, yazar, aydın və ictimai fəalların qatıldığı tədbirdə millət vəkili Türk Dünyası aydınlarına, şair, yazar və KİV-lərinə səslənərək, topluma örnək olaraq, bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib:”Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq.” Bu gün Türk dünyasının müxtəlif bölgələrində Türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili: “Güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik,”-deyib. Bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edən millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva bildirib ki, qardaşlıq yaxşı gündə də, çətin gündə də birlikdə olmaqdır. O, Azərbaycan xalqının hər zaman qardaş Türkiyənin, digər Türk dövlət və toplumlarının yanında olduğunu da xüsusi vurğulayıb. “Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də buradakı insanımız qədər bizim, sizin yaşadığınız o gözəl yurdlarımız da sizin olduğu qədər də bizimdir, bizim də Vətənimizdir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti, məhz, bu ruh və düşüncəyə sahib olacaqlar”, -deyə millət vəkili qeyd edib. Q. Paşayeva çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən də danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır: “Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə ailələrimizin, eləcə də aydın, şair, yazar və jurnalistlərin üzərinə çox böyük missiya düşür”,-  deyə millət vəkili onları daha da fəal olmağa çağırıb. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva çıxışını “İnşallah, yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Bütün Türk, müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən sizi bu gün Suriyada Bayırbucakda, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısxada, Qarabağda, harada əziyyət çəkən insanımız varsa onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”-, deyərək bitirib. 

Millət vəkili Qənirə Paşayeva ilə Azərbaycan Dillər Universitetində görüş olub

Millət vəkili Qənirə Paşayeva ilə Azərbaycan Dillər Universitetində görüş olub

Azərbaycan Dillər Universitetinin rəhbərliyinə belə bir görüş üçün təşəkkürünü bildirən millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz deyərək ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə də geniş fikirlərini söyləyib. Erməni diasporu,  lobbisi və dəstəkçilərinin Azərbaycan əleyhinə təbliğat apardığını deyən millət vəkili bütün gəncləri duyarlı olmağa, yalanlara qarşı mübarizəyə səsləyib, gəncləri  sosial media üzərindən yalan məlumatlarla Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı ciddi mübarizəyə səsləyib. Millət vəkili Q.Paşayeva gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb. Ogənclərimizi sosial şəbəkələrdə keçirdikləri zamanı  əylənməyə deyil, oxumağa, öyrənməyə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kompaniyalarına qarşı mübarizəyə sərf etməyə çağırıb: “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır”.

Millət vəkili Q.Paşayeva gəncləri daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir”- deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar.  Qənirə Paşayeva onlara özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib. Millət vəkili bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini də dərindən bilməlidir. Gəncləri tariximizi dərindən öyrənməyə çağıran millət vəkili Qənirə Paşayeva onlara Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi soyqırımlar, vandalizm aktları, beynəlxalq təşkilatların ikili standartları ilə bağlı geniş məlumatlar verib və bildirib ki, hər bir Azərbaycan gənci bunları əzbər bilməlidir.

Millət vəkili onları təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə və ya verilişlərə ayırmamağa çağırıb: “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!”

Azərbaycanın işğal altında olan əraziləri barədə də danışan millət vəkili Q.Paşayeva Aprel zəfərinin dosta və düşmənə bir  mesaj olduğunu da xüsusi vurğulayıb. “Ordumuz düşmənə layiq olduğu cavabı verib və verir. Azərbaycan ordusu düşmənə layiqli cavab vermək gücündə olan bir ordudur və biz hamımız dünyanın harasında yaşamağımızdan asılı olmayaraq ordumuzun könüllü əsgəriyik və olmalıyıq. Və gənclərimiz torpaqlarımızı işğaldan azad etmək üçün canlarını da verməyə hazırdılar.  Aprel döyüşləri də bunun ən önəmli zirvəsi idi ki, bu döyüşlərdən sonra bayrağımız Lələ Təpədə dalğalanır və Cocuq Mərcanlıdan olan məcburi köçkünlərimiz öz evlərinə döndülər. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Lələ Təpədə dalğalanan gözəl bayrağımız yaxın vaxtlarda işğal altındakı ərazilərdə də dalğalanacaq”.

Qadın haqlarının müdafiəsi, gender bərabərliyi, qızların təhsili, qadına qarşı zorakılıqla mübarizə istiqamətində uğurların əldə edilməsində dövlət siyasətinin önəmli yer tutmasının vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti, əldə edilən uğurlar və həllini gözləyən problemlər barədə ətraflı məlumatlar verib. O deyib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən biznesdə də rolunun genişləndirilməsinə dəstək, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizənin aparılması Azərbaycan dövlətinin prioritetləri sırasındadır.  Toplumun və dünyanın inkişafı qadınların təhsilindən və inkişafından keçdiyini vurğulayan millət vəkili bildirib ki, savadlı cəmiyyət savadlı anadan keçir. Uşaqları xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili Qənirə Paşayeva gəncləri maraqlandıran sualları da cavablandırıb və onlara müəllifi olduğu kitabları imzalı hədiyyə edib.

Millət vəkili Q.Paşayeva Samsunda Şəhid ailələri və Qazilər cəmiyyətləri ilə görüşdə Xocalı soyqırımından danışıb

Millət vəkili Q.Paşayeva Samsunda Şəhid ailələri və Qazilər cəmiyyətləri ilə görüşdə Xocalı soyqırımından danışıb.

Türkiyənin Samsun vilayətində konfranslar verən millət vəkili Q.Paşayeva səfər çərçivəsində Bafrada  Şəhid ailələri və Qaziləri cəmiyyətlərini  də ziyarət edib. “Türkiyənin şəhidi Azərbaycanın, Azərbaycanın şəhidi isə Türkiyənin də şəhididir”,- deyən millət vəkili Q.Paşayeva bütün şəhidlərimizi hər zaman böyük sevgi və sayğı ilə yad edəcəyik deyib. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı Soyqırımı, 20 mindən artıq şəhid olan insanlarımız barədə geniş məlumatlar verən millət vəkili Q. Paşayeva Azərbaycanda fəaliyyət göstərən şəhid ailələri, müharibə əlilləri, müharibə veteranları cəmiyyətləri barədə də danışıb. Hər iki qardaş ölkənin şəhid ailələri, müharibə əlilləri və müharibə qaziləri cəmiyyətləri arasında əməkdaşlığın genişlənməsinin önəmindən danışan millət vəkili Q.Paşayeva onları Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiklərini deyən şəhid ailələri və qazilər cəmiyyəti üzvləri hər an Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində üzərimizə nə düşərsə etməyə hazırıq deyblər və böyük məmnuniyyətlə Azərbaycana gəlmək istədiklərini bildirərək dəvəti qəbul ediblər. Millət vəkilinin Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğu ilə bağlı fikirlərinə isə biz də hər zaman qardaş Azərbaycanın yanındayıq və bunu oradakı qardaş-bacılarımıza söyləyin deyiblər.  Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Q.Paşayeva o zaman Azərbaycan türklərinə qarşı terror törədənlər indi də müxtəlif terror təşkilatları içərisində Türkiyəyə qarşı cinayət və çirkin addımlarını davam etdirirlər, amma inşallah birlikdə bütün terrorçulara layiq olduqları cavabı verəcəyik, belə qəhrəman şəhidlərimiz və qazilərimiz onlara məqsədlərinə çatmağa heç bir zaman imkan verməyəcək deyib: “Azərbaycan olaraq, acınız acımız, üzüntünüz üzüntümüzdür. Allahdan şəhidlərimizə rəhmət diləyirik. Terroru, onu təşkil edənləri, arxasında duran gücləri lənətləyirik. Azərbaycan bütün məsələlərdə, terrorla mübarizədə hər zaman Türkiyənin yanındadır”.

Millət vəkili Q.Paşayeva Samsun valisi, Bafra Kaymakamı, QHT və KİV-lərlə görüşdə Qarabağdan danışıb və çağırış edib

Millət vəkili Q.Paşayeva Samsun valisi, Bafra Kaymakamı, QHT və KİV-lərlə görüşdə Qarabağdan danışıb və çağırış edib.

Qardaş Türkiyədə səfərdə olan millət vəkili Q.Paşayeva  Samsun valisi Osman Kaymak , Bafra Kaymakamı Ali Fuat Türkel, Türk Egitim-Sen başkanı, tanınmış QHT və KİV rəhbərləri ilə,  gənclər və qadın təşkilatları görüşüb və televiziyalara geniş müsahibələr verib, mətbuat nümayəndələrinə Azərbaycanla  bağlı geniş müsahibələr verib və sualları cavablandırıb. Samsun valisi Osman Kaymak və  Bafra Kaymakamı Ali Fuat Türkel ilə görüşdə millət vəkili Q.Paşayeva Azərbaycanı, Qarabağ problemi, Xocalı soyqırımı həqiqətlərini, Azərbaycan-Türkiyə birliyinin güclənməsinin önəmi barədə gənclərə yönəlik konfransların və tədbirlərin artmasının vacibliyini vurğulayıb və bu istiqamətdə təkliflərlə çıxış edib. Millət vəkili Q.Paşayevanın fikirlərini dəstəkləyən vali və kaymakam bu məsələyə Samsunda, Bafrada bundan sonra xüsusi diqqət göstəriləcəyini deyiblər. Q.Paşayeva tanınmış QHT və KİV rəhbərləri ilə görüş zamanı Azərbaycan ilə Türkiyənin QHT, KİV, gənclər və qadın təşkilatları arasında əlaqələrin getdikcə daha da genişlənməsinin məmnuniyyətverici olduğunu və bu məsələlərin vacibliyini qeyd edib. Görüşlər və müsahiblər zamanı Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı, Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, Xocalı soyqırımı, tarixi abidələrin erməni vandalizminə məruz qalması da barədə geniş söhbət açan Qənirə Paşayeva ölkələrimizin QHT, KİV, fəal gənclər, qadın təşkilatları arasında əməkdaşlığın artmasının vacibliyi ilə də bağlı geniş fikirlərini də bildirib və bu istiqamətdə fikir mübadiləsi aparılıb. Bəzi Türkiyə vətəndaşlarının Azərbaycan dövlətinin icazəsi olmadan Azərbaycanın Ermənistan tərəfindən işğal altında olan torpaqlarına səfərlər etməsi, separatçı rejimlə görüşməsi, Azərbaycan və Türkiyənin maraqları əlehinə açıqlaamalar verməsinə toxumam millət vəkili Q.Paşayeva bunu kəskin qınayıb və Türkiyə QHT və KİV-lərinin də buna etiraz səsini yüksəltməsinin vacibliyini xüsusi vurğulayıb. Bu kimi addımların iki qardaş ölkə münasibətlərinə mənfi təsir göstərməklə yanaşı Azərbaycan və Türkiyənin beynəlxalq səviyyədə yürütdüyü haqlı mübarizəsinə də öz mənfi təsirini göstərdiyini deyən millət vəkili Q.Paşayeva bu cür şəxslərə qarşı ciddi tədbirlər görülməlidir deyib. Millət vəkili eyni zamanda Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin daha geniş yayılmasında qardaş ölkə QHT və KİV-lərindən Azərbaycan xalqının daha böyük fəallıq gözlədiyini də xüsusi vurğulayıb. Millət vəkili Q. Paşayeva Samsun, Bafranın   QHT, KİV, fəal gənclər və  qadınlar təşkilatlarını Azərbaycana dəvət edib. Onlar Azərbaycana məmuniyyətlə səfər etmək istədiklərini deyiblər. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva QHT, KİV, gənclər və qadın təşkilatları rəhbərlərinə və üzvlərinə  Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar, özünün  yeni çapdan çıxmış “Turan yolçusu” və “Aşk yolçusu” kitablarını hədiyyə edib.

Millət vəkili Q.Paşayeva ABŞ-ın tanınmış qadın təşkilat rəhbərləri ilə Ermənistanın işğalçılığından danışıb

Millət vəkili Q.Paşayeva ABŞ-ın tanınmış qadın təşkilat rəhbərləri ilə Ermənistanın işğalçılığından danışıb.

Milli Məclisin deputatı Q. Paşayeva ABŞ-ın tanınmış qadın təşkilat rəhbərləri və təmsilçiləri ilə görüşdə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Q.Paşayeva ABŞ  heyətinə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Deputat nümayəndə heyətinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır. ABŞ-ın da  Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına önəm verdiyini deyən nümayəndə heyəti üzvləri iki ölkə arasında münasibətlərin getdikcə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar. İki ölkənin qadın siyasətçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşdə  iki ölkə arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb. Millət vəkili Q.Paşayeva görüşün sonunda onlara Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib.

 

Millət vəkili Q.Paşayeva Yeni Zelandiyanın ictimai xadim, tanınmış təşkilat rəhbərləri ilə Qarabağdan danışıb

Millət vəkili Q.Paşayeva Yeni Zelandiyanın ictimai xadim, tanınmış təşkilat rəhbərləri ilə Qarabağdan danışıb.

Milli Məclisin deputatı Q. Paşayeva Yeni Zelandiyanın tanınmış ictimai xadim qadınları, təşkilat və QHT rəhbərləri ilə görüşdə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Q.Paşayeva Yeni Zelandiya heyətinə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Deputat nümayəndə heyətinə 1 milyon azərbaycanlının, yüz minlərləazərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədəətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilədə beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır. Yeni Zelandiyanın da  Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına önəm verdiyini deyən nümayəndə heyəti üzvləri iki ölkə arasında münasibətlərin getdikcə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar. İki ölkənin qadın siyasətçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərinəməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşdə və iki ölkəarasında qarşılıqlı dəstəyin vəəməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb. Millət vəkili Q.Paşayeva görüşün sonunda onlara Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib.