Kateqoriya Arxivləri: Uncategorized

Millət vəkili Q.Paşayeva ön cəbhədə Ağdam və Vahidlidə sakinlərin Ramazan bayramını təbrik edib, qayğı və problemlərini dinləyib

Millət vəkili Q.Paşayeva ön cəbhədə Ağdam və Vahidlidə sakinlərin Ramazan bayramını təbrik edib, qayğı və problemlərini dinləyib.

Millət vəkili Qənirə Paşayeva  Ramazan bayramı münasibəti ilə ön cəbhədə yerləşən Ağdam kəndində müəllimlər və  sakinlərlə görüşüb, onların bayramlarını təbrik edib. Millət vəkili Qənirə Paşayeva Ağdam və Vahidlidə kəndində müəllimlərlə, şagirdlərlə və sakinlərlə görüş zamanı Ramazan ayının bir yardımlaşma, paylaşma, dəstək ayı olduğunu vurğulayaraq onlara Allahdan bütün dualarına çatmalarını diləyib, qayğı və problemləri ilə maraqlanıb. Ramazan Bayramı münasibətilə müəllimləri və bir sıra sakinləri öz hədiyyələri ilə təbrik edən millət vəkili Qənirə Paşayeva ön cəbhədə yaşayan ziyalıların, insanlarımızın fədakarlıqlarından, vətən və torpaq sevgisindən danışıb. Millət vəkili Q.Paşayeva müəllimlərin qayğı və problemləri ilə də maraqlanıb. Yaxşı oxuyan şagirdləri də bayram münasibəti ilə təbrik edən millət vəkili Q. Paşayeva həmçinin kənd sakinləri ilə də görüşüb, bayramlarını təbrik edib.  Ön cəbhə kəndlərinin qəhrəman kəndlər olduğunu söyləyən millət vəkili Qənirə Paşayeva kənd sakinlərinin müharibənin ən gərgin dövründə də, bu gün də düşmənin bütün təxribatlarına baxmayaraq heç bir zaman öz evlərini tərk etməməsini, bununla da düşmənə ən layiqli cavab verməsinin hər kəs tərəfindən yüksək qiymətləndirildiyini bildirib.  Millət vəkili Qənirə Paşayeva kəndə səfər zamanı sakinləri  dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib. Qənirə Paşayeva seçiciləri narahat edən bir sıra digər məsələləri də dinləyib və onların bəzilərini rayonda həll edib, bəzi dövlət qurumları ilə bağlı məsələləri isə Bakıya qayıdan kimi həll etməyə çalışacağına söz verib. Sakinlər millət vəkilindən xahiş ediblər ki ön cəbhə olan Ağdam kəndi yolunun vəziyyəti pisdir və onun düzəldilməsi üçün təkrar lazımi qurumlara müraciət etsin. Millət vəkilinin bununla bağlı müraciətlər etdiyini bildiklərini və bunun üçün təşəkkürlərini bildirən sakinlər məsələnin öz həllini tapması üçün Qənirə Paşayevadan təkrar bu məsələni dövlət qurumları qarşısında qaldırmasını xahiş ediblər. Bununla bağlı bir neçə dəfə müvafiq qurumlara müraciət etdiyini deyən millət vəkili Q.Paşayeva Bakıya dönən kimi hökumətə ön cəbhə sakinlərinin bu xahişi ilə bağlı təkrar müraciət edəcəyini vurğulayıb. O bildirib ki,  doğurdanda Ağdam yolunun təcili düzəldilməsinə ehtiyac var və ümid edir ki, məsələyə yaxın zamanlarda baxılacaq. Millət vəkili Q.Paşayeva həmçinin Vahidli kəndinin bir sıra sakinləri ilə görüşüb, Ramazan bayramlarını  təbrik edib, qayğı və problemləri ilə maraqlanb, həll istiqamətində müvafiq qurumlarla danışıb və addımlar atılıb.  Sakinlərlə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin tərəfindən araşdırılacağını bildirib.

Yeni dərs ili başlanana qədər ön cəbhədə yerləşən Ağdam kənd orta məktəbinin dam örtüyünün təmiri başa çatacaq

Yeni dərs ili başlanana qədər ön cəbhədə yerləşən Ağdam kənd orta məktəbinin dam örtüyünün təmiri başa çatacaq

Əziz ön cəbhədə yerləşən qəhrəman Ağdam kəndimizin müəllimləri, şagirdləri və sakinləri! Bilirəm hamınız indi yazacağım xəbəri gözləyirsiniz. Əziz sakinlərimiz, bir neçə gün əvvəl Ağdam kənd orta məktəbinin dam örtüyünün yanaraq yararsız vəziyyətə düşməsindən sonra məktəbi ziyarət edib,vəziyyətlə yerində tanış olmuşdum və Bakıya qayıtdıqdan sonra məktəbin dam örtüyünün yay tətili dövründə, qısa zamanda təmir olunub düzəldilməsi üçün sizin və sizi təmsil edən millət vəkili kimi öz adımdan Təhsil nazirinə müraciət etmişdim. Təhsil nazirliyinin rəsmiləri ilə təkrar danışdım və bildirdilər ki,məsələ nazir Mikayıl Cabbarovun nəzarətindədir və yeni dərs ili başlanana qədər ön cəbhədə yerləşən Ağdam kənd orta məktəbinin dam örtüyünün təmiri başa çatacaq. Allah ön cəbhədə yaşayan bütün insanlarımızı qorusun!

 Millət vəkili Q.Paşayeva ön cəbhədə Əlibəylidə müəllim və sakinlərlə görüşüb və Ramazan bayramlarını təbrik edib

Millət vəkili Q.Paşayeva ön cəbhədə Əlibəylidə müəllim və sakinlərlə görüşüb və Ramazan bayramlarını təbrik edib.

Millət vəkili Qənirə Paşayeva  Ramazan bayramı münasibəti ilə Ermənistanla ön cəbhədə yerləşən Əlibəyli kəndində müəllimlər və  sakinlərlə görüşüb, onların bayramlarını təbrik edib. Millət vəkili Qənirə Paşayeva Əlibəyli kəndində müəllimlərlə, şagirdlərlə və sakinlərlə görüş zamanı Ramazanın bir yardımlaşma, paylaşma, dəstək ayı olduğunu vurğulayaraq onlara Allahdan bütün dualarına çatmalarını diləyib, qayğı və problemləri ilə maraqlanıb. Ramazan Bayramı münasibətilə müəllimləri və bir sıra sakinləri öz hədiyyələri ilə təbrik edən millət vəkili Qənirə Paşayeva ön cəbhədə yaşayan ziyalıların, insanlarımızın fədakarlıqlarından, vətən və torpaq sevgisindən danışıb. Dövlətimizin daim ön cəbhə kəndlərini xüsusi diqqətdə saxladığını və qayğı göstərdiyini deyən Q.Paşayeva burada yaşayan insanların Ermənistan tərəfindən ölkəmizə qarşı aparılan işğalçılıq siyasəti zamanı  qəhrəmanlıqla düşmənə qarşı mübarizəsini hər yerdə yaşayan gənc nəsillərə daha yaxşı öyrədilməsinin vacibliyini vurğulayıb. Q.Paşayeva müəllimlərin, sakinlərin fikir və qayğılarını da dinləyib və fikir mübadiləsi aparılıb.  Müəllimlər Əlibəyli məktəbinin yeni məktəb binasına böyük ehtiyacı olduğunu, millət vəkili Qənirə Paşayevanın bununla bağlı hökumətə və müvafiq orqanlara müraciətlərindən xəbərdar olduqlarını deyərək ona təşəkkürünü bildirməklə yanaşı bu məsələnin öz həllini tapması istiqamətində bundan sonra da bir millət vəkili olaraq dəstəyini əsirgəməməsini xahiş ediblər. Millət vəkili Q. Paşayeva problemin öz həllini tapması üçün Bakıya qayıtdıqdan sonra bununla bağlı təkrarən Təhsil naziri Mikayıl Cabbarova və hökumətə millət vəkili kimi xahiş və müraciət edəcəyini də vurğulayıb. Millət vəkili Qənirə Paşayeva kənddə bir sıra maddi imkanları zəif ailələrlə də görüşüb və onların da qarşıdan gələn bayramlarını təbrik edib.

 

Millət vəkili Q.Paşayeva kənd sakinlərinin qaldırdıqları məsələləri Baş Nazirin diqqətinə çatdırıb

Əziz Tovuzlular, bu gün sizin qaldırdığınız məsələləri ölkəmizin Baş Naziri Artur Rəsizadənin diqqətinə çatdırdıq və inanırıq ki, yaxın günlərdə müsbət addımlar olacaq.


Əziz Əlimərdanlı, Qaraxanlı, Xatınlı, Qədirli, Cilovdarlı, Düzcırdaxan, Cəlilli sakinləri. Son 3 gündə onlarla sakinimiz zəng edərək indi yazacağım məsələ ilə bağlı müraciətlər etdiyi üçün buradan bütün sakinlərimizi maraqlandıran məsələni diqqətə çatdırmaq istəyirəm. Kəndlərimizə yağan güclü dolu nəticəsində çoxlu sayda evlərin dam örtüyünün tamamilə yararsız vəziyyətə düşməsini kəndləri gəzərək, sizinlə söhbət edərək yerində də gördüm. Üzləşdiyiniz çətinliklərə sizi qədər üzüldük. Və sizin yağan yağışların evləri tamamilə yararsız vəziyyətə salmaması üçün hökumətdən qısa zamanda şiferlə yardım göstərilməsi xahişinizi bu gün Baş Nazir Artur Rəsizadənin diqqətinə çatdırdım. Baş nazir Artur müəllimə çox təşəkkür edirəm ki, müraciətimizə təcili cavab verdi və bu gün sizi təmsil edən millət vəkili olaraq məni qəbul etdi və məsələləri geniş şəkildə çatdırmam üçün geniş zaman ayırdı. Sizin sıradan çıxmış dam örtüklərinin düzəldilməsi üçün hökumətimizdən şifer yardımı edilməsi xahişinizi sizin və öz adımdan Baş nazirin diqqətinə çatdırdım və xahiş etdim. Eyni zamanda sizin qaldırdığınız bütün fikirləri də Artur müəllimə çatdırdım. Baş nazir bildirdi ki hər zaman oldğu kimi dövlətimiz çətin vəziyyətdə qalan insanlara dəstək göstərilməsi üçün addımlar atacaq. Bu cür insanların hər zaman Dövlət Başçımızın xüsusi diqqətində olduğunu bildirən Baş nazir Artur Rəsizadə təbii fəlakət nəticəsində evlərinin damı yararsız vəziyyətə düşmüş Tovuz sakinlərinə şifer yardımı edilməsi istiqamətində addımlar atılacağını bildirdi. Bu gözəl gecədə bu xəbəri gözləyən onlarla ailəmizin olduğunu bilirəm. İnşallah yaxın günlərdə bu dəstəyin olacağına inanırıq. Allah dövlətimizə və millətimizə hər zaman yardımçı olsun.

Millət vəkili Q.Paşayeva Düz Qırıqlıda  sakinlərlə görüşüb və müəllimlərin müraciətini Təhsil Nazirliyi ilə müzakirə edəcəyinə söz verib

Millət vəkili Q.Paşayeva Düz Qırıqlıda  sakinlərlə görüşüb və müəllimlərin müraciətini Təhsil Nazirliyi ilə müzakirə edəcəyinə söz verib.

Millət vəkili Qənirə Paşayeva Tovuzun ən böyük kəndlərindən olan Düz Qırıqlı kəndini ziyarət edib, sakinlərlə görüşüb, qayğı və problemləri ilə maraqlanıb.Millət vəkili sakinlərlə görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili Qənirə Paşayeva həmçinin həmin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Sakinlər millət vəkili ilə görüşdə ünvanlı sosial yardıma ehtiyac olan insanların daha çox olduğunu bildirərək ona müraciət ediblər və o da bununla bağlı rayonda bu sahəyə cavabdeh qurumla müzakirələr aparıb. Sakinlər özəlliklə iş yerlərinin artmasına xidmət edən layihələrə böyük ehtiyac olduğunu xüsusi vurğulayıblar. Millət vəkili vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini də deyib. Millət vəkili Qənirə Paşayeva Tovuzda şəhid Nağı Əmiraslanov adına Düz Qırıqlı kənd orta məktəbinin müəllimlərinin müraciəti əsasında məktəbi də ziyarət edib, müəllimlərlə görüşüb, onların müraciətlərini yerində dinləyib. Müəllimlər və valideynlər Təhsil nazirliyi tərəfindən məktəbin bağlanması, müəllim və şagirdlərin digər məktəbə köçürülməsi ilə bağlı verilən qərarla bağlı onları narahat edən bəzi məqamlarla bağlı fikirlərini bildiriblər. Təhsil nazirliyinin nümayəndələrinin  də iştirak etdiyi görüşdə nazirlik rəsmiləri müəllim və valideynləri narahat edən suallara aydınlıq gətirib, geniş müzakirələr olub. Millət vəkili Q.Paşayeva müəllim və valideynləri narahat edən məqamlarla bağlı Təhsil nazirliyinin rəhbər şəxslərinə təkrar müraciət edib, müzakirə aparılıb. Onlar bildiriblər ki, müəllimləri və valideynləri narahat edən bütün məsələlərin öz həllini tapması üçün addımlar atılacaq.  

 

 

 

Millət vəkili Q.Paşayeva  Tovuzda ön cəbhə kəndlərində uşaqlar üçün kitab bayramı keçirib və idmançı məktəblilərlə görüşüb

Millət vəkili Q.Paşayeva  Tovuzda ön cəbhə kəndlərində uşaqlar üçün kitab bayramı keçirib və idmançı məktəblilərlə görüşüb.

Ön cəbhədə yerləşən Ağdam və  Əlibəyli kəndində keçirilən tədbirdə bir sıra kənd ziyalıları bu cür görüş və tədbirlərin əhəmiyyətinə toxunublar və  kitabla  bağlı uşaqlarla müzakirələrə  və onların hər birinə kitab hədiyyələrinə görə millət vəkili Qənirə Paşayevaya təşəkkürünü bildirib. Uşaqlarla bir arada olmaqdan məmnun olduğunu dilə gətirən  Qənirə Paşayeva  müsəlman dünyasının müqəddəs bir ayında – on bir ayın sultanı Ramazan ayında uşaqlarla görüşü əhəmiyyətli hesab etdiyini vurğulayıb və onların hər birinə həyatda arzularına çatmalarını diləyib. Ermənistanla ön cəbhədə yerləşən kəndlərimizdə yaşayan insanların fədakarlığını xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva bu kəndlərdən çoxlu şəhid qəhrəman oğullarımız var və gənclərimizə onların Vətən, torpaq sevgisini daha çox anlatmalıyıq deyib. Millət vəkili Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyinda onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar.  O qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual ,vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşümüzün formalaşmasında  mütaliə  xüsusi əhəmiyyət kəsb edir. Q.Paşayeva gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər. Qənirə Paşayeva hər bir uşaqla ayrıca söhbət edib, kitablarını onlara imzalı hədiyyə edib və kitablara, oxumağa, mütailəyə meyilli gəncləri görməkdən,onlarla söhbətdən hər zaman böyük zövq aldığını deyib. Uşaqların hər birinə özünün müəllifi olduğu imzalı kitablarla yanaşı müxtəlif  maraqlı kitabları, jurnalları da hədiyyə edən millət vəkili Qənirə Paşayeva uşaqların yay tətilinə buraxılmasına toxunaraq onları bu zamanı faydalı istifadə etməyə, daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. Millət vəkili onları təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə və ya verlişlərə, teleseriallarra, şou proqramlarına  ayırmamağa çağırıb. “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağın meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!”,- deyən millət vəkili Qənirə Paşayeva məktəbin kitabxanasına gənclərin oxuması üçün çoxlu kitablar da hədiyyə edib. Millət vəkili Qənirə Paşayeva eyni zamanda Ağdam və Əlibəyli kəndlərində idmana həvəskar məktəblilərlə də görüşüb, onlara idman formaları hədiyyə edib. Millət vəkili Q.Paşayeva bildirib ki, gənclərimizin həm fiziki, həm də mənəvi olaraq güclü yetişməsi ən vacib məsələdir və idmanla fəal məşğul olmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva gənclər arasında zərərli vərdişlərə narkomaniyaya, siqaretə, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir deyib və gəncləri bu zərərli vərdişlərdən tamam uzaq durmağa çağırıb.

 

Millət vəkili Q.Paşayeva təbii fəlakətin zərər vurduğu Qədirli və Cilovdarlı kəndlərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

Источник: Millət vəkili Q.Paşayeva təbii fəlakətin zərər vurduğu Qədirli və Cilovdarlı kəndlərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

Millət vəkili Q.Paşayeva təbii fəlakətin zərər vurduğu Qədirli və Cilovdarlı kəndlərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

Millət vəkili Q.Paşayeva təbii fəlakətin zərər vurduğu Qədirli və Cilovdarlı kəndlərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

Millət vəkili Q.Paşayeva güclü dolu və yağışın zərər vurduğu Tovuzun Qədirli və Cilovdarlı kəndlərini ziyarət edib, evlərə baş çəkib, sakinlərlə söhbət edib. Millət vəkili Q. Paşayevaya və Tovuz rayon icra hakimiyyəti rəsmilərinə güclü dolu nəticəsində evlərinin dam örtüyünün yararsız vəziyyətə düşməsini göstərən bir çox sakinlər bildiriblər ki, yağacaq adi bir yağış evlərin içərisini də ağır vəziyyətdə qoya bilər. Kənd təsərrüfatı məhsulları əkib-becərməklə dolandıqlarını deyən kənd sakinləri güclü dolunun əkinlərinə də böyük zərər vurduğunu deyərək ən azı evlərinin dam örtüyünün düzəlməsi istiqamətində dövlət qurumlarından dam örtüyü üçün şifer materiallarla dəstək göstərilməsini xahiş ediblər. Bir sıra maddi imkanları ağır ailələrə baş çəkən millət vəkili Q.Paşayeva bildirib ki, məsələ ilə bağlı Tovuz rayon icra hakimiyyəti başçısı və millət vəkili olaraq o, Fövqəladə Hallar Nazirliyinə və Nazirlər Kabinetinə vəziyyətlə bağlı məlumat veriblər və kömək göstərilməsini xahiş ediblər. Millət vəkili Q.Paşayeva sakinlərlə görüşündə evlərini təcili sığortalamağa çağırıb və bunun nə qədər vacib olması ilə bağlı onlara geniş bilgilər verib və müzakirələr aparıb. Q.Paşayeva Qədirli və Cilovdarlı kəndlərini ziyarət zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə onların öz həllini tapması üçün müzakirələr aparıb. Müraciətlər arasında ünvanlı sosial yardıma ehtiyac olduğunu bildirənlər xüsusi yer tutub. Q.Paşayeva sakinlərin qayğı və problemlərini dinləməklə yanaşı onların narahat edən məsələlər ətrafında qanunvericiliklə hansı haqlara malik olmalarını da izah edib. Q.Paşayeva son illlər cənab Prezidentin rəhbərliyi altında ölkəmizdə və Tovuzda görülən işlər barədə də məlumat verərək, imkanları artdıqca bir sıra digər problemlərin də öz həllini tapacağına inandığını bildirib. Millət vəkili eyni zamanda hər iki kənddə bir sıra şəhid ailələri, müharibə əlilləri, sağlamlıq imkanları məhdud şəxslərin ailələri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb və həlli istiqamətində çalışacağını bildirib.

Millət vəkili Q.Paşayeva ön cəbhədə Ağdam  kəndində dam örtüyü yanaraq sıradan çıxan orta məktəbi ziyarət edib və Təhsil nazirinə dəstək üçün müraciət edib

Millət vəkili Q.Paşayeva ön cəbhədə Ağdam  kəndində dam örtüyü yanaraq sıradan çıxan orta məktəbi ziyarət edib və Təhsil nazirinə dəstək üçün müraciət edib.

Millət vəkili Qənirə Paşayeva Tovuzun Ermənistanla ön cəbhədə yerləşən Ağdam kəndində bir neçə gün əvvəl dam örtüyü yanaraq sıradan çıxan kənd orta məktəbini ziyarət edib, müəllimlərlə görüşüb. Məktəbin direktoru ilə birlikdə məktəbi gəzən millət vəkili Q.Paşayevadan məktəb kollektivi  millət vəkili kimi məktəbin dam örtüyünün qısa zamanda təmir edilməsi istiqamətində müvafiq qurumlara müraciət etməsini xahiş edib. Məktəb kollektivi əks halda qısa zaman ərzində yağan yağışların məktəbin içərisini də tamamilə yararsız vəziyyətə sala biləcəyini deyiblər. Millət vəkili Q.Paşayeva bildirib ki, artıq bununla bağlı Təhsil Nazirliyi və rayon icra hakimiyyəti başçısı ilə danışıb və qısa zamanda məktəbin dam örtüyünün təmir edilməsi ilə bağlı məktəb kollektivinin və millət vəkili kimi özünün xahişini çatdırıb. Görüşdən sonra təkrar Təhsil Nazirliyinin rəsmiləri ilə vəziyyətlə bağlı bir daha danışacağını deyən millət vəkili problemin yaxın günlərdə öz həllini tapacağına inandığını deyib. Millət vəkili Q. Paşayeva eyni zamanda  kəndin müəllimləri ilə geniş söhbət edib, qayğı və problemlərlə maraqlanıb. Ön cəbhə kəndlərinin qəhrəman kəndlər olduğunu söyləyən millət vəkili Qənirə Paşayeva kənd sakinlərinin müharibənin ən gərgin dövründə də, bu gün də düşmənin bütün təxribatlarına baxmayaraq heç bir zaman öz evlərini tərk etməməsini, bununla da düşmənə ən layiqli cavab verməsinin hər kəs tərəfindən yüksək qiymətləndirildiyini bildirərək ön cəbhədə gənclərimizin təhsill, savadlı və eyni zamanda vətənpərvər yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayıb. Müəllimlərlə görüşdə millət vəkili Qənirə Paşayeva başa çatmış dərs ilinin nəticələri ilə maraqlanıb və gələn tədris ili bağlı müəllimlərin fikir və qayğılarını da dinləyib. Gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayan millət vəkili Qənirə Paşayeva gənclərin yetişməsində əməyi olan müəllimləri xüsusi təbrik edərək məktəbdə təhsi alan və yaxşı oxuyan şagirdlərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb və fikir mübadiləsi aparılıb. Millət vəkili onların hər birinə kitablar hədiyyə edib və oxumağa, mütaliə etməyə çağırıb.

 

Millət vəkili Q.Paşayeva təbii fəlakətin zərər vurduğu Qaraxanlı və Xatınlı kəndlərində sakinlərlə görüşüb

Millət vəkili Q.Paşayeva təbii fəlakətin zərər vurduğu Qaraxanlı və Xatınlı kəndlərində sakinlərlə görüşüb.

Millət vəkili Q.Paşayeva güclü dolu və yağışın zərər vurduğu Tovuzun Qaraxanlı və Xatınlı kəndlərini ziyarət edib, evlərə baş çəkib, sakinlərlə söhbət edib. Millət vəkili Q. Paşayevaya və Tovuz rayon icra hakimiyyəti rəsmilərinə güclü dolu nəticəsində evlərinin dam örtüyünün yararsız vəziyyətə düşməsini göstərən bir çox sakinlər bildiriblər ki, yağacaq adi bir yağış evlərin içərisini də ağır vəziyyətdə qoya bilər. Kənd təsərrüfatı məhsulları əkib-becərməklə dolandıqlarını deyən kənd sakinləri güclü dolunun əkinlərinə də böyük zərər vurduğunu deyərək ən azı evlərinin dam örtüyünün düzəlməsi istiqamətində dövlət qurumlarından dam örtüyü üçün şifer materiallarla dəstək göstərilməsini xahiş ediblər. Bir sıra maddi imkanları ağır ailələrə baş çəkən millət vəkili Q.Paşayeva bildirib ki, məsələ ilə bağlı Tovuz rayon icra hakimiyyəti başçısı və millət vəkili olaraq o, Fövqəladə Hallar Nazirliyinə və Nazirlər Kabinetinə vəziyyətlə bağlı məlumat veriblər və kömək göstərilməsini xahiş ediblər. Millət vəkili Q.Paşayeva sakinlərlə görüşündə evlərini təcili sığortaamağa çağırıb və bunun nə qədər vacib olması ilə bağlı onlaea geniş bilgilər verib və müzakirələr aparıb. Q.Paşayeva Qaraxanlı və Xatınlı kəndlərini ziyarət zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə onların öz həllini tapması üçün müzakirələr aparıb. Müraciətlər arasında ünvanlı sosial yardıma ehtiyac olduğunu bildirənlər xüsusi yer tutub. Q.Paşayeva sakinlərin qayğı və problemlərini dinləməklə yanaşı onların narahat edən məsələlər ətrafında qanunvericiliklə hansı haqlara malik olmalarını da izah edib. Q.Paşayeva son illlər cənab Prezidentin rəhbərliyi altında ölkəmizdə və Tovuzda görülən işlər barədə də məlumat verərək, imkanları artdıqca bir sıra digər problemlərin də öz həllini tapacağına inandığını bildirib. Millət vəkili eyni zamanda hər iki kənddə bir sıra şəhid ailələri, müharibə əlilləri, sağlamlıq imkanları məhdud şəxslərin ailələri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb və həlli istiqamətində çalışacağını bildirib.