Kateqoriya Arxivləri: Qənirə Paşayeva

Millət vəkili Qənirə Paşayeva Türkiyə bələdiyyələrinə çağırış edib

Millət vəkili Qənirə Paşayeva İstanbulda 31 mart azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbirdəki çıxışında Türkiyə bələdiyyələrinə çağırış edib

Qənirə Paşayeva Türk Ocaqları İstanbul şöbəsinin təşkil etdiyi toplantının açılışında çıxış edən qurumun başqanı Cezmi Bayram 31 mart soyqırımı barədə Türkiyədə məlumatın az olduğunu bildirib. Onun sözlərinə görə, bu tarixi hadisələrin Türkiyədə yüksək səviyyədə qeyd olunmaması utancvericidir.

C. Bayram Xocalı faciəsinin soyqırım kimi tanınması ucun Türkiyə Böyük Millət Məclisinə müraciət edəcəklərini də deyib.

Memar Sinan Universitetinin professoru Nesrin Sariahmetoglu ermənilərin Azərbaycanda həyata keçirdikləri soyqırımının sistemli şəkildə planlaşdırıldığını vurğulayıb. 31 mart soyqırımını türk tarixinin qara səhifələrindən biri kimi xarakterizə edən Nesrin Sariahmetoglu ermənilərin türklərə qarşı törətdiyi soyqırımlarının gənc nəsillərə daima öyrədilməsinin vacibliyindən bəhs edib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Məclisin deputatı Qənirə Paşayeva 31 mart soyqırımının bütün insanlığa qarşı edilmiş bir cinayət olduğunu dedi.

Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır.

“Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, – deyə millət vəkili əlavə edib. Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.

Q. Paşayeva qeyd edib ki, ABS-ın 2 ştatında 1918-ci ilin 31 mart soyqırımı anım günü kimi qeyd edilməsi haqqında qətnamələr qəbul edilib: “Deməli, biz ardıcıl səkildə və yorulmadan çalışanda bir çox şeyi dəyişdirməyə gücümüz çatir”. Türkiyədə Ceyhan və Qızılcahamam bələdiyyələrinin Xocalı qətliamlarını soyqırım kimi tanıyan qətnamələr qəbul etdiyini deyən millət vəkili Qənirə Paşayeva Türkiyə bələdiyyələrinə çağırış etdi. Millət vəkili Türkiyədəki bələdiyyələrə müraciət edərək, onların 31 mart – Azərbaycanlıların soyqırımı gününün anım günü kimi qeyd edilməsi barədə qətnamələri qəbul etmələrinin müsbət bir hal ola biləcəyini dedi.

Advertisements

Qənirə Paşayeva Gürcüstan Parlamentinin vitse-spikeri ilə görüşüb

Strasburqda Azərbaycan-Gürcüstan əlaqələri müzakirə olunub.

Gün.Az-ın məlumatına görə, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun sədri, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva Strasburqda Gürcüstan Parlamentinin vitse-spikeri Mixail Maçavariani və bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Görüşdə millət vəkili Q.Paşayeva bildirib ki, Azərbaycan-Gürcüstan münasibətləri sadəcə qonşuluq və dostluq münasibətləri deyil, ən yüksək səviyyədə strateji müttəfiqlik münasibətləridir.
Bu yazının davamını oxu

Qənirə Paşayeva Minsk Qrupunun məsələsini AŞPA-da qaldırdı

Devid Lidinqton: “Böyük Britaniyanın Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini istiqamətləndirə biləcəyini düşünmürəm”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva AŞPA-da cıxış edən ATƏT-in Minsk Qrupunun üzvü, Böyük Britaniyanın Avropa və xarici işlər naziri Devid Lidinqtona sual verib.
Lent.az-ın verdiyi məlumata görə, Qənirə Paşayeva sualında 20 ildir öz evlərinə dönə bilməyən azərbaycanlı qaçqın və məcburi köçkünlərin Ermənistan tərəfindən tapdalanan haqlarının bərpası məsələsini qaldırıb.
Bu yazının davamını oxu

Millət vəkilinin “Onun Sevgi məktubları” kitabı dekabr ayında ən çox satılan kitab oldu

“Əli və Nino” kitab mağazaları şəbəkəsi dekabr ayında çox satılan kitabların onluğunu açıqlayıb.

Siyahıya millət vəkili Qənirə Paşayevanın “Onun Sevgi məktubları” kitabı başçılıq edir.

Bu yazının davamını oxu

“Anam Azərbaycan” layihəsi məktəblilərə təqdim olundu

Azərbaycan Respublikasının dövlət müstəqillliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının əməkdar artisti Tünzalə Ağayevanın “İrəli” İctimai Birliyinin dəstəyi ilə gənclər arasında milli vətənpərvərlik ruhunun yüksəldilməsinə həsr olunan birgə layihəsi çərçivəsində Qafqaz Azərbaycan – Türkiyə Özəl Gimnaziyasında  “Anam Azərbaycan” vətənpərvər albomunun təqdimat mərasimi keçirilmişdi.

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva uşaqlar, yeniyetmələr və gənclər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək, milli vətənpərvərlik ruhunu aşılamaq və gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasının təbliğinin vacibliyini vurğuladı. O bildirdi ki, vətənpərvərlik işi məhz uşaq bağçasından, məktəblərdən, eləcə də hər bir evdən başlamalıdır.

 Əməkdar artist Tünzalə Ağayeva isə öz növbəsində məlumat verdi ki, “Anam Azərbaycan” layihəsinin ilk təqdimatı “Çeburaşka” uşaq baxçasında keçirilmişdi, bu da təsadüfi deyil, çünki “Uşaqlar ağ vərəq kimidir, biz onların düşüncəsinə, yaddaşına nə yazsaq, o ruhda, o düşüncədə də böyüyəcəklər” – deyən əməkdar artist Tünzalə Ağayeva uşaq bağçasından və məktəbdən sonra,  universitetlərdə və hərbi hissələrdə də layihənin təqdimatının keçirələcəyini və disklərin gənclər arasında geniş yayılacağını bildirdi. Bu yazının davamını oxu

Millət vəkili Qənirə Paşayeva “Turizm – 2011” mükafatına layiq görülüb (foto)

Millət vəkili Qənirə Paşayeva Turizmə  Dəstək  Gənclər Koalisiyası tərəfindən qanunvericilikdə turizmin inkişafına  göstərdiyi  dəstəyə görə   “Turizm – 2011”  mükafatına layiq görülüb. Mükafatı millət vəkilinə təqdim edən Turizmə  Dəstək  Gənclər Koalisiyasının baş koordinatoru  Ramiz Əliyev vurğulayıb ki, hər  zaman gənclərə göstərdiyi dəstəyi ilə fərqlənən millət vəkili  Qənirə Paşayeva turizmin inkişafı ilə bağlı qanunvericilik aktlarına, turizmin inkişafı istiqamətində çalışan gənclər təşkilatlarına daima öz dəstəyini əsirgəmir.

Mükafata görə Turizmə  Dəstək  Gənclər Koalisiyası minnətdarlığını bildirən Qənirə Paşayeva öz çıxışında qeyd etmişdi ki, yola saldığımız 2011-ci il turizm ili ərzində bu sahənin inkişafı istiqamətində ölkədə mühüm işlər görülmüşdür və görülməkdədir. Turizm sahəsinə dövlət səviyyəsində diqqət və qayğı getdikcə daha da artır. Millət vəkili bildirmişdi ki, hər il ölkəyə gələn turistlərin sayının artması təkcə ölkəmizin turizmdən əldə etdiyi gəlirlərin artmasına deyil, həm də Azərbaycanın, ölkəmiz haqqında həqiqətlərin, mədəniyyətimizin, turizm potensialımızın daha geniş təbliğinə də öz töhfəsini verir. O, bildirib ki, hər birimiz taksi sürücüsündən, restoran işçisinə, sadə vətəndaşdan tutmuş ziyalıya qədər bilməliyik ki, ölkəmizə gələn turistlər qayıtdıqdan sonra öz ölkələrində Azərbaycanla bağlı danışacaqlar. Bu yazının davamını oxu

“Ermənilərin törətdiyi soyqırımın qurbanı – Bağanıs Ayrım” saytının təqdimatı olmuşdur (foto)

Bu gün  Odlar Yurdu Universitetində millət vəkili, Siyasi Elmlər üzrə Fəlsəfə Doktoru Qənirə Paşayevanın təşəbbüsü və təşkilatçılığı ilə hazırlanan “Ermənilərin törətdiyi soyqırımın qurbanı – Bağanıs Ayrım” saytının (http://www.baganis-ayrum.org) təqdimatı olmuşdur. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi tərəfindən hazırlanan sayt üç dildə – Azərbaycan, türk və ingilis dillərində tərtib edilib. Saytın hazırlanmasında məqsəd Azərbaycan həqiqətlərinin, xüsusilə tarix boyu ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırım siyasətini beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq, habelə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə yanaşı, Azərbaycanın Ermənistanla həmsərhəd olan digər bölgələrində də (Qazax rayonunda) törətdikləri işğalçılıq və soyqırım siyasəti barədə daha geniş məlumat təqdim etməkdir.

Bu yazının davamını oxu

“Sərhədsiz Türk dünyası” layihəsinin təqdimatı keçirilmişdi

Türkdilli dövlətlərin bütövlüyü və birliyi böyük əhəmiyyətli ideyadır. Son illər bu ideya fəal şəkildə müzakirə olunur və ona yüksək səviyyədən yanaşılaraq, böyük məna verilir. Bildiyimiz kimi YUNESKO və BMT-nin Baş Assambleyası 2010-cu ili “Mədəniyyətlərin yaxınlaşması ili” elan  etdi. Bu qərar konstekstində fəlsəfə doktoru Sevinc Bağırova tərəfindən vətəndaşlıq təşəbbüsü əsasında layihə həyata keçirildi. Layihənin ideyası isə öncə bir-birinə yaxın mədəniyyətlərin ümumi  xüsusiyyətlərini  ortaya  çıxartmaq və çağdaş şərhini vermək idi.

Nə üçün seçim,  Azərbaycanda “Yallı” adı ilə məşhur olan  məhz “Yola” rəqsisnin üzərinə düşüb? Çünki bu  kollektiv  rəqs, ümumi Türk əsəridir; bizim eramızdan əvvəl başlayaraq, Türk mədəniyyətinin bir çox tarixi abidələrində öz əksini tapmışdır. CD üzlüyündəki rəqs edən insanlar rəsmi, əski dövrlərdən bu günə gəlib çatan – Qazaxıstandakı mağara üstündəki orijinal rəsmlərin surətidir. Bir çox  dəyişik formalarda  “YOLA” rəqsi  bu  gün də mövcuddur və müxtəlif  adlar altında və tərzlərdə ifadə olunur. Bu yazının davamını oxu

Bu gün publisist, rəssam Adil Mirseyidin ilk fərdi sərgisi keçirilmişdi

Bu gün 60 yaşı tamam olan publisist, rəssam Adil Mirseyidin Müasir İncəsənət Mərkəzində Azərbaycan Respublikası Rəssamlar İttifaqı, millət vəkili Qənirə Paşayeva və Kulis.az-ın təşkilatçılığı ilə ilk fərdi sərgisi təşkil edilmişdi.

Sərgini açan xalq rəssamı,Azərbaycan Rəssamlar İttifaqının katibi Ağa Əli İbrahimov Adil Mirseyidin  əsərləri ilə ilk dəfə geniş şəkildə burada tanış olduğunu qeyd edərək, belə gözəl əsərlər yaradan bir rəssamın indiyə kimi Rəssamlar İttifaqına müraciət etmədiyindən təəccübləndiyini ifadə etmişdi.

 Sərginin açılışında çıxış edən millət vəkili Qənirə Paşayeva sərgiyə dəstək üçün gələn insanlara öz təşəkkürünü bildirdi: “Mən Adil müəllimə təşəkkür edirəm. Təşəkkür edirəm ki, o var və biz bu gün onun sənətinin işığına toplaşmışıq. Biz hamımız fəxr edəcəyik ki, sizin bu gözəl əsərləriniz bizim evimizdə də var. Bura gələn insanlar da onu sevdikləri üçün gəliblər. Biz sizin yaradıcılığınızı dəyərləndiririk. Ona görə burdayıq”.

  Bu yazının davamını oxu

Qənirə Paşayevanın növbəti imza günü (FOTO)

 Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) NATAVAN Klubunda millət vəkili, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qənirə Paşayevanın “Onun sevgi məktubları” romanının növbəti “imza günü” mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan AYB katibi Rəşad Məcid, xanım Paşayevanın yeni kitabının da öncəki kitabları kimi böyük oxucu ilgisi gördüyünü məmnuniyyətlə vurğuladı. O,  “imza günü” keçirilən kitabın da müəllifin ilk bədii əsəri olduğunu özəlliklə qeyd edərək, “Onun sevgi məktubları”nın onda həm bir oxucu, həm də yazar olaraq xoş təəssürat yaratdığını dedi. Kitabın məziyyətləri haqqında öz fikirlərini bölüşən Rəşad Məcid “imza günü”nün xarakterinə uyğun olaraq müəllifin özünün daha ətraflı danışması və oxucuların suallarını cavablandırması üçün sözü Qənirə Paşayevaya verdi.

Qənirə Paşayeva, qısa zaman kəsiyində artıq dördüncü “imza günü” düzənlənən “Onun sevgi məktubları”na bəslənən ilgiyə görə bir müəllif olaraq oxuculara təşəkkürünü bildirdi. Bu yazının davamını oxu