Kateqoriya Arxivləri: Görüşlər

Belçika Parlamentinin nümayəndə heyəti Ağdam rayonuna səfər ediblər (foto)

Belçika -Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, Belçika Parlamentinin deputatı, THUİN şəhərinin meri cənab Filip Blanşarın rəhbərlik etdiyi Belçika Parlamentinin 9 nəfərdən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində  nümayəndə heyəti böyük hissəsi Ermənistanın işğalı altında olan Ağdam rayonuna, cəbhə bölgəsinə səfər edibdir. Onlar Ağdam rayonunun işğal altında olmayan hissəsində bir sıra görüşlər keçiriblər və Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparıblar. Onlar ilk əvvəl Ağdam rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqovla görüşüblər. İcra başçısı ermənilərin işğalçılıq siyasətindən danışaraq bildirib ki, ermənilər Ağdam rayonunun 77 faizini işğal ediblər. İşğal nəticəsində rayonun 180 min əhalisinin 141 mini məcburi köçkün düşüb. Onun sözlərinə görə,  Dövlət proqramı çərçivəsində rayonun işğal olunmayan ərazilərində yeni qəsəbələr salınaraq 90 minə yaxın insan məskunlaşdırılıb.İcra başçısı Nizami Sadıqov və nümayəndə heyətini müşayiət edən Azərbaycan-Belçika Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva Belçikalı millət vəkillərinə Dağlıq Qarabağ münaqişəsinin tarixi, hazırki vəziyyət ilə bağlı ətraflı məlumatlar veriblər. Daha sonra Belçikalı millət vəkilləri Ağdam rayon ictimaiyyəti görüşüb, məcburi köçkünlər üçün yeni salınmış qəsəbəyə baş çəkiblər, məcburi köçkünlərlə görüşərək  onlarla söhbət ediblər və yaşayış şəraitləri ilə maraqlanıblar. Məcburi köçkünlər nümayəndə heyətinin üzvləri ilə söhbətində deyiblər ki, onlar üçün ən ağrılı məsələ Ermənistanın 20 ilə yaxındır ki onların öz evlərinə dönə bilməsinə imkan verməməsidir.

Bundan başqa nümayəndə heyəti Ağdam rayonunda məcburi köçkünlər üçün yeni tikilmiş məktəbə baş çəkib, məktəbin müəllim və şagirdləri ilə görüşüblər. Onlar rayonda yeni təmir edilmiş Mədəniyyət Mərkəzinə də baş çəkiblər.

Bu yazının davamını oxu

Millət vəkili İraqın bir sıra rəsmiləri ilə görüşlər keçirib

İraqda səfərdə olan Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva Baş nazir ofisinin beynəlaxalq əlaqələr üzrə rəhbəri Qaher F.Al-Mosavyla,  Rabitə nazirinin müavini Amr  Albayati,  Bağdad valisinin müavini ilə və bir sıra qeyri-höklumət təşkilatlarının nümayəndələri ilə görüşüb. Görüşlər zamanı Azərbaycanla İraq  arasında bütün istiqamətlərdə  münasibətlərin inkişafı istiqamətində mövcud olan potensial barədə fikir mübadiləsi aparılıb. Millət vəkili  Qənirə Paşayeva    Azərbaycanın  İraqla münasibətlərin inkişafına önəm verdiyini, bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını deyib.Millət vəkili Qənirə Paşayeva görüşlərdə  Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirilməməsi, bu istiqamətdə son vəziyyət barədə məlumat verib. İraqın bundan sonra da Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəyinə inandığını deyən millət vəkili Qənirə Paşayeva onlara Azərbaycan həqiqətlərinə,  mədəniyyətinə, tarixinə dair materiallar,  kitablar və sənədli filmlər də təqdim edib və onları Azərbaycanda görməkdən məmun olacaqlarını deyib.

     Bu yazının davamını oxu

Millət vəkili Qənirə Paşayeva İraq Parlamentinin baş katibi ilə görüşüb

İraqda səfərdə olan Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva İraq Parlamentinin baş katibi, Türkmən kökənli millət vəkili Məhəmməd Əl Xalidi ilə görüşüb. Görüş zamanı İraqdakı vəziyyət, türkmənlərin vəziyyəti,  Azərbaycanla İraq  arasında bütün istiqamətlərdə münasibətlərin inkişafı istiqamətində mövcud olan potensial barədə fikir mübadiləsi aparılıb. Azərbaycanı sevdiyini deyən Məhəmməd Əl Xalidi parlamentlərarası münasibətlərin inkişafının vacibliyini vurgulayıb. Millət vəkili Qənirə Paşayeva da Azərbaycanın İraqla əməkdaşlığın inkişafına önəm verdiyini, parlamentlərarası münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayaraq dekabrın ortalarında İraq-Azərbaycan Parlamentlərarası dostluq qrupu üzvlərinin Bakıya səfərinin də  bu istiqamətdə münasibətlərə öz müsbət töhvəsini verəcəyini qeyd edib. “İraq Parlamenti qarşısında törədilən partlayış nəticəsində 1 nəfərin həlak olması, 6 nəfərin yaralanmasına sizin kimi  biz də  üzüldük”, –  deyən millət vəkili Azərbaycanın dost İraq dövlətinin və xalqının sabitliyi, təhlükəsizliyi və inkişafında maraqlı olduğunu deyib.  İraq Türkmən Cəbhəsinin Sözcüsü, Yürütmə Qurumunun və Kərkük İl Məclis üzvü Əli Mehdiyə qarşı sui-qəsd, onun evinin önündə yerləşdirilən bombaların partladılması nəticəsində 1 nəfərin həlak olması, 15  nəfərin yaralanmasından azərbaycanlıların da üzüldüyünü deyən millət vəkili Qənirə Paşayeva  ƏIi Mehdinin bu sui- qəsdən salamat  qurtula bilməsindən sevindiklərini bildirib. O, Azərbaycan xalqının İraqda yaşayan bacı-qardaşlarımızı hər zaman düşündüyünü deyib.

   Qənirə Paşayeva görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırımlar törətməsi,  BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinin yerinə yetirilməməsi barədə məlumat verib.
Millət vəkili Qənirə Paşayeva Azərbaycan həqiqətlərinin İraq ictimaiyyətinə daha geniş çatdırılmasının vacibliyinə də toxunub və  Məhəmməd Əl Xalidiyə Azərbaycan həqiqətlərinə, mədəniyyətinə,  tarixinə dair materiallar,  kitablar və sənədli filmlər də təqdim edib və onu Azərbaycana dəvət edib. Məmunuyyətlə Azərbaycana səfər etmək istədiyini  deyən Məhəmməd Əl Xalidi həm ölkələr, həm də Azərbaycan türkləri ilə İraq türkləri arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində ikitərəfli səylərin daha da artırılmasını vacib sayıb.

Qənirə Paşayeva İraqın Gənclik və İdman naziri Casim Muhammed Cafer ilə görüşüb

İraqda səfərdə olan Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva İraqın Gənclik və İdman naziri Casim Muhammed Cafer ilə görüşüb.  Görüş zamanı Azərbaycanla İraq  arasında bütün istiqamətlərdə münasibətlərin inkişafı istiqamətində mövcud olan potensial barədə fikir mübadiləsi aparılıb. Azərbaycanı qardaş ölkə adlandıran İraqın Gənclik və İdman naziri Casim Muhammed Cafer Azərbaycana səfəri zamanı bunun şahidi olduğunu və Azərbaycanla münasibətlərin surətlə inkişafında maraqlı olduqlarını deyib. O, həm parlamentlərarası, həm də hökumətlərarası münasibətlərin inkişafının, əməkdaşlığın genişlənməsinin vacibliyinə toxunub və bu istiqamətdə fikir mübadiləsi aparılıb. Millət vəkili  Qənirə Paşayeva da Azərbaycanın  İraqla münasibətlərin inkişafına önəm verdiyini, bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını deyib.

   Millət vəkili Qənirə Paşayeva görüşdə  Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirilmədiyi, bu istiqamətdə son vəziyyət barədə məlumat verib. İraqın bundan sonra da Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəyinə inandığını deyən millət vəkili Qənirə Paşayeva İraqın Gənclik və İdman naziri Casim Muhammed Caferə Azərbaycan həqiqətlərinə,  mədəniyyətinə, tarixinə dair materiallar,  kitablar və sənədli filmlər də təqdim edib və onu yenidən  Azərbaycanda görməkdən bütün azəbaycanlıların məmun olacağını deyib.

   Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərini deyən nazir Casim Muhammed  Cafer  dost,  qardaş  Azərbaycanı sevirik və yanındayıq deyib

Qənirə Paşayeva DAVA partiyasının sədri, İbrahim El Caferi və İraq parlamentinin bir qrup millət vəkilləri ilə görüşüb

İraqda səfərdə olan Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva Bağdad şəhərində keçirlən  “İraqın demokratik seçimi. Gələcəyə baxış” adlı beynəlxalq konfrans çərçivəsində DAVA partiyasının sədri, Birləşmiş İraq İttifaqı Koalisiyasının liderlerindən olan, millət vəkili,  İraqın sabiq baş naziri  İbrahim El Caferi və İraq parlamentinin bir qrup millət vəkilləri ilə görüşüb.  Görüş zamanı Azərbaycanla İraq  arasında bütün istiqamətlərdə münasibətlərin inkişafı istiqamətində mövcud olan potensial barədə fikir mübadiləsi aparılıb. İbrahim El Caferi və İraq parlamentinin üzvləri görüş zamanı Azərbaycanla  münasibətlərin inkişafında maraqlı olduqlarını deyiblər. Onlar parlamentlərarası və hökumətlər arası münasibətlərin inkişafının, əməkdaşlığın genişlənməsinin vacibliyinə toxunub və bu istiqamətdə fikir mübadiləsi aparılıb.  Millət vəkili  Qənirə Paşayeva  da  Azərbaycanın  İraqla münasibətlərin inkişafına önəm verdiyini, bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını deyib.

   Millət vəkili Qənirə Paşayeva görüşdə  Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirilməməsi və bu istiqamətdə son vəziyyət barədə məlumat verib. İraqın bundan sonra da Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəyinə inandığını deyən millət vəkili Qənirə Paşayeva onlara Azərbaycan həqiqətlərinə,  mədəniyyətinə, tarixinə dair materiallar,  kitablar və sənədli filmlər də təqdim edib və onları Azərbaycanda görməkdən məmun olacaqlarını deyib. Bu yazının davamını oxu

Millət vəkili Qənirə Paşayeva İraq Türkmən Cəbhəsinin lideri ilə görüşüb – FOTO

Bakı-APA. İraqda səfərdə olan İraq-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva İraq Türkmən Cəbhəsinin lideri, millət vəkili Ərşad Salihi ilə görüşüb. APA-nın xəbərinə görə, millət vəkili İraq Türkmən Cəbhəsinin yeni istifadəyə verilən binasını da ziyarət edib və təşkilat rəsmiləri ilə görüşüb. Görüş zamanı İraqdakı vəziyyət, bu ölkədə yaşayan türkmənlərin vəziyyəti, Azərbaycanla İraq arasında bütün istiqamətlərdə münasibətlərin inkişafı istiqamətində mövcud olan potensial barədə fikir mübadiləsi aparılıb. Azərbaycanı “qardaş ölkə” adlandıran Ərşad Salihi parlamentlərarası, hökumətlərarası münasibətlərin inkişafı ilə yanaşı, Azərbaycan türkləri ilə İraq türkləri arasında əməkdaşlığın artmasının vacibliyini də vurğulayıb.
Qənirə Paşayeva da Azərbaycanın İraqla əməkdaşlığın inkişafına önəm verdiyini, parlamentlərarası münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayaraq dekabrın ortalarında İraq-Azərbaycan Parlamentlərarası dostluq qrupu üzvlərinin Bakıya səfərinin də bu istiqamətdə münasibətlərə öz müsbət töhfəsini verəcəyini vurğulayıb.
Millət vəkili Azərbaycan xalqının İraqda yaşayan bacı-qardaşlarımızı hər zaman düşündüyünü və İraqdakı qardaş-bacılarımızla əməkdaşlığın inkişafında maraqlı və buna hazır olduğunu vurğulayıb. İraqda yaşayan türkmənlərin son on illər ərsində ədalətsizliklər, ağır problemlərlə üzləşdiyini vurğulayan millət vəkili Qənirə Paşayeva İraqda yaşayan türkmənlərin layiq olduqları haqları əldə edə biləcəklərinə ümid etdiyini bildirib. Qənirə Paşayeva görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımları barədə məlumat verib.

Bu yazının davamını oxu

Gənirə Paşayeva İraqda bir sıra görüşlər keçirib (Foto)

İraqda səfərdə olan millət vəkili, İraq-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva ölkə parlamentinin Türkman kökənli millət vəkilləri Jalə Neftçi, Nəbil Harbo, Hasan Özmen Al-Bayati, Abbas Bayatlı ilə görüşüb. Görüş zamanı İraq millət vəkilləri Azərbaycan millət vəkilinə İraqdakı vəziyyət, Türkmanların vəziyyəti, Azərbaycanla İraq arasında bütün istiqamətlərdə münasibətlərin inkişafı istiqamətində mövcud olan potensial barədə məlumatlar veriblər. Azərbaycanı sevdiklərini bildirən millət vəkilləri parlamentlərarası münasibətlərin inkişafının vacibliyini vurgulayıblar. Millət vəkili Qənirə Paşayeva da Azərbaycanın İraqla əməkdaşlığın inkişafına önəm verdiyini, parlamentlərarası münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayaraq dekabrın ortalarında İraq-Azərbaycan Parlamentlərarası dostluq qrupu üzvlərinin Bakıya səfərinin də bu istiqamətdə münasibətlərə öz müsbət töhvəsini verəcəyini vurğulayıb. “İraq Parlamenti qarşısında törədilən partlayış nəticəsində 1 nəfərin həlak olması, 6 nəfərin yaralanmasına sizin kimi biz də üzüldük”- deyən millət vəkili Azərbaycanın dost İraq dövlətinin və xalqının sabitliyi, təhlükəsizliyi və inkişafında maraqlı olduğunu deyib. İraq Türkman Cəbhəsinin Sözcüsü, Yürütmə Qurumunun və Kərkük İl Məclis üzvü Əli Mehdiyə qarşı sui-qəsd, onun evinin önündə yerləşdirilən bombaların partladılması nəticəsində 1 nəfərin həlak olması, 15 nəfərin yaralanmasından azərbaycanlıların da üzüldüyünü deyən millət vəkili Qənirə Paşayeva ƏIi Mehdinin bu sui qəsddən salamat qurtula bilməsindən sevindiklərini bildirib. O, Azərbaycan xalqının İraqda yaşayan bacı-qardaşlarımızı hər zaman düşündüyünü deyib.
Qənirə Paşayeva görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırım törətməsi, Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımları, minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr həyata keçirməsi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinin yerinə yetirilməməsi barədə məlumat verib.
Millət vəkili Qənirə Paşayeva Azərbaycan həqiqətlərinin İraq ictimaiyyətinə daha geniş çatdırılması istiqamətində millət vəkillərinin öz səylərini daha da artıracağına inandığını dilə gətirib. Qənirə Paşayeva görüş iştirakçılarına Azərbaycan həqiqətlərinə, mədəniyyətinə, tarixinə dair materiallar, kitablar və sənədli filmlər də təqdim edib və onları Azərbaycana dəvət edib. Bu yazının davamını oxu

Qənirə Paşayeva Iraqlı nazirlə görüşdü (foto)

Azərbaycanda səfərdə olan İraqın bələdiyyələr və ictimai işlər naziri, Azərbaycan hökuməti və İraq hökuməti arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın sədri Adil Muheydər Razi Əl-Maliki Milli Məclisin Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşmüşdür.

İşçi qrupunun rəhbəri İlham Məmmədov demişdir ki, Azərbaycan ilə İraq arasında əlaqələrin qədim tarixi vardır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimiz daha da genişlənmişdir. İkitərəfli əlaqələrin inkişafında qanunverici orqanların rolunu xüsusi vurğulayan İ.Məmmədov hər iki ölkənin parlamentində dostluq qruplarının yaradılmasını yüksək qiymətləndirmişdir. İ.Məmmədov deputatların qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışmış, nazirin ölkəmizə səfərinin əməkdaşlığımızın daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə etmişdir.Bir neçə gün sonra İraqa səfər edəcəyini bildirən işçi qrupunun üzvü, deputat Qənirə Paşayeva ölkəmizdə həyata keçirilən islahatlar, əldə olunmuş uğurlar, eləcə də regionun və Azərbaycanın inkişafına ciddi maneə olan Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat vermişdir. Q.Paşayeva bütün təzyiqlərə baxmayaraq, Azərbaycanın bu münaqişənin həllində öz prinsipial mövqeyindən geri çəkilməyəcəyini və torpaqlarını işğaldan azad edəcəyini bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan heç bir dövlətin ərazisinə göz dikməyib və öz ərazisində də ikinci dövlətin yaradılmasına, torpaqlarının işğal altında qalmasına yol verməyəcəkdir.

Bu yazının davamını oxu

Millət vəkili Qənirə Paşayeva “The First-2011” mükafatına layiq görülüb (foto)

“Xəyal Production”un təşkilatçılığı ilə keçirilən mərasimdə “The First-2011” mükafatına layiq görülən millət vəkili Qənirə Paşayevə öz çıxışında Türkiyədən gələn qonaqları salamlayaraq, öz vətəninizə xoş gəlmisiniz deyib. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsini vurğulayaraq, Azərbaycan ilə Türkiyə arasında daima dostluq və qardaşlıq münasibətlərinin olduğunu, Türkiyədən gələn qonaqların Azərbaycana başqa bir ölkəyə deyil, öz vətənlərinə gəldiklərini qeyd edib. Millət vəkili bu mükafata layiq görüldüyü üçün  öz minnətdarlığını ifadə edərək, bu mükafata layiq görülənlərin hamısını təbrik edib və  gələn il bu mükafatın təqdimetmə mərasimində bütün Türkdilli dövlətlərin nümayəndələrinin iştirak etməsini arzulayıb.

Bu mərasimdə Türkiyədən iştirak edən  xüsusi qonaqlar  arasında Türkiyənin tanınmış simaları – şoumen Bəyazit Öztürk (Bəyaz), çoxsaylı tamaşaçı auditoriyası toplayan “Öylə bir keçər zaman ki…” serialında Ali kaptan rolunun ifaçısı Ərkan Pətəkkaya, modelyer Uğurkan Erez, bəstəkar-müğənni Soner Sarıkabadayı, “Adanalı” serialında Sofiya, “Lale devri” serialında isə Yeşim rolunun ifaçısı, tanınmış aktrisa Serenay Sarıkaya, Azərbaycan əsilli müğənni Nursaç Doğanişık, Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva, “Media TV” və “Kanal D”-nin əməkdaşları olub.

Mükafatlandırılanlar arasında həmçinin Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, İctimai Teleradio, Türkiyənin “Show TV” və “Kanal D” televiziyaları, “Day.az” informasiya portalı, 14 qat dünya çempionu Eduard Məmmədov, bəstəkar Gövhər Həsənzadə, modelyer Gülnarə Xəlilova, model Günay Musayeva, müğənni Röya, “Təhsil” Nəşriyyatı, digər şirkət və şəxslər də olublar. Bu yazının davamını oxu

Millət vəkili Qənirə Paşayeva Türkiyənin məşhur sənətçiləri ilə görüşüb (foto)

Azərbaycanda səfərdə olan “Avropa Qəzetçilər Dərnəyinin” (AQD) baş direktoru Adnan Fişek, Türkiyə Böyük Millət Məclisinin dövlət müşaviri Cengiz Sağlam, “Başkent Platformu” qurumunun baş direktoru Mustafa Kurt, Azərbaycan əsilli tanınmış müğənni Nursaç Doğanişık, türk sənət musiqisinin məşhur ifaçısı Mehmet Özkaya  Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva ilə görüşüblər. Qonaqları Bakıda salamlamaqdan məmnunluq duyduğunu bildirən millət vəkili mədəniyyətin xalqlar, ölkələr arasında əlaqələr baxımından ən möhkəm körpü olduğunu qeyd etmişdi. O, mədəniyyətin özəlliklə, Türkiyə və Azərbaycan kimi iki qardaş ölkə arasında oynadığı rolun ikiqat təsirə malik olduğunu qeyd edərək, ulu öndər Heydər Əliyevin “biz bir millət, iki dövlətik” kəlamını xatırlatdı.

Görüşdə millət vəkili qonaqlara Azərbaycan, ölkəmizin tarixi, bu günü, mədəniyyəti və xüsusilə Dağlıq Qarabağ həqiqətləri, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması, işğal etdikləri torpaqlarda törətdikləri vandalizm aktları,  1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvalarına dönməsinə imkan verməməsi barədə  məlumatlar verib.

Azərbaycanda təsəvvür etdiklərindən daha artıq dərəcədə sevildiklərinin şahidi olmaqdan, Bakıya səfərdən və bu görüşdən çox məmnun olduqlarını bildirməklə sözə başlayan qonaqlar Azərbaycana səfərlərindən çox məmnun qaldıqlarını, Azərbaycanı sevdiklərini vurğuladılar. Azərbaycanda özlərini bir qərib ölkədə deyil, öz vətənlərindəki kimi hiss etdiklərini söylədilər və Azərbaycanın uğurlarının Türkiyənin uğurları olduqlarını qeyd etdilər.

Bu yazının davamını oxu