Müəllifin arxivləri: ganirapashayeva

Millət vəkili Q.Paşayeva Azərbaycan və Türkiyə Anadolu Aydınlar Ocaqlarının birgə təşkil etdiyi “Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni bolşevik işğalından azad edilməsinin 100 illik yubileyi”nə həsr olunmuş konfransda Azərbaycan və Türkiyə aydınlarına çağırışlar səsləndirib

Millət vəkili Q.Paşayeva Azərbaycan və Türkiyə Anadolu Aydınlar Ocaqlarının birgə təşkil etdiyi “Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni bolşevik işğalından azad edilməsinin 100 illik yubileyi”nə həsr olunmuş konfransda Azərbaycan və Türkiyə aydınlarına çağırışlar səsləndirib.

Millət vəkili Qənirə Paşayeva Azərbaycan Aydınlar Ocağının Türkiyə Anadolu Aydınlar Ocağı ilə birgə Gəncliyə Yardım Fondunda təşkil etdiyi “Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni bolşevik işğalından azad edilməsinin 100 illik yubileyi”nə həsr olunmuş elmi praktiki konfransda çıxışında Azərbaycan Xalq Cümhuriyyətini quran dədələrimizin, şəhidlərimizin, Ənvər Paşa, Nuru Paşa başda olmaqla Türk Qafqaz İslam Ordusunun bütün qəhrəmanlarının qarşısında baş əyərək, onları hər zaman sevgi, qayğı və rəhmətlə andığımızı və anacağımızı söyləyərək sözlərimə başlamaq istəyirəm deyib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönəmindən,erməni-bolşevik dəstələrinin Azərbaycanda törətdiyi qırğınlardan, Qafqaz İslam Ordusunun xalqımızı bu çətin vəziyyətdən xilas etməsindən, Azərbaycana qardaş köməyinə gələn Qafqaz İslam Ordusunun böyük fədakarlığından danışan millət vəkili Q.Paşayeva onlar Türk dünyasının bugünki və gələcək nəsilləri üçün ən gözəl örnəklərdəndirlər deyib. Millət vəkili, Beynəlxalq Avrasiya Araşdırmalar İnstitutunun sədri Qənirə Paşayeva bildirib ki,   Nuru Paşa haqqında müstəqil Azərbaycanın vətəndaşı olaraq bizlərin danışması, yazması ona olan vəfa borcudur. Zamanında Azərbaycanı qurtarmağı qardaşlıq borcu bilən qəhrəman paşaya mənəvi borcumuzu vermək həm də bir vicdan borcudur. Eyni zamanda 1915-ci ildə Çanaqqala döyüşündə iştirak edən Azərbaycan Türklərinə. Millət vəkili Q.Paşayeva dövlət başçımız İlham Əliyev və qardaş Türkiyəninin prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu gün bir azdan Bakıda keçiriləcək möhtəşəm paraddan da danışıb və bu tədbirlə Bakıdan dostlara da düşmənlərə də çox önəmli məsajlar veriləcək  deyib. Azərbaycanın bayramı bütün Türk dünyasının bayramı olmalıdır, sevincimiz də kədərimiz də ortaq olmalıdır deyən millət vəkili Q.Paşayeva Türk dünyası gəncliyini ortaq tariximizi dərindən öyrənməyə və təbliğ etməyə də çağırıb.Tədbir çərçivəsində millət vəkili Q.Paşayevaya Türkiyənin Qazilər və Şəhid ailələri cəmiyyətləri, hərbçiləri və bir sıra qeyri-hökumət təşkilatları tərəfindən bu gün – 15 sentyabrla bağlı milli anlam daşıyan materiallar və hədiyyələr təqdim ediblər.   Millət vəkili Qənirə Paşayeva Bakı Slavyan Universitetində “Bilik günü” ilə bağlı keçirilən tədbirdə də iştirak edib və çıxışında müəllim və tələbələri “Bilik günü” münasibətilə, eyni zamanda hər kəsi 15 sentyabr – Bakının qurtuluşu günü münasibətilə təbrik edib, çağırışlar səsləndirib.

Advertisements

Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənvər Bakının işğaldan azad edilməsinin 100-cü ildönümündə iştirak etmək üçün ölkəmizdədir

Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənvər Bakının işğaldan azad edilməsinin 100-cü ildönümündə iştirak etmək üçün ölkəmizdədir.  

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri  Q.Paşayeva  Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənverlə görüşdə Azərbaycan Xalq Cümhuriyyətini quran dədələrimizin, şəhidlərimizin, Ənvər Paşa, Nuru Paşa başda olmaqla Türk Qafqaz İslam Ordusunun bütün qəhrəmanlarının qarşısında baş əyərək, onları hər zaman sevgi, qayğı və rəhmətlə andığımızı və anacağımızı söyləyib. O, dəvətini qəbul edib bu önəmli tədbirlərdə iştirak etmək üçün Azərbaycana gələn əziz dostu,Ənvər Paşanın nəvəsi, Nuru Paşa ailəsinin təmsilçisi, gözəl ziyalı Arzu Ənvərə və ailəsinə təşəkkür edib və onların iştirakı ilə bu tədbirlərin keçirilməsinin xüsusi məna daşıdığını xüsusi vurğulayıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönəmindən,erməni-bolşevik dəstələrinin Azərbaycanda törətdiyi qırğınlardan, Qafqaz İslam Ordusunun xalqımızı bu çətin vəziyyətdən xilas etməsindən, Azərbaycana qardaş köməyinə gələn Qafqaz İslam Ordusunun böyük fədakarlığından danışan millət vəkili Q.Paşayeva onlar Türk dünyasının bugünki və gələcək nəsilləri üçün ən gözəl örnəklərdəndirlər deyib. Millət vəkili Q.Paşayeva dövlət başçımız İlham Əliyev və qardaş Türkiyəninin prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu gün, 15 sentyabrda Bakıda keçiriləcək möhtəşəm paraddan da danışıb və bu tədbirlə Bakıdan dostlara da düşmənlərə də çox önəmli məsajlar veriləcək  deyib. Nuru Paşanın qardaşı Ənvər Paşanın nəvəsi Arzu Eroğan Azərbaycan bizim üçün Vətəndir və burada hər zaman, o cümlədən bu önəmli tarixlərdə olmaqdan, tədbirlərdə iştirak etməkdən qürur duyuram və çox xoşbəxtəm deyib. Arzu xanım ailəsi adından özəlliklə dövlət başçısı İlham Əliyevə və ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib və inanıram ki, Ənvər Paşanın, Nuru Paşanın ruhu şaddır və Azərbaycan hər zaman daha da inkişaf etdikcə şad olacaqdır deyib və Azərbaycanı çox sevdiyini xüsusi vurğulayıb. Arzu Ənvər hər zaman Azərbaycanımızın yanındayıq və Azərbaycan xalqına təşəkkür edirik deyib və bu tarixi günlə bağlı yazdığı yazını Qənirə Paşayeya təqdim edərək onun Azərbaycan insanın çatdırılmasında dəstək göstərilməsini xahiş edib. Yazıda Ənvər Paşa, Nuri Paşa ailəsinin Azərbaycana sevgisi geniş əks olunub.  Millət vəkili Q.Paşayeva   Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənvər Azərbaycan mədəniyyəti ilə bağlı materiaqlları və hədiyyələri təqdim edib və bura sizin Vətəninizdir hər zaman gözləyirik deyib.  Arzu Ənvər Eroğan və ailəsi və millət vəkili Q.Paşayevanın dəvətini qəbul edərək Azərbaycana gələn, müstəqilliyik uğrunda mübarizə apardığımız illərdə SSRİ rəhbərliyinin törətdiyi dəhşətli 20 yanvar faciəsi zamanı “Ağla, qərənfil,ağla” şeirini bəstəliyib ifa edərək bütün Türkiyəyə həqiqətləri çatdıran sənətçi Hasan Sağındığ millət vəkili Q.Paşayeva ilə birlikdə Şəhidlər Xiyabanı, Bakı Türk Şəhidliyi, Fəxri Xiyabanı ziyarət ediblər, sonra Şamaxıda 130 türk şəhidinin şərəfinə ucaldılmış və əsaslı təmir-bərpa işlərindən sonra açılan “Türk şəhidliyi” abidəsini ziyarət ediblər, ruhlarına dualar oxuyublar.

Millət vəkili Q.Paşayeva “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu – 100” adlı gecədə Türk Dünyasına çağırış edib

Millət vəkili Q.Paşayeva “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu – 100” adlı gecədə Türk Dünyasına çağırış edib

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və  İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəstəyilə 15 sentyabr Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 100 illiyinə həsr olunmuş “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu – 100” mövzusunda Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən möhtəşəm gecədə edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva  Azərbaycan Xalq Cümhuriyyətini quran dədələrimizin, şəhidlərimizin, Ənvər Paşa, Nuru Paşa başda olmaqla Türk Qafqaz İslam Ordusunun bütün qəhrəmanlarının qarşısında baş əyərək, onları hər zaman sevgi, qayğı və rəhmətlə andığımızı və anacağımızı söyləyərək sözlərimə başlamaq istəyirəm deyib. O, dəvətini qəbul edib bu önəmli tədbirlərdə iştirak etmək üçün Azərbaycana gələn əziz dostu,Ənvər Paşanın nəvəsi, Nuru Paşa ailəsinin təmsilçisi, gözəl ziyalı Arzu Ənvərə və ailəsinə təşəkkür edib və onların iştirakı ilə bu tədbirlərin keçirilməsinin xüsusi məna daşıdığını xüsusi vurğulayıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönəmindən,erməni-bolşevik dəstələrinin Azərbaycanda törətdiyi qırğınlardan, Qafqaz İslam Ordusunun xalqımızı bu çətin vəziyyətdən xilas etməsindən, Azərbaycana qardaş köməyinə gələn Qafqaz İslam Ordusunun böyük fədakarlığından danışan millət vəkili Q.Paşayeva onlar Türk dünyasının bugünki və gələcək nəsilləri üçün ən gözəl örnəklərdəndirlər deyib. Millət vəkili, Beynəlxalq Avrasiya Araşdırmalar İnstitutunun sədri Qənirə Paşayeva bildirib ki,   Nuru Paşa haqqında müstəqil Azərbaycanın vətəndaşı olaraq bizlərin danışması, yazması ona olan vəfa borcudur. Zamanında Azərbaycanı qurtarmağı qardaşlıq borcu bilən qəhrəman paşaya mənəvi borcumuzu vermək həm də bir vicdan borcudur. Eyni zamanda 1915-ci ildə Çanaqqala döyüşündə iştirak edən Azərbaycan Türklərinə. Millət vəkili Q.Paşayeva dövlət başçımız İlham Əliyev və qardaş Türkiyəninin prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə 15 sentyabrda Bakıda keçiriləcək möhtəşəm paraddan da danışıb və bu tədbirlə Bakıdan dostlara da düşmənlərə də çox önəmli məsajlar veriləcək  deyib. Azərbaycanın bayramı bütün Türk dünyasının bayramı olmalıdır, sevincimiz də kədərimiz də ortaq olmalıdır deyən millət vəkili Q.Paşayeva Türk dünyası gəncliyini ortaq tariximizi dərindən öyrənməyə və təbliğ etməyə də çağırıb. Millət vəkili Q.Paşayeva həmçinin dəvətini qəbul edərək bu tədbirlədə iştirak etmək üçün Azərbaycana gələn, müstəqilliyik uğrunda mübarizə apardığımız illərdə SSRİ rəhbərliyinin törətdiyi dəhşətli 20 yanvar faciəsi zamanı “Ağla, qərənfil,ağla”  şeirini bəstəliyib ifa edərək bütün Türkiyəyə həqiqətləri çatdıran sənətçi Hasan Sağındığa da təşəkkürünü bildirib və milli duyarlılığı yüksək sənətçilərin çoxalması Türk dünyası üçün çox önəmlidir deyib. Tədbirlərdə Nuru Paşanın qardaşı Ənvər Paşanın nəvəsi Arzu Eroğan da  çıxış edərək “məni bu tədbirlərə dəvət edən dostum Qənirə Paşayevaya minnətdaram, çünki Azərbaycan bizim üçün Vətəndir və burada hər zaman, o cümlədən bu önəmli tarixlərdə olmaqdan, tədbirlərdə iştirak etməkdən qürur duyuram və çox xoşbəxtəm” deyib. Arzu xanım ailəsi adından təşkilatçılara, özəlliklə dövlət başçısı İlham Əliyevə təşəkkürünü bildirib və inanıram ki, Ənvər Paşanın, Nuru Paşanın ruhu şaddır və Azərbaycan hər zaman daha da inkişaf etdikcə şad olacaqdır deyib və Azərbaycanı çox sevdiyini xüsusi vurğulayıb.

 

Millət vəkili Q.Paşayeva “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu – 100” adlı konfransda Türk Dünyasına çağırış edib

Millət vəkili Q.Paşayeva “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu – 100” adlı konfransda Türk Dünyasına çağırış edib

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və  İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəstəyilə 15 sentyabr Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 100 illiyinə həsr olunmuş “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu – 100” mövzusunda konfransda çıxış edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva  Azərbaycan Xalq Cümhuriyyətini quran dədələrimizin, şəhidlərimizin, Ənvər Paşa, Nuru Paşa başda olmaqla Türk Qafqaz İslam Ordusunun bütün qəhrəmanlarının qarşısında baş əyərək, onları hər zaman sevgi, qayğı və rəhmətlə andığımızı və anacağımızı söyləyərək sözlərimə başlamaq istəyirəm deyib. O, dəvətini qəbul edib bu önəmli tədbirlərdə iştirak etmək üçün Azərbaycana gələn əziz dostu,Ənvər Paşanın nəvəsi, Nuru Paşa ailəsinin təmsilçisi, gözəl ziyalı Arzu Ənvərə və ailəsinə təşəkkür edib və onların iştirakı ilə bu tədbirlərin keçirilməsinin xüsusi məna daşıdığını xüsusi vurğulayıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönəmindən,erməni-bolşevik dəstələrinin Azərbaycanda törətdiyi qırğınlardan, Qafqaz İslam Ordusunun xalqımızı bu çətin vəziyyətdən xilas etməsindən, Azərbaycana qardaş köməyinə gələn Qafqaz İslam Ordusunun böyük fədakarlığından danışan millət vəkili Q.Paşayeva onlar Türk dünyasının bugünki və gələcək nəsilləri üçün ən gözəl örnəklərdəndirlər deyib. Millət vəkili, Beynəlxalq Avrasiya Araşdırmalar İnstitutunun sədri Qənirə Paşayeva bildirib ki,   Nuru Paşa haqqında müstəqil Azərbaycanın vətəndaşı olaraq bizlərin danışması, yazması ona olan vəfa borcudur. Zamanında Azərbaycanı qurtarmağı qardaşlıq borcu bilən qəhrəman paşaya mənəvi borcumuzu vermək həm də bir vicdan borcudur. Eyni zamanda 1915-ci ildə Çanaqqala döyüşündə iştirak edən Azərbaycan Türklərinə. Millət vəkili Q.Paşayeva dövlət başçımız İlham Əliyev və qardaş Türkiyəninin prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə 15 sentyabrda Bakıda keçiriləcək möhtəşəm paraddan da danışıb və bu tədbirlə Bakıdan dostlara da düşmənlərə də çox önəmli məsajlar veriləcək  deyib. Azərbaycanın bayramı bütün Türk dünyasının bayramı olmalıdır, sevincimiz də kədərimiz də ortaq olmalıdır deyən millət vəkili Q.Paşayeva Türk dünyası gəncliyini ortaq tariximizi dərindən öyrənməyə və təbliğ etməyə də çağırıb. Millət vəkili Q.Paşayeva həmçinin dəvətini qəbul edərək bu tədbirlədə iştirak etmək üçün Azərbaycana gələn, müstəqilliyik uğrunda mübarizə apardığımız illərdə SSRİ rəhbərliyinin törətdiyi dəhşətli 20 yanvar faciəsi zamanı “Ağla, qərənfil,ağla”  şeirini bəstəliyib ifa edərək bütün Türkiyəyə həqiqətləri çatdıran sənətçi Hasan Sağındığa da təşəkkürünü bildirib və milli duyarlılığı yüksək sənətçilərin çoxalması Türk dünyası üçün çox önəmlidir deyib. Tədbirlərdə Nuru Paşanın qardaşı Ənvər Paşanın nəvəsi Arzu Eroğan da  çıxış edərək “məni bu tədbirlərə dəvət edən dostum Qənirə Paşayevaya minnətdaram, çünki Azərbaycan bizim üçün Vətəndir və burada hər zaman, o cümlədən bu önəmli tarixlərdə olmaqdan, tədbirlərdə iştirak etməkdən qürur duyuram və çox xoşbəxtəm” deyib. Arzu xanım ailəsi adından təşkilatçılara, özəlliklə dövlət başçısı İlham Əliyevə təşəkkürünü bildirib və inanıram ki, Ənvər Paşanın, Nuru Paşanın ruhu şaddır və Azərbaycan hər zaman daha da inkişaf etdikcə şad olacaqdır deyib və Azərbaycanı çox sevdiyini xüsusi vurğulayıb.

Qardaş Türkiyənin Azərbaycanda səfərdə olan aydınları və fəal gəncləri millət vəkili Q.Paşayeva ilə görüşdə hər zaman Azərbaycanın yanındayıq deyiblər

Qardaş Türkiyənin Azərbaycanda səfərdə olan aydınları və fəal gəncləri millət vəkili Q.Paşayeva ilə görüşdə hər zaman Azərbaycanın yanındayıq deyiblər

Millət vəkili Q.Paşayeva AMEA Nizami adına Ədəbiyyat İnstitutu, Folklor İnstitutu və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək “Unudulan sözlər yaşadılsın: “Divanü Lüğat-it Türk” beynəlxalq konfransının təşkilatçıları ilə görüşüb. Azərbaycan Xal Cümhuriyyətinin 100-cü ildönümü, Azərbaycan Ordusunun 100 illiyi və Nuru Paşanın rəhbərliyi altında Türk-Qafqaz İslam Ordusunun Bakını işğaldan azad edilməsinin 100-cü ildönümünün keçirildiyini deyən millət vəkili Q.Paşayeva onları Azərbaycanda görməkdən çox şad olduğunu bildirdi və bu 3 mühüm və tarixi hadisələr barədə geniş məlumat verib. Millət vəkili həyata keçirilən layihənin əhəmiyyətini vurğulayaraq, bu kimi layihələrin iki qardaş ölkə olan Azərbaycan və Türkiyə arasında ortaq mədəniyyətimizin, folklorumuzun öyrənilməsi baxımından vacibliyini vurğulayıb və təşkilatçılara uğurlar diləyib. Ortaq mədəniyyətimizin, folklorumuzun öyrənilməsi baxımından layihələrin sayının artırılmasının vacibliyini qeyd edən millət vəkili bu işdə onlara əlindən gələn dəstəyi göstərməyə çalışacağını deyib. Görüşdə həyata keçirilməsi nəzərdə tutulan layihələr ətrafında geniş fikir mübadiləsi də aparılıb. Türkiyənin Azərbaycanda səfərdə olan aydınları və  fəal gəncləri millət vəkili Qənirə Paşayeva ilə görüşüblər. Qonaqları salamlayan millət vəkili Qənirə Paşayeva Azərbaycan Xal Cümhuriyyətinin 100-cü ildönümü, Azərbaycan Ordusunun 100 illiyi və Nuru Paşanın rəhbərliyi altında Türk-Qafqaz İslam Ordusunun Bakını işğaldan azad edilməsinin 100-cü ildönümünün keçirildiyini və Azərbaycanda görməkdən çox şad olduğunu deyən millət vəkili Q.Paşayeva bu 3 mühüm və tarixi hadisələr barədə geniş məlumat verib.  Qənirə Paşayeva Türk dünyasının hər yerində şəhid olmuş qardaş və bacılarımızı rəhmətlə, sevgi ilə anırıq deyərək  bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq.  Millət vəkili Azərbaycan xaqının hər zaman qardaş Türkiyənin yanında olduğunu xüsusi vurğulayıb və bütün türk dünyasını, harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanını da buna çağırıb. Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də sizin olduğu qədər də bizimdir, bizim də Vətənimizdir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar. Q. Paşayev görüş zamanı Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə gənclərimizin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva daha fəal olmalıyıq deyib. Azərbaycana səfər etməkdən məmnuniyyət duyduğunu deyən qardaş Türkiyənin aydınları və gənc fəalları bir millət iki dövlət olduqlarını və hər zaman Azərbaycanın yanındayıq deyiblər. Millət vəkili Q.Paşayeva Türkiyənin aydınlarına fəal gənclərinə Azərbaycanla bağlı, Qarabağ problemi və Xocalı soyqırımı həqiqətləri ilə bağlı çoxlu materiallar hədiyyə edib.

 

 

Masallıda tələbə adını qazanmış məzunlarla görüş keçirildi

Masallıda tələbə adını qazanmış məzunlarla görüş keçirildi

Masallı şəhər “Asan həyat” kompleksinin kafesində bu il ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplamış tələbələrlə görüş keçirilib.      Toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısının müavini Aybəniz Qafarova Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun salamını tədbir iştirakçılarına çatdıraraq, görüşdə tələbə adını qazanmış məzunları, onların müəllimlərini və valideynlərinni təbrik edib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanda müasir təhsil sistemi yaradılıb və hazırda bu sahə yeni inkişaf mərhələsini yaşayır və bu siyasət hazırda dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Həyata keçirilən təhsil islahatının uğurla başa çatdırılmasında Masallı rayonunun pedaqoji kollektivi də yaxından iştirak edir. A.Qafarova gənclərə biliklərə dərindən yiyələnməyi, dövlətçiliyə, Vətənə sadiq vətəndaş olmağı tövsiyə edib. Görüşdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov bu il ali məktəblərə daxil olan məzunlar və onların təhsil alacağı ali təhsil müəssisələri barədə məlumat verib. Bu tədtis ilində  rayonun ümumtəhsil məktəblərinin XI sinfini 1489 şagird bitirmişdir. Bu şagirdlərdən ali məktəblərə 734 nəfər sənəd vermiş və 500 nəfər şagird tələbə adını qazanmışdır. Məktəbləri bitirən məzunlardan ali məktəblərə qəbul olunduğunu vurğulayan natiq onlardan 34 nəfəri 600-dən yuxarı, 86 nəfəri 500-600, 380 nəfəri 200-500 arası bal topladığını diqqətə çatdırmışdır. Milli Məclisin deputatı Qənirə Paşayeva və “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova tələbələri təbrik etmiş və gələcək həyatlarında uğurlar arzulamışlar. Toplantıda çıxış edən və ali məktəblərə yüksək balla qəbul olan tələbələr onlara bəslənən ümidləri doğruldacaqlarına söz veriblər. Tələbələr Masallının adını həmişə uca tutacaqlarını, onlara göstərilən etimadı doğruldacaqlarını bildiriblər.
Tədbirin sonunda ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplamış məzunlara Masallı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Masallı Rayon təşkilatının, “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin Fəxri fərmanları, qiymətli hədiyyələri və kitablar təqdim edilib. Tələbə adını qazanmış məzunlarla görüş Masallı Regional Mədəniyyət və Turizm idarəsinin Masallı mədəniyyət şöbəsinin incəsənət ustalarının ifasında mahnı və rəqslərlə başa çatıb.Həmyerlimiz, Əməkdar artist Lalə Məmmədovanın ifa etdiyi mahnı alqışlarla qarşılanıb. Sonda xatirə şəkli çəkilib.

 

Cümhuriyyətimizin, Ordumuzun və Bakının işğaldan azad olunmasının 100 illiyi əsgər və hərbçilərimizlə birlikdə qeyd edildi

Cümhuriyyətimizin, Ordumuzun və Bakının işğaldan azad olunmasının 100 illiyi əsgər və hərbçilərimizlə birlikdə qeyd edildi

“Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB və “Xocalı Soyqırımını Tanıtma” İB-nin birgə təşkilatçılığı ilə Respublika Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində Bakının erməni hərbi birləşmələri və onların havadarlarının işğalından azad edilməsinin 100-cü ildönümünə həsr edilən tədbir keçirildi. Tədbir iştirakçıları öncə Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. “Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu” İB-nin sədri, Milli Məclisin deputatı Qənirə Paşayeva tədbir iştirakçılarını salamladı. O, Azərbaycanın Dövlət Başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ərazi bütövlüyümüzün bərpası naminə həyata keçirdiyi mühüm tədbirlərdən danışdı. Əsgər və hərbçilərimizi müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, Ordumuzun 100 illiyi, Nuri Paşanın rəhbərliyi altında Türk-Qafqaz İslam ordusunun Bakının erməni-daşnak qüvvələrinin işğalından azad edilməsinin 100-cü ildönümü münasibətilə təbrik edən millət vəkili Qənirə Paşayeva hər bir hərbçiyə Vətənimiz naminə bütün arzularına çatmalarını diləyib. Hər üç önəmli və böyük hadisə ilə bağlı geniş çıxış edən millət vəkili Qənirə Paşayeva deyib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır: “Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda da dalğalanacaq və o gözəl bölgələrimizdə də bu gün Cocuq Mərcanlıda qeyd edə bildiyimiz kimi bayramlarımızı qeyd edəcəyik. Aprel döyüşləri və zəfəri bir daha bütün dünyaya ordumuzun artan gücünü göstərdi. Dostlar sevindi, düşmənlər ciddi təşvişə düşdülər. Ordumuzun daha da inkişafı istiqamətində böyük işlər görülür və inşallah ordumuz bundan da daha güclü olacaq. Sizin Vətənimizi qorumaq istiqamətində ruh yüksəkliyiniz isə xüsusi əhəmiyyət daşıyır. İnşallah torpaqlarımızı işğaldan azad edib, bayramlarımızı əsl bayram kimi bütün torpaqlarımızda sevinclə qeyd edəcəyik. Allah bu yolda dövlətimizə, millətimizə və ordumuza yardımçı olsun!” “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “Ana harayı”qəzetinin baş redaktoru, Qarabağ qazisi Şamil Sabiroğlu 1989-1995-ci illərdə cəbhə bölgələrində qarşılaşdığı maraqlı əhvalatlardan danışdı. Şamil Sabiroğlu Bakının düşmən tapdağından azad edilməsinin 100-cü ildönümü ilə əlaqədar Bakı şəhərində Hərbi parad keçiriləcəyini qeyd etdi.
” Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova və Respublika Gəncliyə Yardım Fondunun vitse – prezidenti Salman Əliyev Ordumuzun şəxsi heyətinin 2016-cı ilin aprel döyüşləri zamanı qazandığı uğurdan söhbət açdılar. Millət vəkili Q.Paşayevanın dəvətilə Azərbaycana qonaq gəlmiş Türkiyənin tanınmış müğənnisi Zəfər İşləyən maraqlı musiqi proqramı ilə çıxış etdi. Biz ümummilli lider Heydər Əliyevin dediyi kimi bir millət, iki dövlətik deyən Zəfər İşləyən hər zaman Azərbaycanın, Azərbaycan Ordusunun yanındayıq deyib və bu önəmli günlərdə Azərbaycan əsgər və hərbçiləri ilə görüşməkdən böyük xoşbəxtlik və qürur duyduğunu xüsusi vurğulayıb.
Tədbirin sonunda xidmətdə fərqlənən hərbçilərə təşkilatçılar tərəfindən qiymətli hədiyyələr və Azərbaycan tarixinə dair dəyərli kitablar təqdim olundu.
Bayram tədbirində xanım Qənirə Paşayevanın dəvətilə ölkəmizdə səfərdə olan Türkiyənin Kastamonu vilayətinin tələbə-gəncləri, habelə,Qeyri-Hökumət təşkilatlarının fəalları iştirak edirdi.

Millət vəkili Q.Paşayeva Tovuzda sakinlərlə görüşüb, qayğıları ilə maraqlanıb və bir sıra vacib məsələlər ətrafında fikir mübadiləsi aparıb

Millət vəkili Q.Paşayeva Tovuzda sakinlərlə görüşüb, qayğıları ilə maraqlanıb və bir sıra vacib məsələlər ətrafında fikir mübadiləsi aparıb

Millət vəkili Qənirə Paşayeva Tovuzda kəndləri ziyarət edib, sakinlərlə görüşüb, qayğıları ilə maraqlanıb. Sakinlərlə görüşdə onların müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib, müzakirələr aparıb. Bir çox xəstələri ziyarət edən millət vəkili onların müalicələri ilə maraqlanıb, bəzilərinin daha yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq  Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət  vəkili  Qənirə Paşayeva həmçinin həmin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, qayğıları ilə maraqlanıb. Seçicilər millət vəkili ilə görüşdə ünvanlı sosial yardım, təhsil, səhiyyə, bəzi ailələrə verilən qaz, su və elektrik təchizatının daha da yaxşılaşdırılması, bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələr ilə bağlı öz təklif və fikirlərini bildiriblər, müzakirələr aparıblar. Millət vəkili tək-tək vətəndaşları dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib. Qənirə Paşayeva seçiciləri narahat edən bir sıra digər məsələləri də dinləyib və onların bəzilərini rayonda həll edib, bəzi dövlət qurumları ilə bağlı məsələləri isə Bakıya qayıdan kimi həll etməyə çalışacağına söz verib. Seçiciləri ilə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin tərəfindən araşdırılacağını bildirib. Millət vəkili sakinləri uşaqların təhsilə daha da ciddi önəm verməyə də çağırıb. Millət vəkili kəndlərdə sakinlərlə görüşdən sonra balacalara da xüsusi diqqət ayırıb. Onlarla söhbət edən Qənirə Paşayeva analarla da geniş söhbət edib və balacaları zərərli təsirlərdən qorumağa, onların fiziki olduğu qədər mənəvi olaraq da sağlam böyüməsinə xüsusi diqqət etməyə çağırıb.

Millət vəkili Q.Paşayeva Yeni Dərs İli öncəsi Tovuz kəndlərində müəllimlərlə görüşüb və təhsilə daha da çox diqqət yetirməliyik deyib

Millət vəkili Q.Paşayeva Yeni Dərs İli öncəsi Tovuz kəndlərində müəllimlərlə görüşüb və təhsilə daha da çox diqqət yetirməliyik deyib.  

Millət vəkili Q.Paşayeva Tovuz rayonu kəndlərində Yeni Dərs İli bağlı məktəbləri ziyarət edib, məktəblərin direktorları və kollektivləri ilə görüşüb. Məktəblərin qayğılarını dinləyib, direktorlarla, müəllimlərlə geniş fikir mübadiləsi aparan millət vəkili Qənirə Paşayeva  bildirib ki, hər bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar və bu istiqamətdə müəllimlərimizin üzərinə böyük vəzifələr düşür. Dövlət başçımız İlham Əliyevin  və ölkəmizin 1-ci Vitse-prezidenti Mehriban Əliyevanın təhsilə və gənclərimizin savadlı olmasına verdiyi böyük önəmdən danışan millət vəkili Q.Paşayeva ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir və hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər və bu istiqamətdə müəllimlərimizin də üzərinə böyük vəzifələr düşür deyib. Q.Paşayeva qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual, vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşünün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir və gənclər arasında mütaliəyə meyilliyin artması üçün hamımız birlikdə daha çox çalışmalıyıq. Millət vəkili Q.Paşayeva məktəblərdə fəal gənclərlə də görüşüb, onlara hədiyyə və kitablar təqdim edib, qayğı və fikirləri ilə maraqalanıb. Gəncləri xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili Qənirə Paşayeva onları zamanlarını mənasız işlərə və ya verilişlərə, teleseriallara, şou proqramlarına ayırmamağa çağırıb. Millət vəkili Q.Paşayeva məktəblərə kitablar da hədiyyə edib və kitab ən yaxşı dostdur deyərək gəncləri daha çox mütaliəyə çağırıb. Millət vəkili balacalara da xüsusi diqqət ayırıb. Onlarla söhbət edən Qənirə Paşayeva analarla da geniş söhbət edib və balacaları zərərli təsirlərdən qorumağa, onların fiziki olduğu qədər mənəvi olaraq da sağlam böyüməsinə xüsusi diqqət etməyə çağırıb.

 

 

Millət vəkili Q.Paşayeva Tovuzda kənd xəstəxanalarını ziyarət edib və insanlarımızın tibbi maarifləndirilməsini gücləndirməliyik deyib

Millət vəkili Q.Paşayeva Tovuzda kənd xəstəxanalarını ziyarət edib və insanlarımızın tibbi maarifləndirilməsini gücləndirməliyik deyib

Millət vəkili Q.Paşayeva Tovuzda bir sıra kənd xəstəxanalarını ziyarət edib, həkimlərin və tibb işçilərinin qayğıları ilə maraqlanıb. Həkimlər və tibb işçiləri ilə görüşdə millət vəkili kənd sakinlərimizin bir sıra xəstəliklərlə bağlı geniş tibbi maarifləndirilməsini həyata keçirməliyik və bu məsələlərdə sizin fəallığınıza böyük ehtiyac var deyib.  “Əhalinin tibbi maarifləndirilməsinin ciddi şəkildə genişləndirilməsi bu günümüz və gələcəyimiz üçün ən önəmli məsələlərdən biridir. İnsanlara bu istiqamətdə geniş biliklərin verilməsinə və davamlı maarifləndirmə işlərinə böyük ehtiyac var. Hər bir insan ən azı özünün sağlamlığı üçün elementar tibbi biliklərə malik olmalı, bu sahədə hüquqlarını və qanunla müdafiəsini bir az da olsa, bilməlidir,” – deyə millət vəkili Q.Paşayeva bildirib.  Bu gün çoxlu sayda xəstəliklərin sürətlə artdığını, bəzən insanların elementar tibbi bilgisizlik üzündən ona yoluxması və ya vaxtında addım atmaması üzündən həyatının risqə girməsi hallarının azalmadığını deyən millət vəkili Qənirə Paşayeva xüsusilə kəndlərdə və kənd bölgələrində tibbi maarifləndirmənin genişləndirilməsinə böyük ehtiyac olduğunu dedi.  Millət vəkili Qənirə Paşayeva bildirib ki, bu istiqamətdə, ana və yenidoğulan körpənin sağlamlıq məsələləri ilə bağlı əhalinin xüsusilə KİV vasitəsilə geniş maarifləndirilməsinə böyük ehtiyac var. “Əhalinin tibbi maarifləndirilməsinin ciddi şəkildə genişləndirilməsi bu günümüz və gələcəyimiz üçün ən önəmli məsələlərdən biridir və bu istiqamətdə qanunvericilik sahəsində də lazımı  addımlar atılmaqdadır. Qadağalar  və cərimələrlə problemləri və narahatlıqları tamamilə həll etmək mümkün deyil. İnsanlara bu istiqamətdə geniş biliklərin verilməsinə və davamlı maarifləndirmə işlərinə böyük ehtiyac var. Bu işlər birlikdə görülərsə, o zaman istənilən nəticələri əldə edə bilərik.” Millət vəkili kəndlərin ziyalıları və sakinləri ilə də görüşüb, görüşlərdə tibbi maarifləndirmə işinin aparılmasının vacibliyi ilə bağlı geniş fikir mübadiləsi aparıb. Uşaqlar və gənclər arasında siqaretə və narkomaniyaya meylliyin artmaması istiqamətində bütün ziyalıları, müəllimləri,  sakinləri aktiv mübarizəyə səsləyən millət vəkili Qənirə Paşayeva bildirib ki, ölkəmizdə də insanlar arasında, xüsusilə gənclər arasında siqaretdən istifadə edənlərin artması hamımızı ciddi narahat etməli və gənclərimizin bu zərərli vərdişə meyillənməməsi istiqamətində səylərimizi daha da artırmalıyıq. Biz hamımız gənclərimizin tütün məhsulları, narkomaniya, alkoqolizm kimi zərərli vərdişlərə tutulmamasına çalışmalıyıq deyən millət vəkili bu işdə kənd ziyalılarının, müəllimlərinin və valideynlərin üzərinə böyük vəzifə düşdüyünü qeyd edib. Millət vəkili “İctimai yerlərdə siqaret çəkilməsini qadağan edilməsi haqqında” qanunun qəbul olunduğunu və onun yerlərdə icra olunmasının vacibliyini də vurğulayıb.