Millət vəkili Q.Paşayevanın Kırıkkaledə  Qarabağ parkı və Azərbaycan Şəhidləri abidəsinın açılması təklifini bələdiyyə başqanı dəstəkləyib və yaxın zamanlarda həyata keçəcək deyib

Millət vəkili Q.Paşayevanın Kırıkkaledə  Qarabağ parkı və Azərbaycan Şəhidləri abidəsinın açılması təklifini bələdiyyə başqanı dəstəkləyib və yaxın zamanlarda həyata keçəcək deyib

“Azərbaycan – Türkiyə əlaqələri və Qarabağ problemi ” adlı konfransda iştirak etmək üçün Türkiyənin Kırıkkale  vilayətində səfərdə olan millət vəkili Qənirə Paşayeva Kırıkkale bələdiyyə başqanı Mehmet Saygılı və Kırıkkale valisi M. İlker Haktankaçmaz ilə görüşüb. Millət vəkili Q.Paşayeva Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb  və Kırıkkalenin mərkəzi parklarından birinə  Qarabağ adının verilməsi və Şəhidlər abidəsinin açılması təklifini irəli sürüb və Kırıkkale  bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönəmindən, daşnak erməni dəstələrinin Azərbaycanda törətdiyi qırğınlardan, Qafqaz İslam Ordusunun xalqımızı bu çətin vəziyyətində dəstəyə gəlməsindən, Azərbaycana qardaş köməyinə gələn Qafqaz İslam Ordusunun böyük fədakarlığından, onların arasında Kırıkkaledən də olan dədələrimizdən  danışan millət vəkili Q.Paşayeva onların adları qeyd edilən xatirə lövhələrinin Qarabağ parkında və Şəhidlər Abidəsində qoyulmasının gənc nəsillərimizə onların daha geniş tanıdılmasının vacibliyindən danışıb. Görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Kırıkkalenin də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib. Kırıkkale bələdiyyə başçısı Mehmet Saygılı Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq, Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət etdiyini deyib. Kırıkkale bələdiyyə başçısı Mehmet Saygılı həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını,  hər zaman qardaş Azərbaycanın yanında olduqlarını qeyd etdi. Millət vəkili Qənirə Paşayevanın Kırıkkaledə Qarabağ parkı və Şəhidlər abidəsi ilə bağlı təklifini müsbət qiymətləndirdiyini bildirən Kırıkkale bələdiyyə başçısı bu təklifə baxılacağını deyib və yaxın zamanlarda Kırıkkaleda Qarabağ parkının və Şəhidlər abidəsinin açılacağını və həmin açılış mərasimlərində millət vəkili Q.Paşayevanı görməyə çox şad olarıq dedi.

Millət vəkili Q.Paşayeva bu yaxınlarda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Türkiyədə STAR neft emalı zavodunun açılışından danışaraq Azərbaycanın xaricdə ən böyük sərmayəsini məhz qardaş Türkiyəyə qoyulmasının iki qardaş ölkə arasında qardaşlığın əsl örnəyidir deyib. STAR meqalayihənin açılışında Azərbaycan və Türkiyə prezidentlərinin çıxışlarına xüsusi toxunan millət vəkili bunun dosta da, düşmənə də mesaj olduğunu dedi.  Azərbaycanı çox sevdiyini deyən Kırıkkale bələdiyyə başqanı Mehmet Saygılı ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub.    Kırıkkale  bələdiyyə başçısına  Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar hədiyyə edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini  deyən Kırıkkale bələdiyyə başqanı Mehmet Saygılı dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib.

Millət vəkili Q.Paşayeva eyni zamanda Kırıkkale valisi M. İlker Haktankaçmaz ilə də  görüşüb.  İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Kırıkale arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib.  Kırıkkale valisi M. İlker Haktankaçmaz ilə görüşdə millət vəkili Q.Paşayeva Azərbaycanı, Qarabağ problemi, Xocalı soyqırımı həqiqətlərini, Azərbaycan-Türkiyə birliyinin güclənməsinin önəmi barədə gənclərə yönəlik konfransların və tədbirlərin artmasının vacibliyini vurğulayıb və bu istiqamətdə təkliflərlə çıxış edib. Millət vəkili Q.Paşayevanın fikirlərini dəstəkləyən vali bu məsələyə Kırıkkaledə bundan sonra xüsusi diqqət göstəriləcəyini deyib.  Kırıkkale valisi M. İlker Haktankaçmaz Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. Kırıkkale valisinə Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Kırıkkale valisi M. İlker Haktankaçmaz  Azərbaycana mütləq səfər edəcəyini bildirib. Görüşlərdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri A. Bağırova da iştirak edib.

 

Advertisements

29.10.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: