Millət vəkili Q.Paşayeva Kırıkkale vilayətində Türk Ocakları,QHT və KİV rəhbərləri ilə görüşdə onları Qarabağ həqiqətlərinin təbliğində fəal olmağa çağırıb

Millət vəkili Q.Paşayeva Kırıkkale vilayətində Türk Ocakları,QHT və KİV rəhbərləri ilə görüşdə onları Qarabağ həqiqətlərinin təbliğində fəal olmağa çağırıb

Millət vəkili Q.Paşayeva Kırıkkale vilayətində dövlət təşkilatı, KİV və QHT rəhbərləri, müəllimlər evində, fəal gənclər və qadınlarla görüşdə Azərbaycandan danışıb və onları Qarabağ həqiqətlərinin Türk dünyasında və dünyada daha geniş yayılmasında fəal olmağa çağırıb.“Azərbaycan – Türkiyə əlaqələri və Qarabağ problemi ” adlı konfransda iştirak etmək üçün Türkiyənin Kırıkkale vilayətində səfərdə olan millət vəkili Qənirə Paşayeva Kırıkkale Emniyyet müdiri Mahmut Çorumlu, Kırıkkale Türk Ocakları, Qəzetəçilər Cəmiyyəti, bu bölgənin tanınmış təşkilat, QHT və KİV rəhbərləri ilə görüşüb, görüşlər zamaıl Azərbaycan-Türkiyə qardaşlığı, əlaqələri, əməkdaşlığı, Qarabağ həqiqətləri, Xocalı soyqırımı mövzuları ətrafında, həmçinin bölgələrimiz arasında əməkdaşlığın daha da artırılması ilə bağlı geniş fikir mübadiləsi olub. Millət vəkili Azərbaycan ilə Türkiyənin QHT, gənclər və qadın təşkilatları, KİV-ləri arasında əlaqələrin getdikcə daha da genişlənməsinin məmnuniyyətverici olduğunu və bu məsələlərin vacibliyini qeyd edib. Görüşlər zamanı Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı, Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, Xocalı soyqırımı, tarixi abidələrin erməni vandalizminə məruz qalması da barədə geniş söhbət açan Qənirə Paşayeva ölkələrimizin QHT, fəal gənclər, qadın təşkilatları arasında əməkdaşlığın artmasının vacibliyi ilə də bağlı geniş fikirlərini də bildirib və bu istiqamətdə fikir mübadiləsi aparılıb. Millət vəkili eyni zamanda Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin daha geniş yayılmasında qardaş ölkə QHT-lərindən və KİV-dən Azərbaycan xalqının daha böyük fəallıq gözləndiyini də xüsusi vurğulayıb və öz fəaliyyətlərində, mətbu orqanlarında Azərbaycana daha geniş yer ayırmağa çağırıb. Millət vəkili Q. Paşayeva Kırıkkale Türk Ocakları başqanı və üzvlərini,KİV və QHT rəhbərlərini, fəal gənclər və qadınlar təşkilatlarını Azərbaycana dəvət edib. Onlar Azərbaycana məmuniyyətlə səfər etmək istədiklərini deyiblər. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Kırıkkale emniyyet müdiri, Türk Ocaqları rəhbəri və üzvlərinə,Qazeteçiler Cemiyyəti rəhbəri və üzvlərinə, QHT, gənclər və qadın təşkilatları rəhbərlərinə və üzvlərinə Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar hədiyyə edib. Görüşlərdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri A. Bağırova da iştirak edib.

Advertisements

29.10.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: