Millət vəkili Q.Paşayeva 15 yaşlı istedadlı gənc yazar Gülnaz Nazğızadənin kitabının təqdimatında istedadlı qızlara daha çox dəstək olmalıyıq deyib

Millət vəkili Q.Paşayeva 15 yaşlı istedadlı gənc yazar Gülnaz Nazğızadənin kitabının təqdimatında istedadlı qızlara daha çox dəstək olmalıyıq deyib.   

 Sumqayıt Poeziya Evinin təşkilatçılığı, Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə məktəbli yazar Gülnaz Nağızadənin yeni nəşr olunmuş “Femidanın gözləri” povestinin təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı gənc yazarı iştirakçılara təqdim edib və ona yaradıcılıq uğurları arzulayıb. Sonra filoloq Aygün Yaşar təqdimatı keçirilən kitab barədə məruzə edib, kitabın redaktoru, professor Vaqif  Yusifli gənc yazarın kitabının bədii məziyyətlərindən danışıb.Gənc istedada yüksək dəyər verib tədbirə qatılan millət vəkili Qənirə Paşayeva Gülnaz Nağızadəni təbrik edərək onun gələcəkdə daha böyük uğurlara imza atacağına inamını ifadə edib.  Millət vəkili Q.Paşayeva istedadlı gənc yazar G.Nağızadə ilə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin Masallıda kitab günü ilə bağlı təşkil etdiyi tədbirdə tanış olduğunu bildirdi və kəndlərlə, rayonlarda uşaqlar, gənclər arasında kitab oxumağa, müaliəyə meylliyinin artırılması məqsədilə keçirilən tədbirlərin Gülnaz kimi istedadlı gənclərin aşkar edilməsində əhəmiyyətini vurğuladı. Bu cür istedadlı gənclərin məktəblilər, gənclər arasında tanıdılmasının vacibliyini qeyd edən millət vəkili Gülnaz kimi gənclərdə bədii yaradıcılıqla məşğul olmağa daha böyük həvəs oyadacağına inandığını deyib. Hesab edirəm ki, Gülnaz kimi istedadlı qızlarımıza vaxtında ilk olaraq ailədən başlayaraq daha çox mənəvi dəstək olmalıyıq deyən millər vəkili Q.Paşayeva Gülnazın ailəsinə qızlarına hər zaman dəstək olmalarından dolayı təşəkkürünü bildirib və “siz bir çox ailələr üçün yaxşı örnəklərdən birisiniz” deyib. Millət vəkili Q.Paşayeva Gülnaza yaradıcılığında dəstək olan hər kəsə təşəkkür edib və “hər zaman yanındayıq, inanıram ki, bir neçə il sonra sənin əsərlərinin səsi xarici ölkələrdən gələcək və sənə bunu arzulayıram”, – deyib. Çıxışın sonunda millət vəkili Q.Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova müəllifə xatirə hədiyyələri təqdim ediblər. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova gənc qızlarımıza daha çox dəstək göstərməliyik deyərək çıxışının sonunda rəhbərlik etdiyi təşkilatın Gülnazın 3-cü kitabının nəşrinə dəstək olacağını bildirib və bu addım tədbir iştirakçıları tərəfindən məmnunluqla qarşılanıb.  Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul işçisi Fərman Kazımov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Eldar Hüseynov, Sumqayıt şəhər Təhsil Şöbəsi Metodkabinetinin direktoru Gülbahar Haqverdiyeva, Gülnazın təhsil aldığı 12 saylı orta məktəbin direktoru Reyhan Baxşiyeva, müəllimələri Sevda Nəsirova, İradə Quliyeva, “Yeni yol” qəzetinin redaktor müavini, Gülnazın ilk kitabı – “Xoşbəxtlik qapını döyür” povestinin redaktoru Rəsul Rzayev, şairlər Zirəddin Qafarlı və Givi Paçxataşvili, cərrah Qeyrət Xəlilov, Respublikanın əməkdar müəllimi, şairə Ofelya Babayeva, məktəbli yazarın sinif yoldaşları çıxış edərək Gülnaz Nağızadəni təbrik ediblər. Daha sonra söz müəllifə verilib. O da öz növbəsində kitabının işıq üzü görməsində əməyi olan hər kəsə minnətdarlığını ifadə edərək ailədən və dövlətdən aldığı dəstəyin qarşılığında ona olan etimadı doğruldacağını qeyd edib.Təqdimatın sonunda gənc yazarın valideynləri çıxış edərək qızlarının istedadına dəyər verib tədbirə gələn və kitabların nəşrində rolu olan hər kəsə təşəkkürünü bildirib.Xatırladaq ki, kitabda qarşılaşdığı haqsızlıqlarla mübarizə aparmaq üçün hüquqşünas olmaq istəyən bir albinos qızın tale yolu qələmə alınıb. Müəllif Sumqayıt şəhərində yerləşən Nəsirəddin Tusi adına 12 saylı orta məktəbin 10-cu sinif şagirdidir.

Advertisements

26.10.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: