Millət vəkili Q. Paşayeva “IV Qardaşlıq Mədəniyyəti” adlı tədbirdə Türk dünyasından gəlmiş aydınlara, şairlərə, yazarlara səslənib və birliyimizi gücləndirməliyik deyib

Millət vəkili Q. Paşayeva “IV Qardaşlıq Mədəniyyəti” adlı tədbirdə Türk dünyasından gəlmiş aydınlara, şairlərə, yazarlara səslənib və birliyimizi gücləndirməliyik deyib.

Azərbaycan Yazıçılar Birliyi,  İLESAM-ın birgə təşkilatçılığı ilə Dövlət Filarmoniyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunan “4-cü Qardaşlıq Mədəniyyəti” adlı ədəbi-bədii gecənin açılışında çıxış edən millət vəkili Q.Paşayeva Türk dünyasının birliyi və bərabərliyinin daha da güclənməsinin vacibliyindən geniş danışıb. Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayev çıxışında  Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 sentyabrda Bakıdan birlikdə verdikləri məsajlara da xüsusi toxunub və  dosta da, düşmənə də çox önəmli məsajlar oldu deyib. Millət vəkili 15 sentyabrda Bakının işğaldan azad edilməsinin 100-cü ildönümü ilə bağlı Bakıda möhtəşəm bir paradın keçirildiyini və həmin paradda qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət başçımız İlham Əliyev ilə birgə iştirak etməsinin   Azərbaycan və Türkiyə qardaşlığının sarsılmaz olduğunun bariz nümunəsi olduğunu deyib. Q.Paşayeva dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq deyib. Qarabağ başda olmaqla Türk dünyasının yaşadığı böyük acılardan, problemlərdən, Azərbaycana və qardaş Türkiyəyə qarşı böyük güclərin ikili standartlarından danışan millət vəkili yeni bir Çanaqqaladan keçirik deyib. Çanaqqalada yüzlərlə Azərbaycan türkünün şəhid olduğunu vurğulayaraq dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq deyən millət vəkili Q.Paşayeva bu gün Türkiyədən olan dəyərli qardaşlarımızla birlikdə bu gözəl bayramımızı burada birlikdə qeyd etməmiz çox önəmlidir, eyni zamanda dosta da düşmana da bir məsajdır deyərək torpaqlarımızın işğaldan azad olunacağı günün də uzaq olmadığını vurğulayıb:”Arzu edirəm ki, gələn bayram tədbirlərimizi Ali Baş Komandan, prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda,Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək.  Millət vəkili Q.Paşayeva tədbir çərçivəsində Türkiyədən, Cənubi Azərbaycandan (İran) və Türk dünyasından gəlmiş şair, yazar, aydınlarla da görüşüb, ortaq mədəniyyətimizin öyrənilməsinin və birliyimizin daha da gücləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Advertisements

18.10.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: