Millət vəkili Q.Paşayeva AŞPA-da Nazirlər Komitəsi sədrinə ADQ(FDG)adından mədəniyyətlərarası dialoqla bağlı suallar ünvanlayıb

Millət vəkili Q.Paşayeva AŞPA-da Nazirlər Komitəsi sədrinə ADQ(FDG)adından mədəniyyətlərarası dialoqla bağlı suallar ünvanlayıb.

Bu gün AŞPA Nazirlər Komitəsinin sədri, Xorvatiyanın baş nazir müavini, Xarici və Avropa İşləri Naziri Marija Prjcinovic Buric AŞPA-da geniş çıxış edib və millət vəkillərinin suallarını cavablandırıb. AŞPA-nın 6 siyasi qrupundan biri olan Azad Demokratlar Qrupu adına sualı millət vəkili, Azad Demokratlar Qrupunun vitse-prezidenti, Azərbaycanın AŞPA-dakı nnümayəndə heyətinin üzvü Qənirə Paşayeva verib. O bu gün Avropada artan İslaamafobiya, ksenofobiya fonunda vacib məsələ olan mədəniyyətlərarası, dinlərarası diqloqla bağlı sualını ünvanlayıb və Nazirlər Komitəsinin bu məsələlərlə bağlı gördüyü və atacağı addımlarla bağlı fikirlər bilrdirməsini istəyib:” Suallarım çox mühüm məsələlərdən biri olan mədəniyyətlərarası dialoqla bağlıdır. Avropa Şurası ərazisində mədəniyyətlərarası dialoqun aparılması üçün siyasətin əsasını hansı dəyərlərin təşkil etməsi vacibdir? “Yeni dəyərlər”ə ehtiyac varmı? Mədəniyyətlərarası dialoqu təşviq edən fəaliyyətlərə maksimum təsiri əldə etmək məqsədilə Avropa Şurası başqa beynəlxalq təşkilatlar ilə necə əməkdaşlıq etməlidir?”
Sualın cavabında Xorvatiyanın baş nazir müavini, Xarici və Avropa İşləri Naziri Marija Prjcinovic Buric bildirib ki o çıxışında da bu məsələyə geniş yer ayırdı çünki bu bütün Avropa üçün çox önəmli bir mövzudur.”Ona görə bir daha vurğulamaq istəyirəm ki, özəlliklə üzv ölkələrdə bu mövzuya geniş yer verilməlidir. Təhsil vasitəsi ilə, gənclərlə bu mövzuda daha geniş iş aparmaqla, mədəniyyət vasitəsi ilə”-deyən Nazirlər Komitəsi sədri bildirib ki mədəniyyətlərarası dialoq ən vacib məsələlərdən biridir və həm Avropa Şurası təşkilatları, həm də üzv ölkələrdə bu mövzu daim diqqətdə olmalıdır. Çıxışdan sonra millət vəkili Q.Paşayevanın Xorvatiyanın baş nazir müavini, Xarici və Avropa İşləri Naziri Marija Prjcinovic Buriclə qısa görüşü də olub. Xanım Buriç ölkəsi ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsinin məminiyyətverici olduğunu və buna önəm verdiklərini deyib. Millət vəkili Q.Paşayeva da bildirib ki Azərbaycan bütün istiqamətlərdə Xorvatiya ilə əməkdaşlığın inkişafında maraqlıdır və Azərbaycan prezidentinin rəhbərliyi ilə bu istiqamətdə bir çox addımlar atılır. Parlamentləarası Əməkdaşlığın da genişləndiyini vurğulayan millət vəkili Q.Paşayeva Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi böyük önəmi də xüsusi vurğulayıb.

Advertisements

10.10.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: