Bu gün AŞPA-ının payız sessiyasının ilk günü Assambleyada “Progress report” və “Türkiyədə keçirilən seçkilər” mövzusunda müzakirələrdə millət vəkili, Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva AŞPA-nın “Azad Demokratlar Qrupu” adından çıxış edib və Türkiyə əleyhinə yalanlara qarşı arqumentlərlə cavab verib

Bu gün AŞPA-nın payız sessiyasının ilk günü Assambleyada “Progress report” və “Türkiyədə keçirilən seçkilər” mövzusunda müzakirələrdə millət vəkili, Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva AŞPA-nın “Azad Demokratlar Qrupu” adından çıxış edib və Türkiyə əleyhinə yalanlara qarşı arqumentlərlə cavab verib:

“Türkiyə seçkilərin müşahidəsi ilə bağlı beynəlxalq missiyalarla uzun illərə söykənən əməkdaşlığa malikdir. Bu baxımdan AŞPA və ATƏT müşahidəçiləri ilə yanaşı, müxtəlif beynəlxalq təşkilatlardan və parlamentlərindən çoxlu sayda müşahidəçilər 24 iyun seçkilərini müşahidə etmək dəvət olunmuşdur və bizə məlumat verilmişdir ki, Türkiyə rəsmiləri onların Beynəlxalq Seçkiləri Müşahidə Missiyası ilə tam əməkdaşlığını bütün ölkə boyu genişləndirmişdir. Biz bu gün müzakirəyə çıxarılan hesabatda da Türkiyədəki seçkilərdə ümumi müsbət qiymətləndirməni görürəm. Bundan başqa biz bu hesabatla bağlı dəqiqləşdirilməli bir sıra məsələlərə diqqətinizi cəlb etmək istərdik. Hesabatda qeyd edilir ki, seçki məntəqələrinin köçürülməsi və birləşdirilməsi xüsusi ərazilərdə seçicilərin gəlişini azaltmaq məqsədi daşıyırdı. Bu halı qeyd edən hesabat nəzərə almayıb ki, müəyyən ərazilərdə məhdud sayda seçki məntəqələrinin köçürülməsi/birləşdirilməsinin həyata keçirilməsi seçicilərin azad seçim etmək hüququna mane olan PKK/KCK kimi terror təşkilatlarının səylərinə qarşı yönəlmişdir. Ağrı/Doğubeyazıt-da seçkilərdən sonra müşahidəçilərin bir seçki qutusunun məhv edilməsi PKK/KCK terror təşkilatlarının seçiciləri sıxışdırmaq cəhdlərinin konkret nümunəsidir. Mən həmçinin media sahiblərinin siyasi mənsubiyyətinin nəticəsi olaraq media müxtəlifliyi üzərində məhdudiyyətlərlə bağlı verilən bəyanatlar ilə bağlı narahatlığımızı ifadə etmək istərdik. Türkiyədə 1700-dən artıq media və kütləvi informasiya vasitələri var. İfadə azadlığı və informasiya almaq və vermək hüququ Konstitusiya ilə təmin olunub. Bundan başqa, Ali Məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin tələblərinə uyğun müxtəlif və plüralist medianı təmin etmək məqsədilə müstəqil tənzimləyici orqan olaraq tənzimləyici və nəzarət fəaliyyətini həyata keçirir. Fövqəladə vəziyyətə gəlincə, bu, terrorla mübarizəda Türkiyənin legitim tələbidir. Bu, plüralist və həqiqi demokratik seçkilərin aparılmasına mane olmur. Seçkilər bir çox ölkələrdə fövqəladə vəziyyət şəraitində keçirilmişdir. 2017-ci ildə Fransada keçirilən seçkilər faktiki olaraq bunun son nümunələrindən birini təşkil edir. Bütün bunları nəzərə alaraq biz, təmsil etdiyim Azad Demokratlar Qrupu inanırıq və bəyan edirik ki Türkiyədə seçkilər azad, demokratik və bütün aspektləri ilə yüksək səviyyədə, beynəlxxalq normalara uygun keçirilib. Biz eyni zamanda Türkiyənin Avropa Şurası dəyərlərinə sahib olmaqda davam edəcəyinə inanır və onun bu addımlarını dəstəkləyirik”.

Advertisements

08.10.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: