Millət vəkili Q.Paşayeva bələdiyyə ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan  mərhumların dəfn və yas mərasimlərinin təşkilinə dəstək üçün bələdiyyələrə dəstək verilməsinə çağırıb

Millət vəkili Q.Paşayeva bələdiyyə ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan  mərhumların dəfn və yas mərasimlərinin təşkilinə dəstək üçün bələdiyyələrə dəstək verilməsinə çağırıb.

Qəbiristanlıqların  salınması, saxlanılması, qorunması, idarə olunması, abadlaşdırılması və bələdiyyə ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan  mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım məqsədilə bələdiyyələrə büdcə ayrılmalı, vəsait verilməlidir. Bunu bu gün “bələdiyyə maliyyəsinin əsasları haqqında”qanuna dəyiliklik edilməsi barədə müzakirələrdə millət vəkili Q.Paşayeva deyib:”Bu günə qədər bələdiyyələrin üzərində sadəcə bələdiyyə ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardm məsələsi vardı. Amma mənim kimi kənd rayonlarını təmsil edən millət vəkilləri yaxşı bilir ki, bələdiyyələr bu istiqamətdə işlər görmürdilər və ya görə bilmirdilər. Deyirdilər ki, bunun üçün bizim büdcəmizdə vəsait yoxdur. Vətəndaş isə qanunda bu məsələnin olduğunu və qanunla bələdiyyənin onlara dəstək olmalı olduğunu deyirdi və bir sıra hallarda və bir sıra hallarda bələdiyyə ilə sakinlər arasında gərginlik, narazılıqlar yaranırdı. Bir neçə gün əvvəl bələdiyyə ərazilərində reklam lövhələrinin yerləşdirilməsindən gələn gəlirin toplanması da  bələdiyyədən alındı, bununla bağlı yaranmış orqana verildi və oradan gələn gəlirin sadəcə 10 faizinin bələdiyyələrə veriləcəyi bildirildi. İndi isə bələdiyyələrin üzərinə qəbiristanlıqarın salınması, saxlanılması, qorunması, idarə edilməsi, abadlaşdırılması kimi əlavə səlahiyyət və vəzifələr də qoyulur. Bunlar çox ciddi məsələlərdir və sabah bələdiyyələr qanunla üzərinə düşən vəzifələri “maliyyə təminatımız yoxdur” deyərək etməyəndə vətəndaşla ciddi narazılıqlar yarana bilər. Ona görə də bu səlahiyyətlərin verilməsi ilə yanaşı bələdiyyələrin bu işləri həyata keçirə bilməsi üçün maliyyə mənbələri, qaynaqları məsələsinə mütləq baxmaq lazımdır və 2019-cu il büdcəsində bunları nəzərə almaq və lazım gələrsə bunun üçün bələdiyyələrə vəsait ayırmaq lazımdır. Yoxsa bu sahədə hər hansı ciddi bir addım, işlər olmayacaq, tam əksinə sakinlərlə bələdiyyə arasında narazılıqlar arta bilər. İnanıram ki, bu məsələlərə ciddi diqqət yetiriləcək və öz həllini tapacaq. Çünki qəbiristanlıqların  salınması, saxlanılması, qorunması, idarə edilməsi, abadlaşdırılması və eyni zamanda     əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım məsələsi çox vacib məsələlərdir və onların həyata keçməsi üçün mexanizmlər işlək olmalıdır.”

 

Advertisements

05.10.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: