Masallıda tələbə adını qazanmış məzunlarla görüş keçirildi

Masallıda tələbə adını qazanmış məzunlarla görüş keçirildi

Masallı şəhər “Asan həyat” kompleksinin kafesində bu il ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplamış tələbələrlə görüş keçirilib.      Toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısının müavini Aybəniz Qafarova Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun salamını tədbir iştirakçılarına çatdıraraq, görüşdə tələbə adını qazanmış məzunları, onların müəllimlərini və valideynlərinni təbrik edib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanda müasir təhsil sistemi yaradılıb və hazırda bu sahə yeni inkişaf mərhələsini yaşayır və bu siyasət hazırda dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Həyata keçirilən təhsil islahatının uğurla başa çatdırılmasında Masallı rayonunun pedaqoji kollektivi də yaxından iştirak edir. A.Qafarova gənclərə biliklərə dərindən yiyələnməyi, dövlətçiliyə, Vətənə sadiq vətəndaş olmağı tövsiyə edib. Görüşdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov bu il ali məktəblərə daxil olan məzunlar və onların təhsil alacağı ali təhsil müəssisələri barədə məlumat verib. Bu tədtis ilində  rayonun ümumtəhsil məktəblərinin XI sinfini 1489 şagird bitirmişdir. Bu şagirdlərdən ali məktəblərə 734 nəfər sənəd vermiş və 500 nəfər şagird tələbə adını qazanmışdır. Məktəbləri bitirən məzunlardan ali məktəblərə qəbul olunduğunu vurğulayan natiq onlardan 34 nəfəri 600-dən yuxarı, 86 nəfəri 500-600, 380 nəfəri 200-500 arası bal topladığını diqqətə çatdırmışdır. Milli Məclisin deputatı Qənirə Paşayeva və “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova tələbələri təbrik etmiş və gələcək həyatlarında uğurlar arzulamışlar. Toplantıda çıxış edən və ali məktəblərə yüksək balla qəbul olan tələbələr onlara bəslənən ümidləri doğruldacaqlarına söz veriblər. Tələbələr Masallının adını həmişə uca tutacaqlarını, onlara göstərilən etimadı doğruldacaqlarını bildiriblər.
Tədbirin sonunda ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplamış məzunlara Masallı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Masallı Rayon təşkilatının, “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin Fəxri fərmanları, qiymətli hədiyyələri və kitablar təqdim edilib. Tələbə adını qazanmış məzunlarla görüş Masallı Regional Mədəniyyət və Turizm idarəsinin Masallı mədəniyyət şöbəsinin incəsənət ustalarının ifasında mahnı və rəqslərlə başa çatıb.Həmyerlimiz, Əməkdar artist Lalə Məmmədovanın ifa etdiyi mahnı alqışlarla qarşılanıb. Sonda xatirə şəkli çəkilib.

 

Advertisements

12.09.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: