Millət vəkili Q.Paşayeva Yeni Dərs ili öncəsi Tovuzda məktəbləri ziyarət edib, müəllimlərlə görüşüb, qayğıları ilə maraqlanıb və təhsilə daha çox diqqət yetirməliyik deyib

Millət vəkili Q.Paşayeva Yeni Dərs ili öncəsi Tovuzda məktəbləri ziyarət edib, müəllimlərlə görüşüb, qayğıları ilə maraqlanıb və təhsilə daha çox diqqət yetirməliyik deyib.

Millət vəkili Q.Paşayeva Tovuz rayonunda məktəbləri ziyarət edib, məktəblərin direktorları və kollektivləri ilə görüşüb. Məktəblərin qayğılarını dinləyib, direktorlarla geniş fikir mübadiləsi aparan millət vəkili Qənirə Paşayeva  bildirib ki, hər bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar və bu istiqamətdə müəllimlərimizin üzərinə böyük vəzifələr düşür. Dövlət başçımız İlham Əliyevin  və ölkəmizin 1-ci Vitse-prezidenti Mehriban Əliyevanın təhsilə və gənclərimizin savadlı olmasına verdiyi böyük önəmdən danışan millət vəkili Q.Paşayeva ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir və hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər və bu istiqamətdə müəllimlərimizin də üzərinə böyük vəzifələr düşür deyib. Q.Paşayeva qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual, vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşünün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir və gənclər arasında mütaliəyə meyilliyin artması üçün hamımız birlikdə daha çox çalışmalıyıq. Millət vəkili Q.Paşayeva məktəblərdə fəal gənclərlə də görüşüb, onlara hədiyyə və kitablar təqdim edib, qayğı və fikirləri ilə maraqalanıb. Gəncləri xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili Qənirə Paşayeva onları zamanlarını mənasız işlərə və ya verilişlərə, teleseriallara, şou proqramlarına ayırmamağa çağırıb. Millət vəkili Q.Paşayeva məktəblərə kitablar da hədiyyə edib və kitab ən yaxşı dostdur deyərək gəncləri daha çox mütaliəyə çağırıb.

 

Advertisements

31.08.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: