Millət vəkili Q.Paşayeva Yeni Dərs ili öncəsi Qovlar şəhər məktəbləri və sakinlərlə görüşlər keçirib

Millət vəkili Q.Paşayeva Yeni Dərs ili öncəsi Qovlar şəhər məktəbləri və sakinlərlə görüşlər keçirib. 

Millət vəkili Q.Paşayeva Qovlar şəhərində fəaliyyət göstərən bütün məktəblərin direktorları  ilə görüşüb. Məktəblərin qayğılarını dinləyib, direktorlarla geniş fikir mübadiləsi aparan millət vəkili Qənirə Paşayeva  bildirib ki, hər bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar və bu istiqamətdə müəllimlərimizin üzərinə böyük vəzifələr düşür. Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir deyən Q.Paşayeva qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual, vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşünün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir və gənclər arasında mütaliəyə meyilliyin artması üçün hamımız birlikdə daha çox çalışmalıyıq. Millət vəkili Qovlar şəhərində Gənclər Evində şəhərin fəal gəncləri ilə də görüşüb, onlarla söhbət edib, qayğı və fikirləri ilə maraqalnıb. Gəncləri xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili Qənirə Paşayeva onları zamanlarını mənasız işlərə və ya verilişlərə, teleseriallara, şou proqramlarına ayırmamağa çağırıb. Millət vəkili Gənclər Evinin kollektivi ilə də geniş fikir mübadiləsi aparıb, görülən işlər, həyata keçirilməsi vacib olan layihələr, işlərdən danışıb və mərkəzin kollektivinin bu istiqamətlərdə səylərini daha da artıracağına inandığını deyib. Millət vəkili Q.Paşayeva Qovlar şəhər icra hakimiyyətinin rəhbərliyi, əməkdaşları ilə də geniş fikir mübadiləsi aparıb və şəhərin bəzi qayğıları, bir sıra məsələlər ərtafında müzakirələr olub. Millət vəkili Q.Paşayeva Qovlar şəhərində sakinlərlə də görüşüb, qayğıları ilə maraqlanıb, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib. Qənirə Paşayeva seçiciləri narahat edən bir sıra digər məsələləri də dinləyib və onların bəzilərini rayonda həll edib, bəzi dövlət qurumları ilə bağlı məsələləri isə Bakıya qayıdan kimi həll etməyə çalışacağına söz verib. Sakinlərlə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin tərəfindən araşdırılacağını bildirib. Millət vəkili Q.Paşayeva bir sıra fiziki imkanları məhdud insanları, xəstələri də ziyarət edib, qayğıları ilə maraqlanıb. 

Advertisements

31.08.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: