Millət vəkili Q.Paşayeva Tovuzda ön cəbhə kəndlərində çalışan müəllimlərin Qurban bayramını təbrik edib

Millət vəkili Q.Paşayeva Tovuzda ön cəbhə kəndlərində çalışan müəllimlərin Qurban bayramını təbrik edib.

Millət vəkili Qənirə Paşayeva  Qurban bayramı münasibəti ilə Tovuzda ön cəbhə kəndlərində müəllimlərlə görüşüb, onların bayramlarını təbrik edib. Millət vəkili Qənirə Paşayeva müəllimlərlə görüş zamanı Qurban bayramının bir yardımlaşma, paylaşma bayramı olduğunu vurğulayaraq onlara Allahdan bütün dualarına çatmalarını diləyib, qayğı və problemləri ilə maraqlanıb.  Qurban Bayramı münasibətilə müəllimləri və bir sıra sakinləri öz hədiyyələri ilə təbrik edən millət vəkili Qənirə Paşayeva ön cəbhədə yaşayan ziyalıların, insanlarımızın fədakarlıqlarından, vətən və torpaq sevgisindən danışıb.  Millət vəkili Q.Paşayeva müəllimlərin qayğı və problemləri ilə də maraqlanıb. Ön cəbhə kəndlərinin qəhrəman kəndlər olduğunu söyləyən millət vəkili Qənirə Paşayeva kəndlərin sakinlərinin müharibənin ən gərgin dövründə də, bu gün də düşmənin bütün təxribatlarına baxmayaraq heç bir zaman öz evlərini tərk etməməsini, bununla da düşmənə ən layiqli cavab verməsinin hər kəs tərəfindən yüksək qiymətləndirildiyini bildirərək ön cəbhədə gənclərimizin təhsill, savadlı və eyni zamanda vətənpərvər yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayıb.  Müəllimlərlə görüşdə millət vəkili Qənirə Paşayeva başa çatmış dərs ilinin nəticələri, ön cəbhə kəndlərində tələbə adını qazanan gənclərin sayı, onların göstərdiyi nəticələr ilə maraqlanıb və gələn tədris ili bağlı müəllimlərin fikir və qayğılarını da dinləyib. Millət vəkili Qənirə Paşayeva tələbə adını qazanmış gəncləri də təbrik edərək ali məktəblərlə yanaşı teknikoma, peşə məktəblərinə üz tutan gənclər və onların göstəriciləri ilə də maraqlanıb.  Gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayan millət vəkili Qənirə Paşayeva gənclərin yetişməsində əməyi olan müəllimləri xüsusi təbrik edərək gələn il göstəricilərin bundan daha da yaxşı olacağına inandığını deyib. Ön cəbhə məktəblərinin vəziyyəti ilə də maraqlanan millət vəkili Qənirə Paşayevaya Ağdam və Əlibəyli kəndlərində müəllimlər məktəbin əsaslı təmirə ehtiyacı olduğunu deyiblər. Bununla bağlı əvvəllər bir neçə dəfə müraciətlər etdiyini deyən millət vəkili Q.Paşayeva Ağdam və Əlibəyli  kəndinin məktəbinin doğurdan da əsaslı təmirə və yeni binaya ehtiyacı olduğunu bildirərək bununla bağlı müəllimlərin adından və onların adından millət vəkili olaraq təkrar xahişlə Təhsil nazirliyinə, yeni təhsil naziri Ceyhun Bayramova və hökumətə müraciət edəcəyini deyib. Ağdam və Əlibəyli kəndlərinin ön cəbhədə yerləşən qəhrəman kəndlərimizdən biri olduğunu vurğulayan millət vəkili bu müraciətə müsbət yanaşılacağına ümid etdiyini də vurğulayıb.  Əlibəyli kəndində də məktəbə gələn yolun təmir olunması və məktəbin  üstündən keçən və məktəbə gələn elektrik naqilləri ilə bağlı problemi isə millət vəkili Q. Paşayeva rayon icra hakimiyyəti başçısı ilə müzakirə edəcəyini deyib. Ön cəbhə kəndlərini ziyarətdən sonra millət vəkili Q.Paşayeva Əlibəylidə qaldırılan problemləri rayon icra hakimiyyətinin başçısı ilə müzkirə edib və o, qısa zamanda həmin problemlərin aradan qaldırılması üçün addımlar atılacağını bildirib. Millət vəkili ön cəbhə kəndlərində eyni zamanda bir sıra gənclərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb və fikir mübadiləsi aparılıb. 

Advertisements

31.08.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: