Millət vəkili Q.Paşayeva Qovlar şəhərində ali məktəblərə daxil olan gənclərlə görüşüb,onları təbrik edib və çağırış edib

Millət vəkili Q.Paşayeva Qovlar şəhərində ali məktəblərə daxil olan gənclərlə görüşüb,onları təbrik edib və çağırış edib.

Qovlar şəhərindən bu il ali məktəblərə qəbul olunmuş tələbələrlə görüşdə millət vəkili Q.Paşayeva tələbə adını qazanmış gəncləri təbrik edərək onlara uğurlar arzulayıb, gənclərin ailələrini və müəllimlərini də təbrik edib. Təhsil sahəsində olan uğurların artmasının önəmindən danışan millət vəkili Qənirə Paşayeva ali məktəblərə daxil olan şagirdlərin və bunların arasında yüksək bal toplayanların sayının artmasını müsbət hal kimi qiymətləndirib. Millət vəkili Qənirə Paşayeva Qovların bundan daha da böyük potensialının olduğunu qeyd edərək təhsil sahəsində özəlliklə bəzi məktəblərdə  problemlərin öz həllini tapmasının vacibliyini və bunun gələcəkdə nəticələrə özünün daha da müsbət təsir göstərəcəyini vurğulayıb. “Ümumiyyətlə məni çox sevindirdi ki, Qovlar şəhərindən ali məktəblərə daxil olan qızların sayının nəinki oğlanlardan az deyil, tam əksinə daha çoxdur. Üstəlik yüksək balla daxil olanlar arasında qızlar daha çoxdur. Unutmamalıyıq ki, savadlı cəmiyyət savadlı qadınlardan keçir.” Millət vəkili Qənirə Paşayeva tələbələrdən öz vəzifələrini bitmiş hesab etməməyi – əslində daha böyük vəzifələrin bundan sonra başladığını vurğuladı. “Siz özünüzü ölkəmizin, xalqımızın qarşısında duran problemlərin həllində iştiraka hazırlamalı, bunun üçün ilk növbədə biliklərə yiyələnməli, yaxşı mütəxəssis kimi yetişməli və öz vətənpərvərliyinizlə seçilməlisiniz. Bunu hər bir tələbə etməlidir, buna sizin potensialınız var” – deyə öz fikirlərini bildirdi. Millət vəkili respublikamızın Ermənistantərəfindən haqsız və elan olunmamış müharibəyə cəlb olunduğunu, 1 milyona yaxın insanımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını qeyd edərək, hər bir vətəndaşımızın, özəlliklə, gələcəyin mütəxəssislərinin, ziyalıların daha məsuliyyətli, daha hazırlıqlı olmasının vacibliyinə diqqət çəkdi və gəncləri virtual məkanda ölkəmizin təbliğində daha fəal olmağa çağırıb. O, deyib ki Azərbaycan əlehinə virtual məkanda təbliğat aparan Ermənistan, erməni diasporu və lobbisinə qarşı, onların yalanlarına qarşı gənclərimiz daha fəal mübarizə aparmalıdırlar. Görüşün sonunda millət vəkili Q.Paşayeva tələbələrə hədiyyələr və kitablar bağışlayıb və yeni tələbə adını qazanan gənclərin mənsub olduqları ailələrə, təhsil aldıqları məktəblərin kollektivlərinə hörmət və ehtiram ifadə edilib. Sonda tələbələrin bəzilərinin üzləşdiyi problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə şəhər icra hakimiyyətinin rəsmiləri və ictimaiyyətin fəalları da iştirak edirdi.

Advertisements

31.08.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: