Millət vəkili Q.Paşayeva  gənclərlə görüşüb və onları sosial şəbəkələrdə Azərbaycan əlehinə yalanlara qarşı fəal mübarizəyə çağırıb

Millət vəkili Q.Paşayeva  gənclərlə görüşüb və onları sosial şəbəkələrdə Azərbaycan əlehinə yalanlara qarşı fəal mübarizəyə çağırıb.

Tovuzun  Əlimərdanlı, Qaraxanlı, Qədirli, Cilovdarlı, Xatınlı və Dönük Qırıqlı kəndlərinin fəal gəncləri ilə görüşdə millət vəkili Q.Paşayeva bildirib ki, gənclər zamanlarının xeyli böyük bir hissəsini sosial şəbəkələrdə çox zaman lazımsız, mənasız əyləncələrə sərf edirlər və bu hamımızı ciddi narahat etməlidir. Uşaqların və gənclərin doğru istiqamətləndirilməsi istiqamətində ailələrlə bərabər, məktəb və bütün cəmiyyətin üzərinə böyük vəzifələr düşür deyən Q.Paşayeva geniş maarifləndirmənin önəmini xüsusi vurğulayıb və bu məsələdə fəal gənclərin üzərinə böyük vəzifələr düşdüyünü deyib. Millət vəkili Q.Paşayeva gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb. O, gənclərimizi sosial şəbəkələrdə keçirdikləri zamanı əylənməyə deyil, oxumağa, öyrənməyə, Azərbaycanın təbliğinə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kompaniyalarına qarşı mübarizəyə sərf etməyə çağırıb. Millət vəkili Q.Paşayeva bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz deyərək ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə də geniş fikirlərini söyləyib. Dövlətin, millətin inkişafının gənclərlə bağlı olduğunu söyləyən deputat qeyd edib ki, Azərbaycanın güclənməsi xalqımızın güclənməsi deməkdir. Millət vəkili tələbələrə dil bilgilərindən yararlanaraq Azərbaycanın haqq səsini sosial media vasitəsi ilə dünyaya daha fəal çatdırmağı tövsiyə edib. Q.Paşayeva dövlətçiliyimizin möhkəmlənməsi və inkişafında gəncliyin rolundan geniş bəhs edib. Q.Paşayeva şagirdləri yaxşı təhsil almağa, xalqımız, dövlətimiz naminə gələcəkdə səmərəli fəaliyyət göstərmək üçün hazırlaşmağa səsləyib. Gənclərə Azərbaycan tarixinə aid kitablar hədiyyə olunub. Millət vəkili Q.Paşayeva Dönük Qırıqlı kənd orta məktəbini ziyarət çərçivəsində yeni dərs ili öncəsi müəllimlərlə də görüşüb,məktəbin və müəllimlərin qayğıları ilə maraqlanıb, kitablar hədiyyə edib. Məktəbin təmiri ilə bağlı təkrar təhsil nazirinə müraciət edəcəyini söyləyən millət vəkili Q.Paşayeva həmçinin kənddən ali məktəblərə qəbul olunan gənclərlə də görüşüb, hədiyyələr təqdim edib və uğurlar diləyib.

Advertisements

31.08.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: