Millət vəkili Q.Paşayeva Macar Turan Vəqfinin rəhbəri ilə Qarabağ həqiqətlərindən danışıb

Millət vəkili Q.Paşayeva Macar Turan Vəqfinin rəhbəri ilə Qarabağ həqiqətlərindən danışıb

Millət vəkili Qənirə Paşayeva Turan Qurultayının təşkilatçısı Macar Turan Vəqfinin rəhbəri Andras Biro ilə  görüşüb. Türk dövlət və toplumları arasında əməkdaşlığın və Türk dünyası birliyinin güclənməsində Turan Qurultayının böyük əhəmiyyətini vurğulayan millət vəkili Q.Paşayeva  Macar Turan Vəqfinin rəhbəri Andras Biroya bu cür önəmli tədbiri təşkil etdiyi üçün Azərbaycan nümayəndə heyəti adından təşəkkür edib. Millət vəkili  Macar Turan Vəqfi ilə Azərbaycan təşkilatları arasında əməkdaşlığın daha da genişlənməsinə ehtiyac olduğunu deyib. Görüşdə qarşılıqlı əməkdaşlıq, həyata keçirilməsi nəzərdə tutulan yeni ortaq layihələr, ortaq tariximizin və mədəniyyətimizin öyrənilməsi, gənc nəsillərə çatdırılması, Azərbaycan həqiqətlərinin Macarıstan ictimaiyyətinin diqqətinə çatdırılması, Macarıstan mədəniyyətinin Azərbaycanda daha geniş tanıdılması ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın dost ölkə olduğunu və Azərbaycanla münasibətlərin bütün istiqamətlərdə daha da inkişafına böyük əhəmiyyət verdiklərini diqqətə çatdıran Macar Turan Vəqfinin rəhbəri Andras Biro iki dost ölkə arasında əməkdaşlığın, o cümlədən rəhbərlik etdiyi qurum ilə Azərbaycan təşkilatları arasında əməkdaşlığın inkişafına önəm verdiyini deyib. Görüşdə Türk dünyasının birliyi istiqamətində layihələr ilə bağlı fikir mübadiləsi də aparılıb. Görüşün sonunda millət vəkili Q.Paşayeva  Macar Turan Vəqfinin rəhbəri Andras Biroya Azərbaycan nümayəndə heyəti adından Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı hədiyyələri təqdim edib.  Görüşdə  ATXƏM sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü İlham İsmayıl, ATXƏM-in icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, tibb elmləri doktoru Məlahət Qəhrəmanova , iş qadını Pərvanə Mustafayeva, əməkdar artist Nuriyyə Hüseynova və Şəmistan Əlizamanlı iştirak ediblər.

Advertisements

18.08.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: