Millət vəkili Q.Paşayeva Qazaxıstan rəsmiləri, QHT və KİV rəhbərləri, tanınmış aydınlarla Qarabağdan danışıb

Millət vəkili Q.Paşayeva Qazaxıstan rəsmiləri, QHT və KİV rəhbərləri, tanınmış aydınlarla Qarabağdan danışıb.

Macarıstanda keçirilən Turan Qurultayı çərçivəsində millət vəkili Qənirə Paşayeva Qazaxıstanın mədəniyyət və idman nazirinin müavini Kuatjan Ualiyev ilə görüşüb. Görüşdə millət vəkili Q.Paşayeva deyib ki, Azərbaycanla Qazaxıstan arasında bütün sahələrdə əməkdaşlığın getdikcə daha da artması sevindirici hadisədir. Ölkələrimizin rəhbərləri cənab İlham Əliyev və Nursultan Nazarbayev arasında olan yüksək dostluq münasibətlərinin və onların rəhbərliyi altında iki qardaş ölkə münasibətlərinin inkişafı istiqamətində görülən önəmli işlər və layihələrdən danışan millət vəkili Qənirə Paşayeva Azərbaycan parlamentinin də Qazaxıstanla əlaqələrin və dostluğun inkişafına böyük önəm verdiyini, parlamentlərarası əməkdaşlığın daha da genişləndiyini və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmnuniyyət yaratdığını deyib. Görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanla bağlı, xüsusilə də Azərbaycan həqiqətləri, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə də ətraflı məlumatlar verib. Qazaxıstanın mədəniyyət və idman nazirinin müavini Kuatjan Ualiyev hər zaman qardaş Azərbaycanın yanında olduqlarını, Azərbaycanla Qazaxıstan arasında əlaqələrin bütün istiqamətlərdə bundan sonra da daha da artacağına inandıqlarını deyib. Millət vəkili Q.Paşayeva Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali və Qazaxıstanın bir sıra universitet rektorları, tanınmış jurnalistləri ilə də görüşüb, müzakirələr aparılıb. Görüşdə iki qardaş ölkə olan Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın genişləndirilməsi imkanları və Türk birliyinin güclənməsi istiqamətində yeni layihələr ətrafında önəmli fikir mübadiləsi olub, geniş fikir mübadiləsi aparılıb. Millət vəkili Q.Paşayeva Turan Qurultayında təmsil olunan Qazaxıstan nümayəndə heyətinin üzvləri ilə də görüşüb, onların təşkil etdiyi sərgini ziyarət edib və geniş fikir mübadiləsi aparılıb. Görüşlərdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, tibb elmləri doktoru Məlahət Qəhrəmanova , iş qadını Pərvanə Mustafayeva da iştirak ediblər. Görüşlərin sonunda millət vəkili Q.Paşayeva Qazaxıstanın tanınmış aydınlarına Azərbaycanla bağlı, Qarabağ həqiqətləri ilə bağlı materialları hədiyyə edib.

 

Advertisements

17.08.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: