Millət vəkili Q.Paşayeva Macarıstanda “Turan Forumu”nda Azərbaycanla bağlı məruzə ilə çıxış edib

Millət vəkili Q.Paşayeva Macarıstanda “Turan Forumu”nda Azərbaycanla bağlı məruzə ilə çıxış edib.

Millət vəkili Qənirə Paşayeva Macarıstanda Turan Qurultayı çərçivəsində, qurultayın keçirildiyi Buğaç meydanında keçirilən “Turan Forumu”nda Azərbaycanla bağlı geniş məruzə ilə çıxış edib. Macar Turan Vəqfinin rəhbəri Andras Bironun sədrliyi ilə aparılan Turan Forumunda millət vəkili Q.Paşayeva ilə yanaşı Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali, Qazaxıstanın, Macarıstanın və bir sıra Türk xalqlarının tanınmış ictimai xadimləri, alimləri, aydınları çıxış ediblər. Millət vəkili Q.Paşayeva bu cür önəmli tədbirin təşkili üçün Macar Turan Vəqfinin rəhbəri Andras Biroya təşəkkürünü bildirib və Turan Qurultayının və “Turan Forumu”nun əhəmiyyəti ilə bağlı geniş çıxış edib. İlk öncə Azərbaycanın qədim tarixi barədə məlumatlar verən millət vəkili Q.Paşayeva bütün müsəlman Şərqində 100 il əvvəl  ilk parlamentli demokratik  respublikanın Azərbaycanda qurulduğunu, müsəlman şərqində Azərbaycanın qadınlara ilk dəfə seçmək və seçilmək haqqı verən ölkə olduğunu deyib.  O bildirib ki,  hətta bəzi qərb ölkələrindən də öncə Azərbaycan qadınları bu haqlara malik olub.  Azərbaycan mədəniyyyəti haqqında da geniş çıxış edən millət vəkili Q. Paşayeva Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti, bütün müsəlman Şərqində ilk operanı yazan Üzeyir Hacıbəyli, müsəlman şərqində ilk opera yazan qadın  Şəfiqə Axundova, Azərbaycanın zəngin muğam və saz musiqisi barədə də geniş söhbət açıb. Azərbaycan-Macarıstan münasibətlərindən danışan millət vəkili Q.Paşayeva Azərbaycanın və Türk dünyasının böyük şəxsiyyətlərindən Əli bəy Hüzeynzadənin macarlara ithafən 19-cu əsrin sonunda yazdığı “Turan” şeiri barədə danışıb və iki qardaş xalqın ortaq köklərini xüsusi vurğulayıb. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin Macarıstanla əməkdaşlığın inkişafına verdiyi önəmdən danışan millət vəkili Q. Paşayeva bu istiqamətdə əldə olunana uğurlar barədə də danışıb və əməkdaşlığımızı daha da genişləndirmək üçün böyük potensial olduğunu vurğulayıb. O, bildirib ki Azərbaycanla Macaristan arasında bütün sahələrdə əməkdaşlıq daha da inkişaf edir və Azərbaycan rəhbərliyi iki dost ölkə arasinda əlaqələrin inkişafına xüsusi önəm verir. Azərbaycan-Macaristan Parlamentlərarası Əməkdaşlığın da yüksək səviyyədə inkişaf etdiyini vurğulayan millət vəkili Q.Paşayeva Azərbaycanla bağlı geniş məlumatlar verib. Tədbir iştirakçılarını Azərbaycan dəvət edən millət vəkili qardaş Macarıstandan daha çox turist gözləyirik deyib və Azərbaycanın turizm imkanları barədə də məlumatlar verib. Azərbaycanda müxtəlif xalqlar və dini icmalar arasında çox gözəl münasibətlər olduğunu deyən millət vəkili Q. Paşayeva ölkəmizdə multukulturalizmə verilən böyük önəmdən də danışıb və bu istiqamətdə həyata keçirilən yerli və beynəlxalq layihələri də vurğulayıb. Qarabağ problemi, Ermənistanın işğal etdiyi torpqlarımız barədə də geniş çıxış edən millət vəkili tədbir iştirakçılarını Azərbaycanın ədalətli mövqeyini daha güclü dəstəkləməyə çağırıb. Millət vəkili Q.Paşayeva tədbir iştirakçılarının suallarını da cavablandırıb.  Konfransdan sonra millət vəkili Q. Paşayeva bir neçə macar tarixçisi ilə də görüşüb və geniş müzakirələr aparılıb.

 

Advertisements

14.08.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: