Millət vəkili Q.Paşayeva Macarıstan parlamentinin spikeri ilə görüşdə Azərbaycan həqiqətlərindən danışıb

Millət vəkili Q.Paşayeva Macarıstan parlamentinin spikeri ilə görüşdə Azərbaycan həqiqətlərindən danışıb

Macarıstandda Turan Qurultayında iştirak edən millət vəkili Qənirə Paşayeva qurultay çərçivəsində Macarıstan Parlamentinin spikeri Laslo Kover  ilə görüşüb. Görüş zamanı  Macarıstan parlamentinin spikeri Azərbaycanla Macarıstan arasında gözəl münasibətlər olduğu və qardaş dövlət və xalqlarımız arasında münasibətlərin daha da inkişaf edəcəyini inandığını dedi. Macarıstanın Azərbaycanla bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələrin və əməkdaşlığın inkişafına böyük önəm veridyini deyən Macarıstan parlamentinin spikeri Macarıstanda Turan Qurultayı kimi tədbirlərin keçirilməsinin xalqlarımız arasında dostluğun inkişafına töhfə verəcəyinə inandığını deyib. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin Macarıstanla əməkdaşlığın inkişafına verdiyi önəmdən danışan millət vəkili Q. Paşayeva bu istiqamətdə əldə olunana uğurlar barədə də danışıb və əməkdaşlığımızı daha da genişləndirmək üçün böyük potensial olduğunu vurğulayıb. O, bildirib ki Azərbaycanla Macaristan arasında bütün sahələrdə əməkdaşlıq daha da inkişaf edir və Azərbaycan rəhbərliyi iki dost ölkə arasinda əlaqələrin inkişafına xüsusi önəm verir. Azərbaycan-Macaristan Parlamentlərarası Əməkdaşlığın da yüksək səviyyədə inkişaf etdiyini vurğulayan millət vəkili Q.Paşayeva Azərbaycanla bağlı geniş məlumatlar verib. Q.Paşayeva Macarıstan parlamentinin spikeri və vitse-spikeri ilə görüş zamanı Dağlıq Qarabağ münaqişəsi barədə son vəziyyət barədə də məlumat verib.  Hər zaman Qarabağ məsələsində, Xocalı soyqırımı həqiqətlərinin yayılmasında göstərdiyi dəstəyə görə təşəkkürünü bildirən Q.Paşayeva Qarabağ problemində dost Macarıstanın Azərbaycana dəstəyinin daha da artıracağına inandığını bildirib. Azərbaycanın dost ölkə olduğunu və Azərbaycanla münasibətlərin bütün istiqamətlərdə daha da inkişafına böyük əhəmiyyət verdiklərini diqqətə çatdıran Macarıstan Parlamentinin spikeri Laslo Kover   iki dost ölkə arasında əməkdaşlığın daha da genişlənəcəyini bildiriblər. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri A.Bağırova, fəal qadınlar Məlahət Qəhrəmanova və Pərvanə Mustafayevanın iştirakıyla keçirilən görüşdə  millət vəkili Q.Paşayeva Macarıstan Parlamentinin spikeri Laslo Koverə Azərbaycanla bağlı materiallar və Azərbaycanın milli simvollarını özündə əks etdirən hədiyyələr təqdim edib.

 

 

 

Advertisements

14.08.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: