Macarıstanda Turan Qurultayında  möhtəşəm Azərbaycan sərgisi açılıb

Macarıstanda Turan Qurultayında  möhtəşəm Azərbaycan sərgisi açılıb

Macarıstanda keçirilən və minlərlə türk kökənli insanın və xarici qonağın iştirak etdiyi Turan Qurultayında millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, Arzu Bağırovanın rəhbərlik etdiyi Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin və fəal qadınlarımızdan Məlahət Qəhrəmanova və Pərvanə Mustafayevanın təşkilatçılığı, Macarıstandakı səfirliyimizin, Turan Macar Vəqfinin dəstəyilə Azərbaycan sərgisi açılıb. Sərgidə ölkəmizin daha geniş tanıdılması və təbliğinə dair materiallar, əşyalar sərgilənib. Turan Qurultayında Azərbaycan stendi ən çox ziyarət edilən stendlər arasında olub. Azərbaycan sərgisində tanınmış azərbaycanlı rəssam, Türkiyənin Səlcuq universitetinin professoru İlham Ənvəroğlu və rəssam xanımının  möhtəşəm sərgisi də olub və əsərləri nümayiş olunub. Millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Q.Paşayeva ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri A.Bağırova, ATXƏM sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü İlham İsmayıl, ATXƏM-in icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin , tanınmış sənətçilərimiz əməkdar artist Nuriyyə Hüseynova və Şəmistan Əlizamanlı, Türkiyənin Səlcuq universitetinin professoru İlham Ənvəroğlu  sərgini ziyarət edənlərə ölkəmizlə bağlı geniş məlumatlar veriblər, sualları cavablandırıblar. Millət vəkili , “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri  Q.Paşayeva sərgini ziyarət edən türk xalqlarının  tanınmış ictimai siyasi xadimləri, alimləri, aydınları, QHT və KİV rəhbərlərinə, Macarıstanın tanınmış şəxslərinə Azərbaycanla bağlı geniş məlumatlar verməklə yanaşı, onlara Azərbaycanı tanıdan materialları da hədiyyə edib və ölkəmizə dəvət edib. O bildirib ki, qardaş xalqların təmsilçiləri ilk növbədə başqa ölkələri deyil, məhz qardaş ölkələri ziyarət etməlidirlər. Bunun vacibliyini xüsusi vurğulayan millət vəkili Q.Paşayeva biz bir-birimizi daha yaxından tanımalı və sahiblənməliyik, birliyimiz gücümüzü daha da artırar və buna hamımızın ehtiyacı var deyib. Ermənistanın işğalçılıq siyasəti, işğal altındakı torpaqlarımızdakı tarixi-mədəni abidələrimizlə də bağlı geniş məlumatlar verən Q.Paşayeva və digər təşkilatçılar sərgini ziyarət edənlərə Azərbaycanla bağlı materialları da hədiyyə edib. Professor azərbaycanlı rəssam İlham Ənvəroğlunun Türk dünyasını əks etdirən sərgisi də böyük maraqla qarşılanıb. Millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu”İB-nin sədri  Q.Paşayeva Qurultayda iştirak edən Türk dövlətlərinə və xalqlarına aid KİV sərgi, Azərbaycanla suallarını da geniş cavablandırıb və müsahibələr verib.

Advertisements

14.08.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: