Qədim Kapadokyada Cumhuriyyətimizin və Türk Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 100-cü ildönümü ilə bağlı tədbir və gecə keçirilib

Qədim Kapadokyada Cumhuriyyətimizin və Türk Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 100-cü ildönümü ilə bağlı tədbir və gecə keçirilib.

Qədim Kapadokyada Azərbaycan Cumhuriyyətinin 100-cü ildönümü, Nuri Paşanın rəhbərliyi ilə Türk Qafqaz İslam Ordusunun Azərbaycana dəstəyə gəlməsinin 100-cü ildönümü ilə bağlı millət vəkili Q.Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Uçhisar bələdiyyəsinin təşkilatçılığı ilə  tədbir və gecə keçirilib. Tədbirin açılışında çıxış edən millət vəkili Q.Paşayeva bütün müsəlman şərqində qurulan ilk cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyəti, qurucuları ilə bağlı geniş məlumatlar verib Q.Paşayeva bildirib ki, həmin zamanlarda erməni daşnakları, rus bolşeviklərin dəstəyi ilə Azərbaycanda dəhşətli soyqırım həyata keçirib və cumhuriyyət qurucularının xahişi ilə böyük qəhrəman Nuri Paşanın rəhbərliyi ilə Türk Qafqaz İslam Ordusu Azərbaycana dəstəyə gəlib. O ordunun içərisində Nevşehirdən də dədələrimiz var və bu gün Bakıda Türk şəhidliyində yatırlar deyən millət vəkili Q.Paşayeva onların xatirəsinə qədim Kapadokyada,  Nevşehirdə abidə qoyulmasının vəfa borcu olmaqla yanaşı bugünki və gələcək nəsillər üçün böyük önəm daşıyacağını xüsusi vurğulayıb və bu təkliflə çıxış edərək, qısa zamanda reallaşacağına inandığını deyib. Çanaqqalada 3000 mindən çox Azərbaycan türkünün şəhid olduğunu deyən millət vəkili Q.Paşayeva həmin zaman dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq deyən millət vəkili Q.Paşayeva bu gün Türkiyədən olan dəyərli qardaşlarımızla birlikdə burada  bu önəmli tədbiri birlikdə qeyd etməmiz çox önəmlidir, eyni zamanda dosta da, düşmana da bir məsajdır deyərək torpaqlarımızın işğaldan azad olunacağı günün də uzaq olmadığını vurğulayıb: “Arzu edirəm ki, gələn tədbirlərimizi Ali Baş Komandan, prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək”. Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib: “Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq.” Tədbirdə çıxış edən Uçhisar bələdiyyə başqanı Ali Karaarslan Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir deyərək geniş çıxış edib və bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacağıq deyib. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB tərəfindən Uçhisar bələdiyyə başqanı Ali KaraaslanaAzərbaycan-Türkiyə qardaşlığının inkişafında göstərdiyi səylərə görə mükafat təqdim olunub. Uçhisar bələdiyyə başqanı tərəfindən də  Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB sədri millət vəkili Q.Paşayevaya Türk dünyasının birliyi istiqamətindəki fəaliyyətlərindən dolayı plaket təqdim olunub. Tədbir Azərbaycanlı sənətçilər Leyla Camal, İlham Əsgəroğlu və şairə Çığatel tərəfindən ifa olunan milli duyğu və ruhlu əsərlər və şeirlərlə davam edib və “Çırpınırdı Qara dəniz baxıb Türkün bayrağına” əsəri ilə sona çatan gecə sakinlər tərəfindən alqışlarla qaşılanıb. Uçhisarbələdiyyə başqanı və tədbirdə iştirak edən bir sıra bölgələrin bələdiyyə başqanları tərəfindən Azərbaycan heyətinə Kapadokya ilə bağlı materiallar təqdim olunub. Tədbirdən sonra millət vəkili Q.Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri  Arzu Bağırova yerli sakinlər, QHT və KİV rəhbərləri ilə görüşüb.

 

Advertisements

10.08.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: