“Nazilidən Tovuza könül körpüsü” adlı tədbir və gecədə Türk dünyasına çağırış edilib

“Nazilidən Tovuza könül körpüsü” adlı tədbir və gecədə Türk dünyasına çağırış edilib.

Qardaş Türkiyənin Nazili vilayətindən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayevanın dəvətilə Nazili bələdiyyə başqanının müavinləri, Naizli bələdiyyə məclisinin üzvləri, tanınmış aydınlar və folklor qrupunun üzvlərindən ibarət 32 nəfərlik nümayəndə heyətinin iştirakı ilə “Nazilidən Tovuza könül körpüsü” adlı möhtəşəm qardaşlıq gecəsi keçirilib. Millət vəkili Q.Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB- nin və Tovuz rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən gecənin açılışıda ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” düşüncəsini qeyd edən və cənab Prezident İlham Əliyevin qardaş Türkiyə ilə əməkdaşlığa hər zaman böyük önəm verdiyini deyən Tovuz rayon icra başçısı M.Məmmədov iki qardaş ölkə arasında bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Gecədə çıxış edən millət vəkili Q.Paşayeva Nazili bələdiyyəsinə onun təklifini müsbət qarşılayaraq bu ilin fevralında Nazilidə Qarabağ parkının və Xocalı Soyqırımı abidəsinin açılışına, göstərdiyi duyarlılığına görə bir daha təşəkkürünü bildirib və bu addımın bütün Türk dünyası bölgələri üçün gözəl bir örnək olduğunu deyib. Millət vəkili Q.Paşayeva çıxışında bu gün Türkiyədən olan dəyərli qardaş-bacılarımızla birlikdə burada bu önəmli tədbiri birlikdə qeyd etməmiz çox önəmlidir, eyni zamanda dosta da, düşmana da bir məsajdır deyərək torpaqlarımızın işğaldan azad olunacağı günün də uzaq olmadığını vurğulayıb: “Arzu edirəm ki, gələn tədbirlərimizi Ali Baş Komandan, prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək”. Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib: “Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq.” Tədbirdə çıxış edən Nazili bələdiyyə sədrinin müavini Mustafa Akkaya Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir deyib və bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacağıq deyib. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən Nazilidən gəlmiş nümayəndə heyətinin üzvlərinə Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı hədiyyələr təqdim edib. Nazili nümayəndə heyətinin üzvləri isə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB sədri millət vəkili Q.Paşayevaya və rayon icra hakimiyyəti başçısına Nazili bölgəsini tanıdan hədiyyələr təqdim ediblər. Gecə Azərbaycanın tanınmış sənətçilərinin və Türkiyədən gəlmiş folklor qrupunun ifası ilə davam edib və böyük alqışlarla qarşılanıb.

Advertisements

08.08.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: