Rumıniyanın Azərbaycandakı səfiri Qovlar şəhərini ziyarət edib və Gənclər Evində gənclərlə görüşüb

Rumıniyanın Azərbaycandakı səfiri Qovlar şəhərini ziyarət edib və Gənclər Evində gənclərlə görüşüb

Millət vəkili, Azərbaycan-Rumıniya parlamentlərarası dostluq qrupunun üzvü Q.Paşayevanın dəvətilə Qovlar şəhərində səfərdə olan Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku ilə Gənclər Evində görüş keçirilib. Qovlar şəhər icra nümayəndəsi, təşkilat rəhbərləri, QHT və KİV nümayəndələri, gənc fəalların iştirakı ilə keçirilən görüşdə Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku da çıxış edib. Səfiri Qovlar şəhərində Gənclər Evində görməkdən böyük mutluluq duyduqlarını deyən mərkəzin rəhbəri Rauf Rüstəmov bu görüşün gənclər üçün önəmini vurğulayıb və Gənclər Evi ilə bağlı məlumat verərək Rumıniya gəncləri, gənclər təşkilatları ilə əməkdaşlığın genişlənməsində çox maraqlı olduqlarını və əlaqələrin genişlənməsində səfirin də dəstək olacağına inandıqlarını deyib. Görüşdə çıxış edən millət vəkili, Azərbaycan – Rumıniya parlamentlərarası dostluq qrupunun üzvü Q.Paşayeva Azərbaycan – Rumıniya münasibətləri tarixi və bu günü ilə bağlı geniş məlumat verib. Dövlət başçımız İlham Əliyevin dost Rumıniya ilə əməkdaşlığın inkişafına verdiyi böyük diqqəti xüsusi vurğulayan , iki dost ölkə arasında bütün istiqamətlərdə münasibətlərin getdikcə daha da inkişaf etdiyini deyən millət vəkili Q.Paşayeva bölgələrimiz arasında da, Tovuz rayonu ilə Rumıniya bölgələri arasında əməkdaşlığın inkişafı istiqamətində də işlərin sürətlənəcəyinə inandığını və cənab səfirin rayona səfərinin bu məsələdə xüsusi rol oynayacağına inandığını deyib. Qovlar şəhəri ilə bağlı geniş məlumatlar verən millət vəkili Q.Paşayeva Tovuzla Rumıniya bölgələri arasında iqtisadi əməkdaşlığı genişləndirməklə yanaşı ədəbi-mədəni, turizm əməkdaşlığı üçün də geniş imkanlar olduğunu deyib. Millət vəkili Q.Paşayeva Tovuz , Qovlar gəncləri, gənclər təşkilatlarının fəaliyyəti və əldə etdikləri uğurlar barədə danışıb və bildirib ki, çox yaxşı olardı kı, Tovuzun, Qovların gəncləri, gənclər təşkilatları ilə Rumıniyanın gəncləri, gənclər təşkilatları ilə arasında əlaqələr, əməkdaşlıq qurulsun və  bu əlaqələrin qurulmasında səfirin də dəstək olacağına inandığını deyib. Gənclər, gənclər təşkilatları arasında əməkdaşlığın qurulması iki ölkə arasında əlaqələrin inkişafına müsbət təsir göstərəcək deyən millət vəkili bu istiqamətdə işlərin daha da genişlənəcəyinə ümidvar olduğunu deyib. Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku Rumıniya-Azərbaycan münasibətləri ilə bağlı geniş çıxış edib. Rumıniyanın Azərbaycan müstəqilliyini təkrar bərpa etdiyi illərdə ölkəmizin müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu vurğulayan səfir ölkəsinin Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu deyib. Qovlar şəhərinə səfərindən böyük məmnuniyyət duyduğunu vurğulayan Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku Tovuzla Rumıniya bölgələri arasında əməkdaşlığın genişlənməsi üçün birlikdə çalışacağıq və inanıram ki, yaxşı nəticələr olacaq deyib. Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku gəncləri maraqlandıran sualları da cavablandırıb. Görüşün sonunda səfir Qovlar şəhər Gənclər Evi, onun işi ilə yaxından tanış olub və ona gənclərin əl işi olan xatirə hədiyyəsi təqdim edilib.

Advertisements

07.08.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: