Qardaş Türkiyənin Şanlıurfa və Battalqazi bölgələri  Abşeron rayonu ilə qardaşlaşacaq

Qardaş Türkiyənin Şanlıurfa və Battalqazi bölgələri  Abşeron rayonu ilə qardaşlaşacaq

Millət vəkili dos.dr.Qənirə Paşayevanın başçılıq etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəvəti ilə ölkəmizə səfər edən qardaş Türkiyə Cümhuriyyətinin Şanlıurfa Böyükşəhər bələdiyyəsinin başqanı Nihat Çiftçi, Malatyanın Battalqazi bələdiyyəsinin başqanı Səlahəddin Gürkan, GAP Media mənsubları Cəmiyyətinin başqanı Hamit Özpolat və “Duru TV”-nin baş müdiri Mehmet Canbekdən ibarət heyət Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova ilə görüşüblər. Görüşdə Abşeron rayon icra başçısı İ.Gülməmmədova Abşeronun tarixi, bugünki vəziyyəti, iqtisadi potensialı və imkanları barədə geniş məlumat verib və deyib ki, Abşeron rayonu  Bursanın Yıldırım bələdiyyəsi ilə qardaşlaşıb və orada Abşeron rayon icra hakimiyyəti tərəfindən ümummili lider Heydər Əliyev adına park və abidənın açılışı həyata keçirilib və qardaş Türkiyə ilə hər istiqamətdə əməkdaşlığa böyük önəm verirlər.

Şanlıurfa Böyükşəhər bələdiyyəsinin başqanı Nihat Çiftçi və Malatyanın Battalqazi bələdiyyəsinin başqanı Səlahəddin Gürkan təmsil etdikləri bölgələri haqqında geniş məlumat veriblər və millət vəkili Q.Paşayevanın bu bölgələrə səfərləri zamanı hər zaman bu bölgələrin Azərbaycanın bölgələri ilə qardaşlaşması təklifi ilə çıxış etdiyini deyiblər və Azərbaycanın bölgələri, o cümlədən Abşeronla qardaşlaşmanın çox gözəl bir  addım olacağını qeyd ediblər. Türkiyəyə qayıtdıqdan sonra təmsil etdikləri bölgələrin Abşeron ilə qardaşlaşması məsələsi üzərində işləyəcəklərini və yaxın zamanlarda qardaş bələdiyyələrin yaradılacağına ümidvar olduqlarını bildiriblər. Ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” düşüncəsini qeyd edən və cənab Prezident İlham Əliyevin qardaş Türkiyə ilə əməkdaşlığa hər zaman böyük önəm verdiyini deyən Abşeron rayon icra başçısı İ.Gülməmmədova da qardaş Türkiyənin bölgələri ilə qardaşlaşmaqdan böyük məmnuniyyət duyacağını qeyd edib. Görüşün sonunda türkiyəli qonaqlar  bölgələrini tanıdan hədiyyələri Abşeron rayon icra başçısında təqdim ediblər. Görüşdə iştirak edən GAP Media mənsubları Cəmiyyətinin başqanı Hamit Özpolat və “Duru TV”-nin baş müdiri Mehmet Canbek Azərbaycanın, o cümlədən Abşeronun Türkiyədə daha yaxından tanıdılması, bura Türkiyədən çoxlu çayda turistlərin cəlb edilməsi istiqamətində media qurumlarınının öz səylərini artırmalarının vacibliyini qeyd ediblər və media qurumlarının təmsilçiləri olaraq üzərlərinə düşən vəzifəni yerinə yetirməyə çalışacaqlarını deyiblər. Daha sonra türkiyəli qonaqlar Abşeron rayonu ilə yaxından tanış olublar.

Advertisements

04.08.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: