Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Antalya Böyük Şəhər bələdiyyəsinin başqanı Menderes Türellə görüşüb

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Antalya Böyük Şəhər bələdiyyəsinin başqanı Menderes Türellə görüşüb və turistlərin çox olduğu bu böyük bölgədə Azərbaycanla bağlı, Qarabağ həqiqətləri ilə bağlı tədbirlərin,layihələrin artması barədə müzakirələr aparıb.

Görüşdə Antalya Gazeteçiler Cemiyyeti başqanı,Antalya Türk Ocaqlarının rəhbər və fəalları da iştirak ediblər. Gorüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Antalya bələdiyyəsinin Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirib. Menderes Türelin hər zaman Azərbaycana sevgi ilə yanaşdığını xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva Antalya Büyükşehir bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Antalyada Azərbaycanla bağlı küçə, abidələrin daha da artacağına, Azərbaycanla bərabər Türkiyə üçün də böyük xidmətlər göstərmiş böyük ziyalıların xatirəsinə abidə və lövhələrin qoyulacağıba inandığını deyib və Antalya bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Azərbaycanı sevdiyini deyən Antalya Büyükşehir bələdiyyəsinin sədri Menderes Türel Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Antalya bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Millət vəkili Qənirə Paşayeva qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması, Qarabağ həqiqətlərinin, Xocalı Soyqırımı gerçəklərinin dünyaya daha geniş şəkildə tanıdılmasında gənclərimizin üzərinə böyük bir missiya düşdüyünü deyərək Antalya Gazeteçiler Cemiyyeti və Antalya Türk Ocaqlarının dəvəti ilə Antalyaya gəldiyini və tədbirlərdə çıxış edəcəyini deyib:”Antalyada 5 mindən çox Azərbaycanlı yaşayır. Eyni zamanda burada Akdeniz Universitetində çoxlu sayda gəncimiz təhsil alır. Biz inanırıq ki, siz onların ortaya çıxan məsələ və problemlərinin həllində bu günə qədər olduğu kimi bundan sonra da hər zaman diqqət və qayğı ilə yanaşacaqsınız və bunun üçün sizə təşəkkürümüzü bildiririk”. Millət vəkili Antalya Büyükşehir bələdiyyəsinin sədri Menderes Türel və xanımını Azərbaycanda görməkdən məmnun olacaqlarını bildirərək onları ölkəmizə dəvət edib.Dəvəti məmnuniyyətlə qəbul edən Antalya Büyükşehir bələdiyyəsinin sədri Menderes Türel Azərbaycana məmnuniyyətlə səfər etmək istədiyini deyib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Antalya Böyük şəhər bələdiyyə başqanına Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən materiallar hədiyyə edib. O da millət vəkilinə Antalyanın tarixi, mədəniyyəti ilə bağlı kitablar, materialları və özünün müəllifi olduğu kitabları hədiyyə edib.

Advertisements

01.08.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: