Masallıda Kitab Günü keçirilib

Masallıda Kitab Günü keçirilib.

Millət vəkili Q.Paşayeva Masallıda Kitab Günündə çıxış edib və gənclərə çağırış edib.
Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin təşkilatçılğı, Masallı rayon icra hakimiyyəti və təhsil şöbəsinin dəstəyi ilə Masallının Bədalan kəndində uşaqlar, gənclər üçün “İnkişafın yolu kitabdan keçir” adlı tədbir, “Kitab Günü” keçirilib. Məktəblilərin hər birinə Azərbaycan tarixi, ədəbiyyatına dair, Qarabağla bağlı, dünya ədəbiyyatı ilə bağlı kitablar hədiyyə edən təşkilatın rəhbəri Arzu Bağırova onları daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova onları özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib. Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir. Özəlliklə qızlarımızın təhsilinə xüsusi diqqət göstərməliyik. Unutmamalıyıq ki savadlı cəmiyyət savadlı anadan keçir!”, – Arzu Bağırova deyib. O, bildirib ki bu cür tədbirlər davamlı olacaq və çox sayda kəndləri əhatə edəcək. Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva bu cür layihələrin böyük əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar. O qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual, vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşünün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir. Q.Paşayeva hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməyə çağırıb. O, uşaqların yay tətilinə buraxılmasına toxunaraq onları bu zamandan faydalı istifadə etməyə, daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. Uşaqları xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili Qənirə Paşayeva onları zamanlarını mənasız işlərə və ya verilişlərə, teleseriallara, şou proqramlarına ayırmamağa çağırıb. Millət vəkili Qənirə Paşayeva gənclər arasında zərərli vərdişlərə – narkomaniyaya, siqaretə, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir deyib və gəncləri bu zərərli vərdişlərdən tamam uzaq durmağa çağırıb və bu barədə geniş söhbət ediblər. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova və millət vəkili Qənirə Paşayeva müəllim və şagirdləri, kənd sakinlərini maraqlandıran sualları da cavablandırıb. Rayon icra hakimiyyəti başçısının müavini, rayon təhsil şöbəsinin rəhbəri, Bədəlan kənd orta məktəbi direktoru, müəllim və kənd ziyalıları bu cür görüş və tədbirlərin əhəmiyyətinə toxunaraq kitabla bağlı belə görüşlərə böyük ehtiyac olduğunu, uşaqlarla müzakirələrə və onların hər birinə kitab hədiyyələrinə görə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırovaya və millət vəkili Qənirə Paşayevaya təşəkkürünü bildiriblər. Qənirə Paşayeva hər bir uşaqla ayrıca söhbət edib, onlara müəllifi olduğu “Səni Allaha Eşq götürür” kitabını imzalı hədiyyə edib və kitablara, oxumağa, mütailəyə meyilli gəncləri görməkdən, onlarla söhbətdən hər zaman böyük zövq aldığını deyib. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova kəndin məktəbinə də kitab hədiyyələri təqdim edib.

Advertisements

01.08.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: