Ağdamın işğalının 25-ci ildönümündə Antalyada işğalçı Ermənistanın Ağdamda dağıtdığı tarixi-mədəni abidələrimizin foto sərgisi olub və beynəlxalq ictimayyətə çağırış edilib

Ağdamın işğalının 25-ci ildönümündə Antalyada işğalçı Ermənistanın Ağdamda dağıtdığı tarixi-mədəni abidələrimizin foto sərgisi olub və beynəlxalq ictimayyətə çağırış edilib.

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Antalya Gazeteçiler Cemiyyeti Türkiyenin ən böyük turizm bölgəsi olan Antaliyada Ağdam rayonunun işğalçı Ermənistan tərəfindən işğal olunmasının 25-ci ildönümündə rəsmi İrəvanın bu qədim bölgəmizdə tarixi-mədəni abidələrə qarşı törətdiyi vandalizm aktlarını özündə əks etdirən foto sərgi açıb. Antalya Gazeteçiler Cemiyyetində mətbuat və medai təmsilçilərinin, Türk xalqlarının təşkilat və təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə beynəlxalq ictimaiyyətə çağırış da səsləndirilib. Antalya Gazeteçiler Cemiyyeti başqanı Mevlüt Yeni bildirib ki Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir və Azərbaycanın kədəri Türkiyənin də kədəridir: ”Qədim Ağdam bölgəsinin hələ də Ermənistanın işğalı altında olması və işğalçıların orada tarixi-mədəni abidələrimizə qarşı həyata keçirdikləri vandalizm aktları Azərbaycan qədər Türkiyəni də narahat edir və qəzəbləndirir. Bu həqiqətlərin dünyaya daha geniş duyurulması üçün Türkiyə KİV-ləri fəallıqlarını daha da artırmalıdırlar. Antalya Gazeteçiler Cemiyyeti hər zaman Azərbaycanla bağlı məsələlərə, Qarabağ probleminə çox həssas yanaşıb və bundan sonra da yanaşacaq. Ağdamın işğalı günündə bu sərgi və tədbirlə bütün dünyaya səslənirik. Bu işğala biganə qalmayın. Ermənistanın törətdiyi vandalizm aktlarına qarşı etiraz səsinizi yüksəldin”. Sərginin açılışında və tədbirdə çıxış edən millət vəkili Q.Paşayeva məlumat verib ki, Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ildə Ağdam rayonunun 77 faizi işğal edilərək talan olunmuş və dağıdılmışdır. Rayonun əhalisinin çoxu məcburi köçkün kimi respublikanın 62 rayon və şəhərində məskunlaşmışdır. Təcavüzkar Ermənistan dövləti BMT Təhlükəsizlik Şurasının münaqişənin sülh yolu ilə həlli, ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı 4 qətnaməsinə, həmçinin digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qərarlarına məhəl qoymur. Qeyd olunmuşdur ki, Azərbaycan dövləti öz imkanları hesabına qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər görmüşdür. Təkcə Ağdamda məcburi köçkünlər üçün 17 qəsəbə salınmışdır. Məcburi köçkünlər üçün nə qədər yaxşı şərait yaradılsa da, onların ən böyük arzuları doğma yurd-yuvalarına qayıtmaqdır. Tədbirdə jurnalistlərə Ağdamın işğaldan əvvəlki və sonrakı görüntüləri əks olunmuş “Qafqaz Xirosiması” filmi barədə danışılmış , işğalçı Ermənistanın dağıtdığı tarixi-mədəni abidələrlə bağlı geniş məlumatlar verilmişdir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyətlə bağlı danışan millət vəkili Qənirə Paşayeva deyib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri olan ABŞ, Rusiya və Fransa münaqişənin həll edilməsi üçün təəssüf ki, heç bir addım atmırlar. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması missiyasını daşıyan ATƏT MQ həmsədrlərinin Ermənistana işğala son qoyması üçün heç bir təzyiq göstərməməsi Ermənistanın bölgədə daha da həddini aşmasına və vəziyyəti daha da gərginləşdirən təxribatları davam etdirməsinə səbəb olur. Millət vəkili Ermənistanın neçə aylardır girov saxladığı azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevdən də danışıb. Azərbaycan həqiqətlərinin həm Türkiyədə insanlara, həm də bütün dünyaya yayılmasında Türkiyə KİV-lərinin də üzərinə böyük missiya düşdüyünü deyən Qənirə Paşayeva Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında KİV-lərin televiziyaların, agentliklərin, qəzetlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyib və KİV-ləri bu istiqamətdə həssaslığı daha da artırmağa çağırıb. Millət vəkili Q.Paşayeva Türkiyə KİV-ləri vasitəsi ilə beynəlxalq ictimaiyyətə də cağırış edib və işğalçı,vandalizm aktları həyata keçirən Ermənistanın törətdiyi cinayətlərə etiraz səsinizi yüksəldin deyib. Millət vəkili Q.Paşayeva mətbuat və media təmsilçilərini maraqlndıran sulları da cavablandrıb və televiziyalara geniş müsahibələr verib. Tədbirin sonunda Antalya gazeteçiler Cemiyyeti adından millət vəkili Q.Paşayevaya plaket təqdim olunub. Antalya Gazeteçiler Cemiyyeti başqanı Mevlüd Yeniyə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB adından Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında roluna, Qarabağ həqiqətlərinin yayılmasında dəstəyinə görə mükafat təqdim edilib. Millət vəkili Q.Paşayeva Antalya gazeteçilər Cəmiyyətinin üzvləri ilə də geniş fikir mübadiləsi aparıb.

Advertisements

01.08.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: