Millət vəkili Q.Paşayeva Gədəbəydə şəhid ailələri və yerli sakinlər ilə görüşüb

Millət vəkili Q.Paşayeva Gədəbəydə şəhid ailələri və yerli sakinlər ilə görüşüb

Millət vəkili Q.Paşayeva Gədəbəyin mərkəzində və Samanlıq kəndində şəhid ailələri ilə görüşüb və şəhidlərimizi heç zaman unutmayacağımızı, onları hər zaman sevgiylə anacağımızı,  şəhid ailələrinə daha çox diqqət və qayğının göstərilməsi hər bir azərbaycanlının vəzifəsidir deyib. Şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır deyən millət vəkili Q.Paşayeva hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz deyib. Dövlətimizin hər zaman şəhid ailələrinə dəstək və qayğısından danışan millət vəkili  biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər. Q. Paşayeva “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”- deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. “Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi”, – deyən millət vəkili Q.Paşayeva “hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz”, – deyib.  Şəhid ailələri ilə geniş söhbətlər, fikir mübadiləsi olub, millət vəkili Q.Paşayeva  hər bir şəhid ailəsini ayrılıqda da dinləyib və hər zaman yanınızdayıq deyib. Millət vəkili Q.Paşayeva həmçinin Gədəbəyin ilk Milli Qəhrəmanı, polis baş leytenantı İlham Əliyevin anası ilə də görüşüb, söhbət edib, qayğıları ilə maraqlanıb, hər zaman yanınızdayıq deyib. Millət vəkili Q.Paşayeva Gədəbəyin mərkəzində və Samanlıq kəndində yerli sakinlərlə də görüşüb, geniş fikir mübadiləsi aparıb. Gədəbəyin mərkəzində və Samanlıq kəndində müəllimlər, ziyalılar, yerli sakinlərlə görüşlər çərçivəsində millət vəkili Q.Paşayeva  onlara müəllifi olduğu kitabları imzası ilə hədiyyə edib.

 

Advertisements

13.07.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

%d bloqqer bunu bəyənir: