Millət vəkili Q.Paşayeva Gədəbəydə müəllimlər ilə görüşüb və önəmli məsələlər ilə bağlı çağırış edib

Millət vəkili Q.Paşayeva Gədəbəydə müəllimlər ilə görüşüb və önəmli məsələlər ilə bağlı çağırış edib

Millət vəkili Qənirə Paşayeva “Sağlamlığın Qorunması” İB-nin rəhbəri Yazgül Abdiyevanın təşkilatçılığı ilə Gədəbəy rayonun Samanlıq kəndində keçirilən tədbirdə iştirak edib. Millət vəkili Q.Paşayeva kənd sakinlərinin sağlamlıqla bağlı bilgilərinin genişlənməsinə dəstək olmaq, həm də onları narahat edən bəzi problemlərin aradan qaldırlmasına kömək etmək məqsədi daşıyan bu tədbirdə çıxış edərək bildirib ki, uşaqlar arasında skalioz və kifozların sürətlə artması hamını ciddi narahat edir və zamanında bu hal aşkarlanıb tədbirlər görülməzsə, bundan əziyyət çəkən hər bir uşağın gələcəyi çox ağır xəstəliklərlə keçəcək. Bu, millətimizin sağlam gələcəyi üçün çox vacib məsələdir deyən millət vəkili Q.Paşayeva bütün həkimləri, müəllimləri, ailələri, ziyalıları bu məsələyə böyük diqqət ayırmağa çağırıb. Millət vəkili Q.Paşayeva bildirib ki, bir sıra inkişaf etmiş Avropa ölkələrində məhz profliaktik tədbirləri gücləndirməklə bu problemi tamamilə yox səviyyəsinə endirməyə nail olunub və bu məsələdə ailələrin, həkimlərin və müəllimlərin üzərinə böyük vəzifələr düşür. Gənclərin mütləq bir peşə sahibi olmasının önəmini xüsusi vurğulayan millət vəkili Q.Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər. Millət vəkili Qənirə Paşayeva gənclər arasında zərərli vərdişlərə narkomaniyaya, siqaretə, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir deyib. Ona görə ailələrlə bərabər bu məsələdə məktəblərimizin də üzərinə böyük məsuliyyət düşür, deyib. Məktəb təhsil verməklə bərabər vətəndaş da yetişdirir və müəllimlərimizdən xahiş edirik ki, gənclər arasında zərərli vərdişlərlə bağlı mütəmadi söhbətlər aparsınlar, gənclər arasında bu zərərli vərdişlərə tutulanları gördükdə zamanında gec olmadan onlara dəstək olmağa daha da çox çalışsınlar. Müəllimlər toplumun ziyalılarıdır və bu gün sizin bu məsələlərdə də böyük dəstəyinizə ehtiyac var. Eyni zamanda gənclərin onların üçün lazımsız, mənasız sadəcə zamanlarını əllərindən alan verlişlərdən uzaq durmaları və zamanlarını oxumağa, öyrənməyə, boş zamanlarını isə kitablar oxumağa ayırmalarının vacibliyi ilə bağlı müəlimlərimizin daim gənclərlə söhbətlərinə böyük ehtiyac var deyən millət vəkili Qənirə Paşayeva mən inanıram ki, bu məsələlərdə əziz müəllimlərin səyləri daha da artacaq deyib.

Advertisements

13.07.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: