Millət vəkili Q.Paşayeva müəllifi olduğu kitabları imzası ilə Gədəbəydə sakinlərə hədiyyə edib

Millət vəkili Q.Paşayeva müəllifi olduğu kitabları imzası ilə Gədəbəydə sakinlərə hədiyyə edib

Millət vəkili Qənirə Paşayeva “Sağlamlığın Qorunması” İB-nin rəhbəri Yazgül Abdiyevanın təşkilatçılığı ilə Gədəbəy rayonunda şəhid ailələrinə həsr olunan “Sağlam nəsil, sağlam gələcək” adlı konfrans çərçivəsində ziyalılar, müəllimlər, sakinlərlə görüşüb. Bu cür gözəl görüşün təşkili üçün tədbirin təşkilatçılarına təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva müəllifi olduğu kitablar barədə məlumat verib.  O qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual ,vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşümüzün formalaşmasında  mütaliə xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan da bu cür görüşlərin keçirilməsi cəmiyyətdə kitaba və mütaliəyə olan marağın artırılmasında mühüm rol oynayır. Sonra Qənirə Paşayeva tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, öz imzası ilə kitablarını oxuculara hədiyyə edib. Eyni zamanda millət vəkili Q.Paşayeva Gədəbəyin Samanlıq kəndində ziyalılar, müəllimlər,  sakinlərlə  də görüşüb, geniş fikir mübadiləsi aparılıb və onlara müəllifi olduğu kitabları imzası ilə hədiyyə edib.

 

Advertisements

12.07.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

%d bloqqer bunu bəyənir: