Millət vəkili Q.Paşayeva AŞPA-da TANAP və Bakı-Tiflis-Qars dəmiyrolu layihəsindən danışıb və Avropa təşkilatları rəhbərlərinə çağırış edib

Millət vəkili Q.Paşayeva AŞPA-da TANAP və Bakı-Tiflis-Qars dəmiyrolu layihəsindən danışıb və Avropa təşkilatları rəhbərlərinə çağırış edib.

“Bir neçə gün əvvəl Azərbaycan və Türkiyə qədər Avropanın enerji təhlükəsizliyi üçün də önəmli olan TANAP layihəsinin açılışı oldu. Azərbaycan və Türkiyənin liderliyi ilə bu önəmli layihənin reallaşması yaxın gələcəkdə Azərbaycan qazının Avropaya nəqli üçün mühüm bir addım idi. Enerji təhlükəsizliyi hər bir ölkəni, Avropa ölkələrini də ciddi maraqlandıran və narahat edən bir məsələdir. Azərbaycan Avropalı tərəfdaşları ilə birlikdə sadəcə özünün deyil Avropanın enerji təhlükəsizliyinə də böyük töhvə verə layihələri həyata keçiririr. Bundan bir müddət əvvəl isə Azərbaycanın liderliyi ilə Bakı-Tiflis-Qars dəmiryolu layihəsi kimi Avropanı Asiya ilə birləşdirən mühüm nəqliyyat layihəsi istifadəyə verildi. Amma çox təssüf ki bu böyük layihələri reallaşdıran Azərbaycanın torpaqlarının hələ də 20 faizi Ermənistanın işğalı altındadır. Ermənistanın 25 ildən artıqdır ki işğalı davam etdirməsi və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün evinə dönməsinə imkan verməməsi çox həssas bölgədə gərginliyi daha da artırır. AŞPA bu məsələləri Ermənistanın yeni rəhbərliyi qarşısında ciddi şəkildə qaldırmalı və AŞPA-nın qəbul etdiyi qərarları yerinə yetirməsini tələb etməlidir. Avropa üçün çox vacib bir bölgə olan Cənubi Qafqaz bölgəsində gərginliyin azalması, sabitlik və təhlükəsizliyin yaranması Ermənistanın işğal etdiyi torpaqları azad etməsindən keçir”.

Advertisements

27.06.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

%d bloqqer bunu bəyənir: