Millət vəkili Q.Paşayeva AŞPA-da çıxış edərək işğalçı Ermənistan təmsilçilərinin burada çıxış etmək haqqı yoxdur deyib

Millət vəkili Q.Paşayeva AŞPA-da çıxış edərək işğalçı Ermənistan təmsilçilərinin burada çıxış etmək haqqı yoxdur deyib.

Bu gün AŞPA-da çıxış edən millət vəkili Q.Paşayeva AŞ, AŞPA rəhbərlərinə çağırış edərək Ermənistanın yeni rəhbərliyindən bu ölkənin işğal etdiyi Azərbaycan torpaqlarını azad etmələrini tələb etməlisiniz deyib:”Ermənistanın əvvəlki rəhbərliyi, cinayətkar Sarkisyan rejiminin BMT Təhlükəsizlik Şurası, AŞPA qətnamələrinə məhəl qoymayaraq işğal etdikləri torpaqları azad etməkdən imtina etməsi Cənubi Qafqaz kimi Avropa üçün də önəmli bir bölgədə gərginliyi daha da artırırdı. Biz Assambleyamızı, Avropa Şurası və Parlament Assambleyasının rəhbərliyini çağırırq ki Ermənistanın yeni rəhbərliyi ilə görüşlərdə, müzakirələrdə bu məsələni xüsusi diqqətdə saxlasınılar və Ermənistanın yeni rəhbərliyindən Sarkisyan rejiminin cinayətlərini davam etdirməməsini və işğal edilən Azərbaycan torpaqlarının azad edilməsini tələb etsinlər. Biz Assambleyamızı, təşkilatın rəhbərliyini AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnamənin, Sərsəng su anbarı ilə bağlı qətnamənin, “Çıraqov və başqaları Ermənistana qarşı” adlı Avropa məhkəməsi qərarlarını yerinə yetirmələri üçün Ermənistanın yeni rəhbərliyinə çağırış etməyə çağırırıq. Assambleyamız Ermənistanın yeni rəhbərliyini bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evlərinə dönməsinə imkan verməyə çağırmalıdır və tələb etməlidir. Ermənistanın işğalçı və cinayətkar rejimi Sarkisyan rejimi Avropa Şurası Parlament Assambleyasının çağırışlara məhəl qoymaraq qanunsuz olaraq girov saxladıqları və işgəncə verdikləri azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etmirdilər. Assambleyamız Ermənistanın yeni rəhbərliyini bu qanunsuz əməlləri davam etdirməməyə və azərbaycanlı girovları azad etməyə çağırmalı və tələb etməlidir. Eyni zamanda AŞPA Ermənistanın yeni rəhbərliyini Suriyadan köçən ermənilərin Ermənistana deyil işğal edilən Azərbaycan torpaqlarına köçürülməsi kimi qeyri-qanuni, gərginliyi daha da artıran əməlləri davam etdirməməyə çağırmalı və tələb etməlidir. Biz Assambleyamızı qəbul etdiyi qərarlara hörmətlə yanaşmağa və onların həyata keçməsi üçün ciddi addımlar atmağa çağırırıq. Ermənistan təmsilçilərinin fikirlərinə gəlincə,İşğalçı bir ölkənin, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün insan haqlarını pozaraq onların öz evlərinə dönməsinə imkan verməyən Ermənistanın təmsilçilərinin burada bizə insan haqlarından danışması absurddur. Onlara söyləmək istəyirəm ki sizin bu mövzularda burada danışmaq üçün haqqınız yoxdur”.

Advertisements

27.06.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: