Millət vəkili Q.Paşayeva AŞPA-da Nazirlər Komitəsini Ermənistanın törətdiyi vandalism aktlarına seyriçi qalmamağa çağırıb

Millət vəkili Q.Paşayeva AŞPA-da Nazirlər Komitəsini Ermənistanın törətdiyi vandalism aktlarına seyriçi qalmamağa çağırıb.

Bu gün Avropa Şurası Nazirlər Komitəsinin sədri, Xorvatiyanın xarici işlər naziri Marija Pejcinovic Buricin AŞPA-da çıxış edib və millət vəkillərinin suallarını cavabandırıb. Azərbaycan nümayəndə heyətinin üzvü millət vəkili Q.Paşayeva işğalçı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalism aktlarından danışaraq Nazirlər Komitəsini buna son qoyması üçün Ermənistana təzyiqə çağırıb və sədrə sualla müracət edib:” Ermənistan işğal etdiyi Azərbaycan torpqlarında azərbaycanlılara məxsus qədim tarixi-mədəni abidələri dağıdır. Bu abidələr Azərbaycanla bərabər dünya mədəniyyətinin də bir parçasıdır. Mənim əlimdə dağıdılmış bütün abidələrin əvvəlki və hazırki fotoları və materiallar var və sizə təqdim edə bilərəm. Ermənistanın yeni rəhbərliyinin Sarkisyan rejiminin törətdiyi bu cür dəhşətli cinayətləri davam etdirməməsi üçün, buna son qoyulması üçün Nazirlər Komitəsi olaraq nə edə bilərsiniz? Nazirlər Komitəsi Ermənistanın bu halları durdurması üçün hansı addımları ata bilər? Abidələrin məhv edilməsinin qarşısını almaq üçün dəstəyinizə böyük ehtiyac var. Bu istiqamətdə Nazirlər Komitəsindən hansı addımları gözləmək olar?”
Nazirlər Komitəsinin sədri Ermənistan -Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin Nazirlər Komitəsinin səlahiyyətində olmadığını, ATƏT-in Minsk qrupunun səlahiyyəti olduğunu bildirib.
Bununla belə Avropa Şurası tərəflərə dəfələrlə çağırışlar edib. Onları dialoqa səsləyib, münaqişənin sülh yolu ilə həllinə, dağıdıcı aktları dayandırmağa çağırdığını qeyd edib.
Millət vəkili Q.Paşayeva AŞPA Nazirlər Komitəsi sədri Marija Pejcinovic Buricinin Assambleyada çıxışndan və suallara cavabından sonra onunla görüşüb. İşğalçı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında Azərbaycanlılara məxsus tarixi-mədəni abidələri dağıtması ilə bağlı məlumatlar verən millət vəkili Q. Paşayeva bütün materialları, fotoları geniş məlumatlarla təqdim etməyə hazlr olduqlarını və Ermənistanın bu vandalism aktlarını durdurması üçün Nazirlər Komitəsinin də addımlar atmasının vacibliyini sədrin diqqətinə çatdırıb və buna böyük ehtiyac olduğunu xüsusi vurğulayıb. İşğalçı Ermənistanın dağıtdığı qədim tarixi-mədəni Azərbaycan abidələri eyni zamanda dünya mədəniyyətinin də bir parçası olduğunu vurğulayan millət vəkili Q. Paşayeva Nazirlər Komitəsini Ermənistanın cinayətlərinə laqeyid qalmamağa çağırıb.

Advertisements

25.06.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: