Millət vəkili Q.Paşayeva Tovuzda Milli Qurtuluş Günü və Ramazan bayramı tədbirində gənclərə çağırış edib

Millət vəkili Q.Paşayeva Tovuzda Milli Qurtuluş Günü və Ramazan bayramı tədbirində gənclərə çağırış edib.

Tovuzda Milli Qurtuluş Günü və Ramazan bayramı münasibəti ilə böyük tədbir və konsert proqramı keçirilib. Bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov,  Milli Məclisin deputatı Qənirə Paşayeva, çox sayda rayon ziyalıları, sakinləri iştirak etmişlər. Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil və gül-çiçək dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov bildirib ki, 15 iyun xalqımızın tarixinə qızıl hərflərlə yazılmışdır. Taleyin hökmü ilə sınaqlara çəkilən, parçalanmaq həddinə çatan dünya azərbaycanlılarının ümid yeri – Vətənimiz Azərbaycan 1993-cü ilin əvvəllərində ağır vəziyyətlə  üzləşmişdir. Lakin bu çətin məqamda Heydər Əliyev xalqın səsinə səs verərək 1993-cü il iyunun 9-da xilaskarlıq missiyası ilə Bakıya qayıtmış və iyunun 15-də Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilərək bir daha öz xalqına ləyaqətlə xidmətə başlamışdır və ölkəmizi inkişaf etdirmişdir. Bu gün isə ümummilli lider Heydər Əliyevin siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətimiz böyük uğurlar qazanır. Millət vəkili Q.Paşayeva Milli Qurtuluş günü, onun tariximizdəki yeri, ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün böyük xidmətlərindən danışaraq gəncləri ondan örnək almağa, yaxşı oxumağa, hansı işdə çalışmalarından asılı olmayaraq öz işlərində peşəkar olmağa, Vətənin, Millətin maraqlarını öz şəxsi maraqlarından və hər şeydən üstün tutmağa, tariximizi, mədəniyyətimizi dərindən öyrənməyə çağırıb. Bizim hamımız üçün Azərbaycandan dəyərli heç nə ola bilməz, hamımız ölkəmizin daha da inkişafı üçün daha da çox çalışmalıyıq deyən millət vəkili Q.Paşayeva tovuzluları müqəddəs Ramazan bayramı münasibəti ilə də təbrik edib.   Ramazan ayı demək, paylaşmaq, bölüşmək, yaxşılıq etmək yaxşı əməllərə səslənmək deməkdir deyən millət vəkili Qənirə Paşayeva hər bir insana Ramazan ayının əxlaqı, hikməti ilə bütün il ərzində yaşamağı arzu edib. Q.Paşayeva deyib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır: “Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bu gözəl bayramlarımızı o gözəl torpaqlarımızda da keçirəcəyik”. Tədbir Bakıdan gəlmiş tanınmış sənətçilıərin, yerli musiqi quruplarının və istedadlı balacaların ifasında maraaqlı konsert proqramı ilə davam edib. Tədbirdən sonra rayon icra hakimiyyəti başçısı və millət vəkili Q.Paşayeva sakinlərlə geniş söhbətlər edib,qayğıları ilə maraqlanıblar.

Advertisements

20.06.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: