Millət vəkili Q.Paşayeva Ramazan bayramında Tovuzda sakinlərlə görüşüb, qayğılarını dinləyib

Millət vəkili Q.Paşayeva Ramazan bayramında Tovuzda sakinlərlə görüşüb, qayğılarını dinləyib.

Millət vəkili Q. Paşayeva Tovuzda kəndləri ziyarət edib,  sakinlərlə görüşüb, Ramazan bayrmlarını təbrik edib,  qayğılarını dinləyib. Millət vəkili Qənirə Paşayeva sakinlərlə görüş zamanı Ramazan ayınının bir mənəvi təmizlənmə, yardımlaşma ayı olduğunu vurğulayaraq onlara bayramda Allahdan bütün dualarına çatmalarını diləyib.  Millət vəkili Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşdə onların müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib, müzakirələr aparıb.    Bir çox xəstələri ziyarət edən millət vəkili onların müalicələri ilə maraqlanıb, bəzilərinin daha yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq  Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili  Qənirə Paşayeva kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, qayğıları ilə maraqlanıb. Seçicilər millət vəkili ilə görüşdə ünvanlı sosial yardım, təhsil, səhiyyə, bəzi ailələrə verilən qaz, su və elektrik təchizatı ilə bağlı öz qayğılarını və problemərini bildiriblər, müzakirələr aparıblar. Millət vəkili tək-tək vətəndaşları dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib. Qənirə Paşayeva seçiciləri narahat edən bir sıra digər məsələləri də dinləyib və onların bəzilərini rayonda həll edib, bəzi dövlət qurumları ilə bağlı məsələləri isə Bakıya qayıdan kimi həll etməyə çalışacağına söz verib. Seçiciləri ilə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin tərəfindən araşdırılacağını bildirib. Millət vəkili sakinləri uşaqların təhsilə daha da ciddi önəm verməyə də çağırıb. Millət vəkili kənddə sakinlərlə görüşdə uşaqlara da xüsusi diqqət ayırıb. Onlarla söhbət edən Qənirə Paşayeva analarla da geniş söhbət edib və balacaları zərərli təsirlərdən qorumağa, onların fiziki olduğu qədər mənəvi olaraq da sağlam böyüməsinə xüsusi diqqət etməyə çağırıb. Qənirə Paşayeva sakinlərə bayram hədiyyələrini və müəllifi olduğu kitabları imzalayaraq hədiyyə edib və onlara hər günlərinin bayram kimi keçməsini diləyib.

Advertisements

20.06.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: