Millət vəkili Q.Paşayeva ABŞ-ın nüfuzlu təşkilat rəhbərlərinə ölkəmizlə bağlı geniş məlumatlar verib

Millət vəkili Q.Paşayeva ABŞ-ın nüfuzlu təşkilat rəhbərlərinə ölkəmizlə bağlı geniş məlumatlar verib.

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Q.Paşayeva ABŞ-nın bir sıra nüfuzlu təşkilatlarının rəhbərləri – ABŞ-ın EALgreen şirkətinin baş direktoru Klaudia Freed, Jayco MMİ və STEM -İnstitute şirkətinin baş direktoru  Rao Mistry, IBM şirkətinin qadın və müxtəlif marketinq məsələləri ürzə vitse-prezidenti Denis Evans,  MetLife şirkətinin Qlobal müxtəliflik və daxil etmə  məsələləri üzrə rəsmi nümayəndəsi Elizabet Nieto, SAİC şirkətinin keçmiş icraçı vitse-prezindeti və İnsan resursları bölməsinin rəhbəri Kimberly Admire ilə  görüşüb. Görüş zamanı onlara Azərbaycan, onun tarixi, mədəniyyəti, bu günü, inkişafı, iqtisadi imkanları, qadınların cəmiyyətdə geniş rolu ilə bərabər Dağlıq Qarabağ problemi ilə də bağlı məlumatlar verib. Q.Paşayeva vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, Beynəlxalq Təşkilatların qətnamələrinə məhəl qoymur və 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün qadın, dünyanın harasında yaşamasından asılı olmayaraq dünyanın nüfuzlu, aktiv qadınlarının bu ədalətsizliyə sərt etiraz etməsini, öz yurd-yuvalarına dönmələri üçün onların dəstəyini və bu istiqamətdə səylərini gücləndirmələrini gözləyirlər. Millət vəkili Azərbaycanda qaçqın və məcburi köçkünlərin, qadınların və uşaqların problemlərinin həlli istiqamətində görülən işlər barədə də danışıb. Q.Paşayeva görüşlər zamanı Azərbaycanda qadın məsələləri ilə bağlı vəziyyətlə də bağlı məlumat verib. Müzakirələr zamanı millət vəkili Q.Paşayeva onlara ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Q.Paşayeva Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı da danışıb və fikir mübadiləsi olub. İqtisadiyyatda, biznesdə qadınların rolunun getdikcə artdığını da deyən millət vəkili qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulayaraq, gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlər gözlənildiyini deyib. Bütün müsəlman şərqində qurulan ilk demokratik, parlamentli cümhuriyyət olan ölkəmiz barədə,  onun iqtisadi inkişafı, potensialı, mədəniyyəti barədə də geniş məlumatlar verən, Azərbaycanın ABŞ-ı ilə əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan millət vəkili Q. Paşayeva  onları Azərbaycana dəvət edib.

 

Advertisements

11.06.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: