Millət vəkili Q.Paşayeva Bakı Atatürk Liseyində məzun günündə gənclərə çağırıb edib

Millət vəkili Q.Paşayeva Bakı Atatürk Liseyində məzun günündə gənclərə çağırıb edib

Bakı Atatürk Liseyində məzun günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə çıxış edən millət vəkili Q.Paşayeva liseyin fəaliyyəti dövründə bu təhsil ocağında millətini sevən, savadlı, qabiliyyətli, zəngin dünyagörüşünə mənsub gənclərin yetişdiyini deyərək məzun gəncləri təbrik edib və onların gələcək fəaliyyətləri ilə həm Azərbaycan, həm də Türkiyə dövləti üçün faydalı olacaqlarına inandığını deyib. Millət vəkili Qənirə Paşayeva Atatürk Liseyinin uğurlarından, onun türk milləti üçün dəyərli gənclər yetişdirdiyindən danışıb.Millət vəkili qeyd edib ki, Bakı Atatürk Liseyi hər zaman Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və ümummilli lider Heydər Əliyevin”Bir millət, iki dövlət” prinsipini əsas götürərək əzmlə, uğurla fəaliyyət göstərib. Millət vəkili Liseyin bundan sonra da uğurlara imza atacağından əminliyini ifadə edib: “Bir millətin gələcəyi onun gənclərindən asılıdır. Bu səbəbdən Türk DünyasıAraşdırmalar Vəqfi Bakı Atatürk Liseyinin üzərinə böyük məsuliyyət düşür. Əminəm ki, onlar bu məsuliyyəti anlayır və layiqincə yerinə yetirirlər. Mən inanıram ki, Atatürk liseyi daha da böyüyəcək. Lisey daha çox parlaq gənclər yetişdirəcək.Türk dünyasının böyüməsini istəməyənlər çoxdur. Bununla mübarizə aparmaq üçün biz bir olmalıyıq. Mən bir daha məzun gənclərimizi təbrik edirəm. Allah hər zaman yolunuzu açıq eləsin. Uğurlarınız hər iki dövlətin başını uca etsin”. Millətini, dövlətini sevən hər bir insan hansı peşənin sahibi olmasından asılı olmayaraq öz işini yaxşı görəndir deyən millət vəkili Q.Paşayeva  gəncləri Azərbaycan, Türkiyə, Azərbaycan-Türkiyə birliyinin daha güclənməsi üçün daha çox çalışmağa çağırıb: ” Bizim dədələrimiz, Azərbaycan türkləri Çanaqqalada canlarını qurban verməklə, Nuru Paşanın rəhbərliyi ilə Azərbaycanın ağır günlərində köməyə gələn Anadolu türkləri şəhid olaraq bizə gerçək qardaşlığın necə olduğunu hələ 100 il öncə yenidən öyrədiblər. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar”. Bakı Atatürk Liseyinin müəllimlərinə bu fədakar işlərinə görə təşəkkürünü bildirən millət vəkili hər zaman Bakı Atatürk Liseyinin yanındayıq deyib.   Millət vəkili çıxışını “inşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək”- deyərək bitirib. Millət vəkili Q.Paşayeva liseyi əla qiymətlərlə bitirən bəzi gənclərə diplomlarını təqdim edib. Millət vəkili eyni zamanda Bakı Atatürk Liseyinin daxil olduğu Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri Közhan Yazqan ilə görüşüb və geniş fikir mübadiləsi aparılıb.

Advertisements

09.06.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

%d bloqqer bunu bəyənir: