Millət vəkili Q.Paşayeva Azərbaycan mətbəxi ilə bağlı kitabın təqdimatında mətbəx mədəniyyətimizi öz adlarına çıxarmaq istəyənlərə qarşı mübarizəni gücləndirməliyik deyib

Millət vəkili Q.Paşayeva Azərbaycan mətbəxi ilə bağlı kitabın təqdimatında mətbəx mədəniyyətimizi öz adlarına çıxarmaq istəyənlərə qarşı mübarizəni gücləndirməliyik deyib

Millət vəkili Q.Paşayeva Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanovun müəllifliyi ilə ərsəyə gəlmiş və “SAVALAN” şərablarının istehsalçısı “ASPİ AQRO” MMC – in sponsorluğu ilə Ukraynada ” Dostluq” cəmiyyəti tərəfindən Ukrayna dilində nəşr olunmuş “Azərbaycan mətbəxi haqqında rəvayətlər”  («Сказання про азербайджанську кухню») kitabının təqdimat mərasimində iştirak edib. Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanovu yeni kitabı münasibətilə təbrik edən millət vəkili bu kitabın Azərbaycan və Ukrayna xalqları arasında dostluq əlaqələrinin inkişafına töhfə verəcəyini söyləyib. Bu kitabın Ukraynada milli mətbəximizi öyrənənlər üçün çox faydalı bir ləvazimat olduğunu deyən millət vəkili dünyanın əksər ölkələrində milli mətbəximizin təbliği ilə bağlı bu cür kitabların nəşr edilməsinin vacibliyini qeyd edib.  T.Əmiraslanovun rəhbərlik etdiyi Azərbaycan Milli Kulinariya Mərkəzinin milli mətbəximizin təbliği istiqamətində gözəl işlər gördüyünü deyən millət vəkili Qənirə Paşayeva bu istiqamətdə işlərə dəstək göstərmək hər birimizin borcudur deyib və Azərbaycan Milli Kulinariya Mərkəzinin bu istiqamətdə gördüyü böyük işlərə əlindən gələn dəstəyi göstərməyə davam edəcəyini bildirib. Milli mətbəximizi öz adlarına çıxarmağa, özününküləşdirməyə çalışanlara qarşı mübarizənin daha da gücləndirilməsinin vacibliyini qeyd edən millət vəkili  bu işdə diaspor təşkilatlarının üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib və onları bu məsələdə daha da fəallığını artırmağa çağırıb. Milli mətbəximiz mədəniyyətimizin ayrılmaz hissəsidir deyən millət vəkili milli mətbəximizi təbliğ edən bütün layihələrə dəstək göstərmək hər birimizin borcudur və bu dəstəyi göstərməyi davam etdirməliyik deyib.

Advertisements

09.06.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: