Millət vəkili Q.Paşayeva Mikayıl Müşfiqin 110 illik yubileyində çıxış edib və məktəblərə çağırış edib

Millət vəkili Q.Paşayeva Mikayıl Müşfiqin 110 illik yubileyində çıxış edib və məktəblərə çağırış edib.

Azərbaycan Yazıçılar Birliyi (AYB) və Gənc Şairlər Birliyinin təşkilatçılığı, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi, Türkdilli Ölkələrin Parlament Assambleyası, Mədəniyyət Nazirliyi, Milli Kitabxana, TİKA, “Azərkitab” Kitab Təbliğatı Mərkəzi, Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilati dəstəyilə ökəmizdə qeyd edilən VIII Beynəlxalq Şairlər Günü çərçivəsində Beynəlxalq Muğam Mərkəzində böyük şairimiz Mikayıl Müşfiqin 110 illlik yubileyinə həsr olunmuş tədbirdə çıxış edən millət vəkili Q.Paşayeva dahi şairimizin 100 illik yubileyi ilə bağlı dövlət başçımızın verdiyi sərəncamı xatırladaraq bütün məktəblərimizdə, təhsil ocaqlarımızda Müşfiq anılmalıdır və gənc nəsillərə öyrədilməlidir deyib:”Böyük şairimiz, qatil Stalin repressiyalarının qurbanı olan Mikayıl Müşfiq qısa fiziki ömür yaşadı, amma onun əbədi ömrü yüzillərlə olacaq və hər zaman  qeyd olunacaq. Çünki millətinin aşiqi olan, onun haqq səsi olan, milli düşüncəyə sahib olan, milli maraqları hər şeydən üstün tutan,” tarımızı susdurmaq istəyənlərə, mədəniyyətimizə zərbə vurmaq istəyənlərə etiraz səsini ucaldaraq “oxu tar səni kim unudar” deyən şairi millət də heç bir zaman unutmadığını və unutmayacağını göstərdi və bu tədbir də bunun bir nümunəsidir. Hər tar dinləyəndə, o, sanki bizə bir az da Müşfiqdən danışır, “- deyən millət vəkili Q.Paşayeva bildirib ki, Mikayıl Müşfiqin məzarı yoxdur, amma o, hər bir azərbaycanlının qəlbindədir və hər zaman sevgi və rəğbətlə anılır. Amma Müşfiqləri ölümə göndərənlər hər zaman lənətlə xatırlanır və bunu gənclərimizə yaxşı öyrətməliyik.  Müşfiq Azərbaycan aşiqi idi və Cümhuriyyətimizin 100 illiyini qeyd etdiyimiz bu günlərdə onun yubileyini də qeyd etməkdən onun ruhu şaddır və gənclərimiz bu böyük şairimizi daha da geniş öyrənməlidir deyib.  Bu tədbirlərin qardaş Türkiyədən gəlmiş ziyalılarla birlikdə qeyd edilməsinin böyük əhəmiyyətinə də toxunan millət vəkili Q.Paşayeva təşkilatçılara təşəkkürünü bildirib və gənc aydınlara Mikayıl Müşfiq kimi şair və aydınlardan örnək almağa və Milləti, Vətəni onlar kimi sevməyə çağırıb.

Advertisements

07.06.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

%d bloqqer bunu bəyənir: