Millət vəkili Q.Paşayeva “Ustad Mikayıl Azaflı gecəsi”ndə Türk dünyasına çağırış edib

Tovuzda Türkiyədən gəlmiş ziyalılar ilə birlikdə ustad Mikayıl Azaflının xatirəsinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Yazıçılar Birliyi (AYB) və Gənc Şairlər Birliyinin təşkilatçılığı, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi, Türkdilli Ölkələrin Parlament Assambleyası, Mədəniyyət Nazirliyi, Milli Kitabxana, TİKA, “Azərkitab” Kitab Təbliğatı Mərkəzi, Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilati dəstəyilə ökəmizdə qeyd edilən VIII Beynəlxalq Şairlər Günü çərçivəsində növbəti tədbir Tovuzda təşkil edilib. Azərbaycan Yazıçılar İttifaqının layihəsi çərçivəsində Türk dünyasınınin azman sənətkarları- ustad Mikayıl Azaflının və Cambul Cabayevin şərəfinə Qovlar şəhərində-Gənclər evində möhtəşəm tədbir təşkil edildi. Tanınmış yazar, AYB Qazax Bölməsinin sədri Barat Vüsalın aparıcılığı ilə keçən tədbirdə icra başçısı Tofiq Zeynalov, layihənin rəhbəri, AYB-nin Mətbuat xidmətinin sədri Xəyal Rza, millət vəkilləri Qənirə Paşayeva, Sona Əliyeva, Qazaxdan gələn şair Rüstəm Rüstəmli,Məzahir Alıyev, Türkiyədən gəlmiş söz adamları iştirak edirdi. Tədbirdə çıxış edən Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, millət vəkili Sona Vəliyeva, AYB-nin Mətbuat xidmətinin sədri  şair Xəyal Rza, AYB Qazax Bölməsinin sədri Barat Vüsal, türk şairlərindən Türkiyə Elm və Ədəbi Əsər Sahibləri başqanı Mehmet Nuri Barmaksız çıxış edərək bu cür tədbirlərin ortaq mədəniyyətimizin, ədəbiyyatımızın öyrənilməsi baxımından vacibliyini qeyd ediblər. Tədbirdə çıxış edən millət vəkili Q.Paşayeva respublikamızda aşıq sənətinə, mədəniyyətinə göstərilən yüksək dövlət qayğısından bəhs edərək, bu qayğıdan ruhlanan nüfuzlu ziyalıların, ictimai birlik­lərin də yaddaqalan proqramlar tərtib etdiyinə diqqət çəkib və “Ustad Mikayıl Azaflı gecəsi”nin də belə bir proqram olduğunu bildirib. Daha sonra Qənirə Paşayeva çıxış edərək bu proqramın Türk Dünyasının böyük ozanı, ustad Mikayıl Azaflının yara­dıcılığı əsasında tərtib olunmasının və məhz “Ustad Mikayıl Azaflı gecəsi” adı ilə  qardaş Türkiyədən gəlmiş şair, yazar, aydınların iştirakı ilə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını deyib. Ustad Mikayıl Azaflını kiçik yaşlarından yaxından tanıdığını, onun söhbətlərini dinləməkdən hər zaman böyük qürur duyduğunu deyən millət vəkili Q.Paşayeva böyük ustad M.Azaflı ilə bağlı xatirələrini bölüşüb. Qardaş Türkiyədən gələn qonaqlara Tovuz rayonu, onun tarixi, Azərbaycan mədəniyyətinə verdiyi töhfələr, iqtisadi və turizm imkanları barədə, Tovuz ozan – aşıqlarının aşıq sənətinin inkişafında oynadığı önəmli rol, yetişdirdiyi böyük ustad aşıqlar, ozanlar barədə geniş məlumatlar verən millət vəkili Q.Paşayeva bu bilgilərin qardaş Türkiyədə daha da geniş yayılmasında onların daha fəal olacaqlarına inandığını deyib və qardaş Türkiyədən daha çox ziyalıların, aydınların Tovuzu, ölkəmizi ziyarət etməyə çağırıb, Azərbaycan ozan-aşıq sənətinin qardaş Türkiyədə daha geniş təbliğ olunmasıında fəal olmalarına çağırıb. Millət vəkili Q.Paşayeva ustad M.Azaflının hər zaman Azərbaycan sevdalı, xalqının səsi olan bir ozan olduğunu vurğuladığını və inşallah yaxın zamanlarda qardaş Türkiyədə də ustad Mikayıl Azaflının xatirəsinə həsr olunmuş gecənin təşkil ediləcəyini dedi. Tədbirdə Azaflı ocağının övladları –Aşıq Hakim, ustadın nəvəsi Roman Hakimoğlu və bir sıra aşıqlar və şairlər çıxış ediblər. Tədbrin sonunda Aşıq Əli Quliyevin, Hakim və Roman Azaflının.Rövşən Əlimərdanlının,Alakollu gənc aşığın çıxışları alqışlarla qarşılandı. Tamaşaçıların böyük maraqla izlədiyi tədbir 4 saata yaxın davam edib. Tədbirin sonunda qonaqlara Tovuz rayon icra başçısı T.Zeynalov, millət vəkili Q.Paşayeva və Qovlar gənclər evi tərəfindən ustad Mikayıl Azaflının kitabları, Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyələr təqdim edilib.

Advertisements

05.06.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

%d bloqqer bunu bəyənir: