Qəhrəman şəhidlərimizin balaları üçün bayram tədbiri keçirilib

Qəhrəman şəhidlərimizin balaları üçün bayram tədbiri keçirilib

Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyününqorunması uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi daim dərin hörmətlə yad edilir. Onların döyüş yolu, göstərdikləri şücaət gənc nəsillər üçün layiqli örnəkdir. “Aprel-2016: Şəhid ailələrinə dəstək” İctimai Birliyi şəhid ailələrinin hüquqlarının müdafiəsində fəal iştirak etməklə ilə yanaşı, şəhidlərimizin qəhrəmanlığının təbliğinə, uşaq və gənclərin vətənə məhəbbət ruhunda tərbiyə olunmasına da öz töhfəsini verməyə çalışır.

Təşkilat Milli Məclisin deputatı Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi ilə birlikdə Sumqayıt şəhərindəki Dənizkənarı bulvarda yerləşən “Turan” istirahət mərkəzində  Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə və Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Vətən bizə əmanət” adlı tədbir keçirib. Tanınmış jurnalist Fəxriyyə Lilparın aparıcılığı ilə keçirilən tədbirdə 2016-cı ilin aprel və 2017-ci ilin fevral ayında vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın övladlarının şənlənməsi üçün respublika uşaq özfəaliyyət kollektivləri, uşaq idman klubları, məktəblilər öz bacarıqlarını nümayiş etdirdilər. Tanınmış incəsənət ustalarının çıxışlarınıda Vətəni tərənnüm edən mahnılar oxudular. Uşaqlar üçün  intellektual-əyləncəli oyunlar təşkil olundu.

“Aprel-2016: Şəhid ailələrinə dəstək”  İctimai Birliyin təsisçiləri Aida Eyvazlı və Sevinc Alızadə, Milli Məclisin deputatı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva, Səbail rayon İcra hakimiyyətinin müavini Xalidə Bayramova, “Regional huquqi ve iqtisadi maarifləndirmə”Ictimai Birliyinin sədri Arzu Bağırova tədbirin məramı və məqsədi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdilər. Çıxış edənlər dövlətin uşaqlara olan himayəsindən və qayğısından danışdılar. “Azman holdinq”in dəstək verdiyi bayram tədbirində uşaqlara xatirə hədiyyələri təqdim edildi.

Advertisements

04.06.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: