Millət vəkili Q.Paşayeva Ramazan ayında şəhid ailələri və Qarabağ qaziləri ilə görüşüb və onların qarşıdan gələn bayramlarını təbrik edib

Millət vəkili Q.Paşayeva Ramazan ayında şəhid ailələri və Qarabağ qaziləri ilə görüşüb və onların qarşıdan gələn bayramlarını təbrik edib

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi  Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB,  “Aprel-2016: Şəhid ailələrinə dəstək” ictimai birliyi və Türkiyənin Anadolu öyrənci birliyi Qarabağ qaziləri, Qarabağ müharibəsi veteranları və əlilləri və şəhid ailələri üçün iftar süfrəsi verib. Müsəlman Şərqində ilk cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü  və qarşıdan gələn Ramazan bayramı münasibətilə hər kəsi təbrik edən millət vəkili Q.Paşayeva Ramazan ayının bir yardımlaşma, paylaşma, dəstək ayı olduğunu vurğulayaraq onlara Allahdan bütün dualarına çatmalarını diləyib. Şəhid ailələrimizə, Qarabağ qazilərimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır deyən millət vəkili Q.Paşayeva hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz deyib. Dövlətimizin hər zaman şəhid ailələrinə, Qarabağ müharibəsi veteranları, qazilərinə və əlillərinə dəstək və qayğısından danışan millət vəkili çıxışının sonunda inşallah növbəti iftar süfrələrimizi Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə verək deyib.

“Aprel 2016 Şəhid ailələrinə dəstək “İB  həmtəsisçisi, qəhrəman şəhidimiz Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə, təşkilatın digər həmtəsisçisi, tanınmış jurnalist Aida Eyvazlı çıxış edərək cənab Prezidentin və 1-ci vitse-prezidenti Mehriban xanın Əliyevanın şəhid ailələrinə, Qarabağ qazilərinə diqqət və qayğısını xüsusi vurğulayıblar, hər kəsi qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik ediblər. Qardaş Türkiyənin Anadolu öyrənci birliyinin təmsilçiləri Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu qeyd edərək, Azərbaycanın şəhidi, qazisi, həm də Türkiyənin şəhidi, qazisidir dedilər və qarşıdan gələn Ramazan bayramı münasibətilə təbriklərini ifadə etdilər.  Tədbirdə “Sağlamlığın qorunması” İB-nin sədri Yazgül Abdiyeva, Qarabağ Qazisi, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Sumqayıt şəhər Təşkilatının başçısı Mübariz Quliyev,  Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova da çıxış edib, şəhid ailələrini, Qarabağ qazilərini və əlillərini  təbrik edib və hər zaman yanınızdayıq deyiblər. Qarabağ qaziləri, əlilləri və şəhid  ailələri ilə geniş söhbətlər, fikir mübadiləsi olub, millət vəkili Q.Paşayeva  hər bir Qarabağ qazisini və şəhid ailəsini ayrılıqda da dinləyib və tədbirin sonunda  hər kəs birlikdə gələn Ramazan bayramını birlikdə Xankəndində, Şuşada, Xocalıda qeyd edək deyiblər.

 

Advertisements

01.06.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: