Millət vəkili Q.Paşayeva Cakartada İndoneziya Parlament rəsmiləri ilə görüşdə dost İndoneziya Parlamentindən Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul etməyinizi gözləyirik deyib

Millət vəkili Q.Paşayeva Cakartada İndoneziya Parlament rəsmiləri ilə görüşdə dost İndoneziya Parlamentindən Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul etməyinizi gözləyirik deyib.

Millət vəkili Q,Paşayeva və Azərbaycanın bir qrup fəal qadınları Indoneziya Respublikasının Parlamentində Rifah və Ədalət Partiyasının Mərkəzi Şurasının rəhbəri, İndoneziya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü cənab Hermanto ilə görüşüb. Görüşdə Azərbaycan-İndoneziya Parlamentlərarası əlaqələr, İƏT və digər beynəlxalq qurumlar çərçivəsindəki əməkdaşlıq və qarşılıqlı dəstəkdən məmnunluq ifadə olundu. Millət vəkili Qənirə Paşayeva qarşı tərəfə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi haqqında məlumat verdi, ikitərəfli əlaqələrin inkişaf etdirilməsində turizm potensialının yüksək olduğunu vurğuladı. Birbaşa aviareyslərin başlanmasının xüsusilə İndoneziyalı zəvvarlar üçün müsəlman ölkəsi – Azərbaycanla yaxından tanış olmaq fürsətinin asanlaşacağını bildirdi. Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsində, xüsusilə də Xocalı soyqırımına dair İndoneziya Parlamentinin davamlı dəstəyi, Xarici Əlaqələr Komitəsinin xüsusi bəyanatına görə minnətdarlığını bildirdi və qeyd etdi ki, Azərbaycan tərəfi İndoneziya Parlamentinin bu soyqırımını tanımasını, cinayətkarların məsuliyyətə cəlb olunmasını tələb edən qətnamə qəbul etməsini arzu edir və bu istiqamətdə Parlamentlərarası Dostluq Qrupunun daha fəal olmasını gözləyir. İndoneziyalı parlamentari millət vəkili Q.Paşayevanı və Azərbaycan qadınlarından ibarət nümayəndə heyətini İndoneziya Parlamentində salamlamaqdan məmnun olduğunu bildirdi, Azərbaycana bir neçə dəfə səfər etdiyini və orada İndoneziya mədəniyyətinə, dilinə Azərbaycan gəncləri tərəfindən hörmət və maraq göstərildiyinin şahidi olduğunu qeyd etdi. O, vurğuladı ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsində Azərbaycanın haqlı mövqeyinə dəstək verməyə davam edəcəklər. Bu işğalın sülh yolu ilə beynəlxalq qanunlar və Azərbaycanın ərazi bütövlüyü əsasında həllinə ümid edir. Görüşlərdə iştirak edən səfir Tamerlan Qarayev qarşı tərəfə nümayəndə heyətini səmimi qəbul etdikləri üçün minnətdarlığını bildirdi və geniş müzakirələr olub.

Advertisements

26.05.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

%d bloqqer bunu bəyənir: