Şanlıurfada Azərbaycan bulvarı açılır

Şanlıurfada Azərbaycan bulvarı açılır

“Beynəlxalq Atın Göl Başarı” mükafatının təqdimolunma mərasimində iştirak etmək üçün Vanda səfər olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Şanlıurfa Böyükşəhər bələdiyyə başçısı Nihat Çiftçi ilə görüşüb. Görüşdə Şanlıurfa Böyükşəhər bələdiyyə başqanı Nihat Çiftçi millət vəkili Q.Paşayevanın Şanlıurfaya ziyarəti zamanı Şanlıurfada Azərbaycan adını daşıyan bir bulvar, mərkəzi küçənin açılması ilə bağlı xahişinin yerinə yetirildiyini və bu günlərdə Azərbaycan bulvarının açılması xəbərini verib. Millət vəkili Q.Paşayeva Şanlıurfa bələdiyyə başqanına bu duyarlılığına görə təşəkkürünü bildirib və bu addımın bütün Türk dünyası bölgələri üçün gözəl bir örnək olduğunu deyib. Millət vəkili Q.Paşayevanın Şanlıurfada Qarabağ parkının və abidəsinin açılması təklifinə gəlincə Şanlıurfa bələdiyyə başqanı onun qısa zamanda reallaşağını və Qarabağ adına Şanlıurfada park və abidənin açılacağını bildirib. Azərbaycanı çox sevdiyini deyən Şanlıurfa Böyükşəhər bələdiyyə başqanı Nihat Çiftçi ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub. Q.Paşayeva görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Şanlıurfanın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib. Şanlıurfa Böyükşəhər bələdiyyə başqanı Nihat Çiftçi bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini ,həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib. Q.Paşayeva bələdiyyə başqanını Azərbaycana dəvət edib və yaxın günlərdə Azərbaycanda “Qarabağdan Şanlıurfaya könül körpüsü” adlı tədbirin keçiriləcəyini və bələdiyyə başqanı olaraq sizi həmin tədbirdə görməkdən məmnun olarıq deyib. Millət vəkili Q.Paşayeva Şanlıurfa bələdiyyə başçısına Qarabağ, Xarı bülbül motivlərini özündə əks etdirən, Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyələr təqdim edib.  Millət vəkili Q.Paşayeva eyni zamanda Vanda Van vali yardımçısı, kaymakamı, bir sıra təşkilatların rəhbərləri  ilə  də görüşüb,  Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Vanın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib,  yaxın zamanlarda Azərbaycanda “Qarabağdan Vana könül körpüsü” adlı tədbirin keçiriləcəyini də deyərək onları ölkəmizə dəvət edib. Görüşdə Q.Paşayeva qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyilib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib. Van vali yardımçısı,  kaymakamı, bir sıra təşkilat rəhbərləri ilə söhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verilib. “Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik” –,  deyə millət vəkili bildirib. İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Van arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili Qənirə Paşayeva görüş zamanı Vanda təhsil alan azərbaycanlı tələbələr barədə də məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib.  Millət vəkili Q.Paşayeva Anadolu Basın Birliyi Van bölməsi başqanı Ayhan Yazlıq və tədbirlərdə iştirak etmək üçün Türkiyənij bir sıra bölgələrindən gəlmiş tanınmış təşkilat rəhbərləri və aydınlarla da görüşüb və Azərbaycan, Türkiyə və Türk dünyası həqiqətlərinin dünyada daha geniş yayılması istiqamətində QHT və KİV-lərin üzərinə düşən vəzifələrlə bağlı geniş fikir mübadiləsi olub .

 

Advertisements

23.05.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: