Millət vəkili Q.Paşayevanın Van 100-cü yıl  Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə bağlı geniş tədbir keçirilməsi təklifini rektor dəstəkləyib

 Millət vəkili Q.Paşayevanın Van 100-cü yıl  Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə bağlı geniş tədbir keçirilməsi təklifini rektor dəstəkləyib. Mayın 25-də Vanda böyük tədbir keçiriləcək.  

Vanda səfərdə olqan millət vəkili, Dr. Qənirə Paşayeva  Van 100-cü yıl  Universitetinin rektoru   Prof. Dr. Peyami Battal ilə görüşüb. Millət vəkili Q.Paşayeva görüş zamanı bütün müsəlman şərqində qurulmuş ilk cümhuriyyət olan  Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə bağlı universitet rektoruna geniş məlumatlar verərək  bu münasibətlə Van universitetində də geniş tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb və bu təkliflə çıxış edib. Rektor millət vəkilinin təklifini böyük məmnuniyyətlə qəbul etdiklərini  bildirərək  25 may tarixində rəhbərlik etdiyi universitetdə Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə bağlı tədbir keçiriləcəyini və həmin tədbirə millət vəkili Q.Paşayevanı da dəvət etdiyini deyib.  Van 100-cü yıl  Universitetinin rektoru    Prof. Dr. Peyami Battal qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə  genişlənməsindən məmnunluğunu ifadə edib.  Rektor  rəhbərlik etdiyi universitetin də Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu bildirib və universitetdə təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artması üçün çalışdıqlarını, tələbələrin burada təhsil almaları üçün şəraitin yaradıldığını qeyd edib. Millət vəkili, Dr. Qənirə Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığının getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və  Van 100-cü yıl  Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu bildirib.  Van 100-cü yıl  Universitetində təhsil alan azərbaycanlı tələbələrin sayının getdikcə artmasının sevindirici hal olduğunu qeyd edən millət vəkili, Dr. Qənirə Paşayeva onların burada özlərini öz vətənlərindəki kimi hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitə görə təşəkkürünü bildirib və azərbaycanlı tələbələrin də öz növbəsində  Van 100-cü yıl  Universitetində Azərbaycanı layiqincə təmsil etdiklərinə inandığını bildirib. Millət vəkili, Dr. Qənirə Paşayeva Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı Universitet gəncləri ilə geniş müzakirələrə, tələbələrlə bu mövzular ətrafında daha çox görüşlərin, konfransların daha da artmasına ehtiyac olduğunu deyib. Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, bölgədə getdikcə daha da gərginləşən vəziyyət, Türk dünyasının bir sıra qanayan yaraları ətrafında söhbətlə yanaşı gənclərin təhsilə,oxumağa, öyrənməyə daha çox meyilləndirilməsinin önəmi barədədə geniş fikir mübadiləsi aparılıb.  Millət vəkili Qənirə Paşayeva rektorla görüşündə universitetdə müəllimlik edəb bəzi azərbaycanlı alimlərin iş fəaliyyətlərini davam etdirə bilmələri üçün əmək müqavilələri məsələləri ilə bağlı ortaya çıxan problemlərindən də geniş danışıb, bu cür məsələlərin iki qardaş ölkə münasibətlərinin ruhuna müsbət təsir göstərmədiyini deyib və onların ədalətli həlli istiqamətində, müəllimlərimizin əmək müqavilələrinin uzadılması və çaloışmalarına davam etməsi istiqamətində rektorun çalışacağına ümid etdiyini deyib. Rektor bu məsələnin həlli istiqamətində daha çox çalışşacağını deyib və azərbaycanlı müəllimlərin universitetdə hər zaman  gözəl şəkildə çalışdıqlarını vurğulayıb. Millət vəkili  görüş zamanı burada təhsil alan azərbaycanlı tələbələrlə bağlı bir sıra fikir və  təkliflərlə  çıxış edib və geniş fikir mübadiləsi aparılıb.  Q.Paşayev həmçinin  Van 100-cü yıl  Universitetinin müəllimləri, burada müəllimlik edən alimlərimiz,   burada təhsil alan bəzi azərbaycanlı tələbələrlə   də  görüşüb. Azərbaycanlı tələbələrlə görüş  zamanı millət vəkili Q.Paşayeva Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında xaricdə təhsil alan tələbələrimizin də üzərinə böyük vəzifələr düşdüyünü bildirib və onlarla bu istiqamətdə müzakirələr olub.

Advertisements

23.05.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: