Millət vəkili Q.Paşayeva Beynəlxalq Altın Göl Başarı mükafatına layiq görülüb

Millət vəkili Q.Paşayeva Beynəlxalq Altın Göl Başarı mükafatına layiq görülüb

Anadolu Basın Birliyi tərəfindən təşkil edilən tədbirdə mükafatı millət vəkili Q. Paşayevaya Anadolu Basın Birliyi Van bölməsi başqanı Ayhan Yazlık və Van Böyükşəhər Genel Sekreteri Mustafa Yalçın təqdim edib. Təqdimat zamanı millət vəkili Q.Paşayevanın Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı, Türk dünyasına göstərdiyi xidmətlərdən, Türk  mədəniyyəti, ədəbiyyatı, sənətinə  xidmətlərindən və harada yaşamasından asılı olmayaraq Türk insanına dəstəyindən, Türk dövlətlərinin və toplumlarının birliyi istiqamətində çalışmalarından və bu istiqamətdə gənclərlə geniş iş aparmasından, Türk dövlət və toplumlarının beynəlxalq arenalarda haqlarının müdafiəsi istiqamətində addıımlarından dolayı bu mükafata layiq görüldüyü bildirilib. Türkiyənin və Türk dünyasının bir sıra rəsmi şəxsləri,  yazarları, QHT və KİV nümayəndələri, Türk dünyasının müxtəlif  bölgələrindən gəlmiş aydınların iştirakı ilə keçrilən tədbir çərçivəsində belə bir mükafatın ona təqdim olunmasını Azərbaycana olan diqqət və sevginin göstəricisi olduğunu söyləyən Q. Paşayeva Anadolu Basın Birliyinə, onun Van şöbəsinə və  bütün təşkilatçılara təşəkkürünü bildirib.  Millət vəkili Q.Paşayeva bildirib ki, o, bu mükafatı özünün Türk dünyası sevdası, duyğu, düşüncə və əməlləri ilə Türk gəncliyinə böyük örnək olan, yol göstərən Türk dünyasının aydın qadınlarını  rəhmət və sayğı ilə anaraq, onların ruhları qarşısında baş əyərək alır. Qənirə Paşayeva çıxışıında “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir. Türkiyə nə qədər güclənərsə, bu Azərbaycanın və bütün türk dünyasının gücü, Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin və bütün türk dünyasının gücüdür” deyib və türk dünyasının gücünü onun birliyində gördüyünü vurğulayıb. Türklərin ona məxsus olana sahiblənməyi bu birliyi daha da qüvvətləndirdiyini deyən millət vəkili Qənirə Paşayeva bu birlik sayəsində əl-ələ verərək  Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş  torpaqlarını da işğaldan azad edəcəyimizi bildirib. “Mən inanıram ki, biz birlikdə o gözəl torpaqlarımızı Ermənistan işğalından azad edəcəyik. Və belə gözəl festivalları işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Xankəndidə, Şuşada, Laçında və digər o gözəl torpaqlarda keçirəcəyik”. Millət vəkili Türk dünyasının yaşadığı acılardan da geniş danışıb və bildirib ki harada doğulub harada yaşamamızdan asılı olmayaraq qardaş-bacılarımızla bağlı məsələlərdə hər zaman duyarlı olmalıyıq. Azərbaaycanın müstəqiliyyə qədər keçdiyi yoldan və bu günə qədər əldə etdiyi uğurlardan da danışan millət vəkili Q.Paşayeva bildirib ki bölgədə Azərbaycan və Türkiyəyə qarşı, türk toplumlarına qarşı böyük güclərin ədalətsizliyiə, oyunlarına qarşı ən yaxşı mübarizə birlikdir və biliyimizi daha da gücləndirməliyik. Millət vəkili  yaxın zamanlarda Azərbaycanda ” Qarabağdan Vana könül körpüsü” adlı tədbirin keçiriləcəyini də deyib. Mükafatlandırılanlar arasında daha bir azərbaycanlı  araşdırmaçı-mütəxəssis Məlahət Qəhrəmanova da  olub və o da çıxışında Azərbaycan-Türkiyə münasibətlərinə xüsusi yer ayırıb. Millət vəkili Q.Paşayeva səfər və tədbirlər çərçivəsində Vanda qeyri-hökumət təşkilatları, fəal qadın və gənclər təşkilatları, aydınlar, bu bölgədə yaşayan və təhsil alan azərbaycanlılarla da görüşüb, geniş fikir mübadiləsi aparıb. Millət vəkili Q.Paşayeva həmçinin Vanda KİV-ə Azərbaycan, Azərbaycan – Türkiyə münasibətləri və bölgədə baş verən hadisələrlə bağlı geniş müsahibələr verib.

Advertisements

22.05.2018 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: